Məhkəmə qərarları › İş №3(005)-980/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-980/2023

18.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-980/2023 18.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Əhmədov Əzəmməd İsmayıl oğlunun katibliyi ilə, Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 485.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsindən daxil olmuş 14000-00177/23 nömrəli, 07 mart 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, "X8 Bakı-Taxıl" Açıq Səhmdar Cəmiyyəti (VÖEN **********) tərəfindən Aksizli Mallar üzrə Baş Gömrük idarəsində xx.xx.2023-cü il tarixli, **********6532 sorğu nömrəli gömrük bəyannaməsi ilə "təkrar idxal gömrük prosedurunda rəsmiləşdirilən. Türkiyədən ünvanına gələn 1 ədəd “X9" markalı nəqliyyat vasitəsini Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda 03 mart 2023-cü il tarixdə Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur" gömrük postundan keçirməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş həmin nəqliyyat vasitəsinə dair gömrük orqanına elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. Malların və nəqliyyat vasitələrinin gömrük sərhəddindən keçirilməsi üçün “Yaşıl dəhliz" və digər buraxılış sistemlərindən istifadə Qaydalarf'nm təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 920 saylı. 21 may 2016-cı il tarixli fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədim keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir Gömrük Əməliyyatları idarəsindən daxil olmuş 34/012/001497 nömrəli xx.xx.2023-cü il tarixli raportun icrası ilə əlaqədar olaraq bildiririk ki, "X8 Bakı-Taxıl" Açıq Səhmdar Cəmiyyətinin ünvanına gələn 1 ədəd “X9" markalı nəqliyyat vasitəsi **********6532 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş. ıdxalatçı tərəfindən qısa idxal bəyannaməsi tərtib edilmədiyi üçün **********6532 sorğu nömrəli gömrük bəyannaməsinin 40-cı qrafasında da qeyd edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Əhmədov Əzəmməd İsmayıl oğlu məhkəmə iclasında etiraz təqdim edərək bildirmişdir ki, Gömrük orqanı tərtib etdiyi protokolun surətini Cəmiyyətə təqdim etməmişdir."xxxx" ASC hesab edir ki, Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi onun barəsində əsassız və qeyri-qanuni olaraq inzibati xəta haqqında protokol tərtib etmişdir. Cəmiyyət hər hansı bir inzibati xəta törətməmişdir. Belə ki, Cəmiyyətə mülkiyyət hüququ ilə məxsus olan ** AA *** Dövlət nömrə nişanlı LAND ROVER markalı, DEFENDER minik avtomobili Cəmiyyətin İdarə Heyətinin sədrinin verdiyi və 7 saylı ASAN Xidmət Mərkəzindəki Notariat Ofisində təsdiq olunmuş, Ədliyyə Nazirliyində Apostil edilmiş xx.xx.2022-ci il tarixli, AR-11 №851522 №li Etibarnaməyə əsasən Cəmiyyətin əməkdaşları X3 və X5 tərəfindən Türkiyə Respublikasının İstanbul şəhərinə aparılmışdır. Avtomobilin Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılması və Türkiyə Respublikasının gömrük ərazisinə daxil olması müvafiq X4 ilə təsdiq olunur. Həmin sənədlərə əsasən avtomobil xx.xx.2022-ci il tarixində ölkədən X7 Keçid məntəqəsindən keçməklə çıxarılmış, xx.xx.2022-ci ik tarixində İstanbul şəhərinə gətirilmişdir. Avtomobildən bir müddət Avropa ölkələrində istifadə olunduqdan sonra avtomobil etibar edilmiş şəxslər tərəfindən 2023-cü ilin fevral ayının 22-də Belarus Respublikasının Brest Gömrük Məntəqəsindən və xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının Samur Gömrük Məntəqəsindən keçməklə Azərbaycan Respublikasına geri qaytarılmışdır. Göründüyü kimi, “X8 Bakı-Taxıl” ASC hər hansı mal, material avtonəqliyyat vasitəsi idxal etməmişdir, onun verdiyi etibarnaməyə əsasən mülkiyyət hi ilə ona məxsus olan və respublikadan kənara çıxarılan avtomobil etibar edilən şəxslər tərəf geriyə, respublikaya qaytarılmıdır. Həmin maddənin tələbinə görə qısa idxal bəyannaməsi idxal olunan mallar görə ölkə ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməlidir. Cəmiyyət isə ölkədən kənardan hər hansı mal almamışdır, sifariş etməmişdir və ya formada idxal etməmişdir. Ona görə də onun qısa idxal bəyannaməsi vermək vəzifəsi yoxdur. ** AA *** dövlət nömrə nişanlı avtomobilin respublikadan çıxarılması və qaytarılması səlahiyyətləri Cəmiyyətin əməkdaşlarına xx.xx.2023-cü ilə qədər verilm avtomobilin haçan aparılması və qaytarılması onların səlahiyyətlərinə aid olmuşdur. Cəmi isə avtomobilin nə vaxt geri qaytarılmağı məlum olmamışdır. Göstərilənlərdən aydın olur ki, gömrük orqanının tərtib etdiyi protokolda gösts hallara Cəmiyyətin hər hansı aidiyyatı yoxdur və Cəmiyyət etibar edilən şəxs hərəkətlərinə görə hər hansı məsuliyyət daşımamalıdır. Beləliklə Cəmiyyətin hərəkə hərəkətsizliyində hər hansı inzibati xəta tərkibi yoxdur. Bu səbəbdən inziabti iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə, səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin “Vahid Avtomatlaşdırılmış idarəetmə informasiya resursundan “avtomobil nəqliyyatı” barədə çıxarışdan görünür ki, Şəxs Açıq Səhmdar Cəmiyyətinin ünvanına gələn 1 ədəd “X9” markalı nəqliyyat vasitəsi Şimal Ərazi Baş Gömrük idarəsinin “Samur" gömrük postunu xx.xx.2023-cü il tarixdə keçmişdir keçmişdir və Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl həmin nəqliyyat vasitəsinə dair qısa idxal bəyannaməsi verilməmişdir. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. İXM-in 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Göründüyü kimi, Qanunla bəyannaməçi tərəfindən mallar gömrük ərazisinə gətirilməzdən əvvəl (fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla) gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilməsi məcburi hal kimi müəyyən edilmişdir ki, bu tələbin yerinə yetirilməməsinə görə də inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarından göründüyü kimi Şəxs MMC tərəfindən bu tələb pozulmuşdur. İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs ASC məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC İXM-in 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası hədləri daxilində müəyyən məbləğdə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1.500 (min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar