Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-945/2023 10.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X3, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında icraat aparılan – Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində MN seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında ünvan 2mış borc Şəxs tələb olunmuş, lakin borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X4 bildirmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-314/20 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs öz öhdəliklərini vaxtı-vaxtında lazımınca icra etmir. Bu səbəbdən barəsində inzibati tənbeh tədbiri görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, icra sənədi üzrə məsuliyyətini anlayır və öhdəliyindən yayınmır. Aylıq əmək haqqından icra sənədi üzrə tutmalar aparılır. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X2 məhkəmə iclasında izahat verərək Şəxs tərəfindən hər ay icra sənədi üzrə ona pul ödənildiyini etiraf etdi. Lakin hazırda işsiz olduğundan icra sənədi üzrə öhdəliyin tam həcmdə yerinə yetirilməsini tələb edir. Bu səbəbdən Şəxs barəsində inzibati tənbeh tədbirinin seçilməsini saxiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: MN ******* №-li inzibati xəta haqqında protokola əlavədən görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-314/2020 nömrəli, 10.01,2020-ci il tarixli icra sənədinə əsasən, borclu Şəxs 12350 manat məbləğində pul vəsaiti və 30 manat tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. İcra sənədi Şöbənin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək könüllü icra olunması üçün borclu Şəxs ünvanına bildiriş göndərilmişdir. İcraata başlamaq haqqında qərar xx.xx.2022-ci il tarixdə borclu tərəfindən rəsmi qaydada qəbul edilmişdir. İcra sənədini könüllü icra etmədiyinə görə borclunun əmlak vəziyyətinin müəyyən edilməsi məqsədilə “Elektron İcra” İnformasiya Sistemindən məlumat çıxarılmış, borclunun adına əmlak aşkar edilməmiş, borclunun "xxxx" MMC-də işlədiyi müəyyən olunmuş, borc tam ödənilənədək tələb borclunun əmək haqqısının 25%-nə yönəldilmişdir. Tələbkar rəsmi qaydada ərizə ilə şöbəyə müraciət edərək borcun hissə-hissə ona ödənilməsi ilə qəti razı olmadığını və borcun tam şəkildə ödənilməsini xahiş etmişdir. Borclu şöbəyə çağırılmış, lakin çağırışa gəlməmiş, borclunun ünvanında olan zaman qapı dəfələrlə döyülsə də qapını açan olmamış, bu səbəbdən borclu barəsində xx.xx.2022-ci il tarixdə axtarış elan edilmiş, Nərimanov Rayon Polis İdarəsi tərəfindən axtarış işi açılmış və xx.xx.2023-cü il tarixdə borclu şəxsiyyəti ilə birlikdə Şöbəyə təhvil verilmiş, borcludan izahat alınmış, borclu hər ay əmək haqqısının 25%-nin tutularaq tələbkara ödənildiyini, bu günə kimi borcdan 1981,96 manat məbləğində ödəniş olunduğunu, borcu tam şəkildə ödəyə bilməyəcəyini, başqa öhdəliklərinin olduğunu, barəsində axtarış verilməsinin qanunsuz olduğunu, borcu yalnız hər ay müəyyən məbləğlərdə hissə-hissə ödəyə biləcəyini, himayəsində yaşlı anasının olduğunu və ona baxdığını, adına hər-hansı daşınar və ya daşınmaz əmlak olmadığını izahatında qeyd etmişdir. İcra materialları araşdırılarkən icra sənədi üzrə borcun hissə-hissə ödənilməsi barədə məhkəmə qərarının olmadığı müəyyən olunmuşdur. İcra sənədi üzrə qalıq 10398,04 manat məbləğində borcun tam ödənilməsi borclu Şəxs tələb olunmuş, lakin borclu qalıq borcunu ödəməkdən imtina etmişdir. Bununla da borclu Şəxs icra sənədinin icrasını təmin etməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-314/20 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən, iddia qismən təmin edilərək 12350 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı X1 xeyrinə ödənilməsi qət edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2022-ci il tarixli “İcraata başlamaq haqqında” qərarın və həmin tarixli, e77914/2022-15-12 nömrəli müvafiq bildirişin surətindən görünür ki, borclu Şəxs icraata başlamaq haqqında qərarın surəti göndərilmiş və o, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-314/20 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Borclunun axtarılması barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-314/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə, xx.xx.1980-ci il təvəllüdlü, ünvan 3 ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilməsi və saxlanılaraq şəxsiyyətini təsdiq edən sənədlə birlikdə Nərimanov Rayon İcra Şöbəsinə təhvil verilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin rəisi X6 rayon İcra Şöbəsinin rəisi Zaur Abdullayevə ünvanladığı xx.xx.2023-cü il tarixli, 25/2 saylı məktubundan görünür ki, ünvan 5 ünvanında qeydiyyatda olan, 60673/22 saylı axtarış işi üzrə mülki axtarışda olan borclu Şəxs icra hərəkətlərinin davam etdirilməsi üçün təhvil verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə qərarı ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək, icra vərəqinin icrasını təmin etməmiş, icra sənədinin icrasının təmin edilməsinə hərəkətsizlik göstərmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, habelə işin digər hallarını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 53, 55, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-945/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-945/2023
10.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver