Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-957/2022 04.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Əsədova Gültəkin Akif qızı Şəxs barəsində toplanmış Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs tərəfindən İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə material Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilib. İnzibati xəta törədilməsi haqqında materialı tədqiq edərək, məhkəmə hesab edir ki, bu işin baxılması Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin səlahiyyətlərinə aiddir və işin hakim tərəfindən baxılmasının istisna edən hallar mövcud deyil. İnzibati xəta haqqında protokol İXM-in tələblərinə müvafiq olaraq tərtib edilmişdir və işin icraatını rədd edən hallar mövcud deyil. Mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar vardır. İş üzrə vəsatətlər və etirazlar yoxdur. Eyni zamanda müəyyən edilmişdir ki, məhkəmənin icraatına Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə Bakı şəhəri Nərimanov rayon 18-ci Polis Bölməsindən inzibati xəta haqqında material daxil olmuş və 3(005)-952/2022 nömrəsi ilə qeydə alınmışdır. İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi bir neçə inzibati xəta ilə bağlı 6 (altı) ayrı-ayrı inzibati materiallar 04 aprel 2022-ci il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan materialların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədi ilə məhkəmənin icraatında olan 33(005)-952/2022, 3(005)- 953/2022, 3(005)-954/2022, 3(005)-955/2022, 3(005)-956/2022 və 3(005)-957/2022 inzibati işlər birlikdə baxılması üçün bir icraatda birləşdirilməli və iş 3(005)-952/2022 nömrə ilə davam etdirilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 106, 109-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİM:
1. Şəxs barəsində İXM-in 227-ci maddəsi tərtib olunmuş inzibati xəta haqqında material baxılması üçün icraata qəbul edilsin.
2. Məhkəməsinin icraatında olan 3(005)-952/2022, 3(005)-953/2022, 3(005)-954/2022, 3(005)-955/2022, 3(005)-956/2022 və 3(005)-957/2022 nömrəli inzibati işlər birlikdə baxılması üçün bir icraatda birləşdirilsin və iş 3(005)-952/2022 nömrə ilə davam etdirilsin.
3. İşə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında dərhal baxılsın.
4. İnzibati xəta haqqında iş üzrə icraatın iştirakçıları məhkəmə baxışında iştirak etmələri üçün çağırılsın.
5. İşin düzgün və vaxtında həll edilməsinə yönəlmiş digər hərəkətlər edilsin. Hakim Gültəkin Əsədova