Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-957/2024 09.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Şikayət vermiş şəxs X1 müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, Şikayət vermiş şəxs X1 müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X1 müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Sumqayıt Şəhər Məhkəməsinə ünvanlandığı şikayətində göstərilmişdir ki, X3 barəsində DƏMX-nin Bakı şəhər İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. Protokola görə X2 izahatı və təqdim etdiyi sübutlarda (yazışmalarda) onun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək "xxxx" MMC-də əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yetirilməsinə cəlb edilmişdir. xx.xx.2024-cü il tarixli protokol əsas tutularaq, xx.xx.2024-cü il tarixdə vətəndaş X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində MN №1612544 saylı qərarla 4000 (dörd min) manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Sözügedən qərar xx.xx.2024-cü il tarixdə vətəndaş X1 ünvanına göndərilməklə, rəsmi qaydada təqdim edilmişdir. Bildiririk ki, inzibati xəta haqqında qərarla razı deyilik, qərarı əsassız və qanunsuz hesab edirlər. Həmin iş üzrə əldə etmiş olduğumuz qarşı tərəfin təqdim etdiyi sənədlərdən də görünür ki, qurum inzibati tənbeh haqqında xx.xx.2024-cü il tarixli qərarı qəbul edərkən X2 izahatına və onun təqdim etdiyi "WhatsApp" proqramı üzərindən olan “Turizm sorğu" adlı whatsapp qrup yazışmalarına əsaslanılmışdır. Həmin yazıların həqiqiliyinə şübhə halından başqa, qeyd edilməlidir ki, yazışmalar G.Hommadova tərəfindən aparılmaması açıq şəkildə görünür. Ümumiyyətlə izahatı alınmış G.Mirzalıyeva özünün izahatında da G.Hommadovanı tanıması, onunla ünsiyyətdə olması, onun tərəfindən hər hansı vədin və ya pul ödənişinin verilməsi kimi hallar göstərilməmişdir. Bununla da inzibati xəta hadisəsinin olması halı və G.Hommadovanın həmin inzibati xətanın törədilməsində təqsirli olması halı müəyyən edilmir. Bundan başqa vətəndaş G.Mirzalıyeva izahatından görünür ki, 22, 23, 24 sentyabr tarixlərində "xxxx" MMC -də əmək müqaviləsi bağlanılmadan işə başlamış, işinin məzmunu isə 3 gün, hər gün 3 saat olmaqla turistlərindən sorğu aparmaq (sonuncuların Azərbaycanın bölgələrində olub-olmamalarına dair) olmuş və yekun olaraq, bu işə görə hər 3 saat üçün 30 manat olmaqla, toplam 90 manat məbləğində qonorar vəd edilmiş, yekunda ona 30 deyil, 24 manatdan ödənil edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 15 mart 2024-cü il tarixli qərardadına əsasən, inzibati xəta haqqında material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsi qeyd olunan qərardadında "xxxx" MMC-nin Facebook səhifəsində hüquqi ünvanı ünvan 2şə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmalı olması qənaətinə gəlmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X1 vəkili Vəkil məhkəmə iclasında yazılı vəsatətlə müraciət edərək bildirmişdir ki, "xxxx" MMC-nin hüquqi ünvanı Sumqayıt şəhəridir. Üstəlik G.Hommadovanın da qeydiyyat ünvanı Sumqayıt şəhərindədir. Hüquqi ünvan açıq məlumatlar kateqoriyasına aid olduğundan, hesab etmişik ki, sözügedən sənədin əlavə təqdiminə ehtiyac duyulmur, məhkəmə elektron sistem üzərindən də həmin məlumatı görür. Lakin Sumqayıt Şəhər Məhkəməsi rəsmi hüquqi ünvana fikir vermədən, sosial şəbəkədə ("facebook") qeyd edilmiş ünvana istinad edərək, inzibati işi baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərmişdir. Hesab edirik ki, bu halda aidiyyət məsələsinə Sumqayıt Şəhər Məhkəməsi düzgün qiymət verməmişdir. Sizdən aidiyyət məsələsinə yenidən baxılmasını və lazım olduğu təqdirdə mübahisənin aradan qaldırılması üçün inzibati işin Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş edir. İş materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, işin baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi düzgün olmamışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 129.1.3-cü maddəsində səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilməsi qeyd olunsa da, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən qanunverici tərəfindən İXM-in 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin rəisi X9 tərəfindən qəbul edilmiş 19 fevral 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 "xxxx" MMC-nin vəzifəli şəxsi kimi İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 4000 (dörd min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Qeyd olunmalıdır ki, İXM-in 192-ci maddəsində əmək qanunvericiliyinin pozulmasına (192.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə) görə məsuliyyət müəyyən olunmuşdur ki, həmin inzibati xəta da hüquqi və ya vəzifəli şəxs tərəfindən törədildiyi halda xətanın törədilmə yeri hüquqi şəxsin hüquqi ünvanın olduğu yer hesab olunmalıdır. Belə ki, işəgötürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə faktiki olaraq hüquqi şəxsin hüquqi ünvanında cəlb olunur. İş materiallarında olan vergi ödəyicilərinin məlumatlarından göründüyü kimi "xxxx" MMC-nin hüquqi ünvanı ünvan 7nanlarla əlaqədar hazırki şikayətə hüquqi şəxsin hüquqi ünvanının yerləşdiyi yer üzrə, yəni Sumqayıt Şəhər Məhkəməsində baxılmalıdır. Eyni zamanda qeyd olunmalıdır ki, qanunvericiliyin tələblərinə görə məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Göründüyü kimi hazırki işlə bağlı məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığı yaranır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ olduğundan, həm şikayətçinin, həm də qərarından şikayət verilən orqanın bu hüququnu təmin etmək üçün aidiyyət düzgün müəyyən edilməlidir. Yuxarıda göstərilənləri rəhbər tutaraq QƏRARA ALDİ: X1 müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ilə əlaqədar məhkəmələr arasında aidiyyətlə bağlı yaranmış fikir ayrılığının həlli üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-957/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-957/2024
09.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver