Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-982/2023 03.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X1, Tələbkarın nümayəndəsi X6, Müdafiəçi – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X8 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Nərimanov rayon icra şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Nərimanov rayon icra şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə 03 aprel 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Quba Rayon Məhkəməsinin 2(027)-1985/2022 saylı və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-329/2019 saylı icra sənədləri üzrə borclu Şəxs qərar üzrə qalıq borclarını ödəməmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X4 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə icraatıma daxil olmuş Quba Rayon Məhkəməsinin 2(027)1985/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, 09 oktyabr 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)-1720/2019 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, Şəxs hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment X5 xeyrinə tutulmalıdır. Dövlət büdcəsinə köçürülmüş 100 (bir yüz) manat Şəxs tutularaq X7 verilməlidir. xx.xx.2021-ci il tarixdə icraatıma daxil olmuş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-329/2019-005 nömrəli, 23.11,2018-ci il tarixli icra sənədlərinə əsasən, dəyəri 105 manat olan 3 ədəd qırmızı, boz və mavi naxışlı 3 ədəd yay koftalar, dəyəri 126 manat olan 4 ədəd cins, qara, boz və ağ rəngli yubkaları, dəyəri 64 manat olan bir ədəd qalın koftası, dəyəri 35 manat olan mixəyi və qara rəngli papaqları, dəyəri 7 manat olan 2 ədəd boz və ağ rəngli jaketləri, dəyəri 52 manat olan 1 ədəd papaqlı jaketi, dəyəri 30 manat olan 1 ədəd cins şalvarının, dəyəri 172 manat olan 3 ədəd yaşıl, qırmızı və ağ rəngli donları, dəyəri 95 manat olan 2 ədəd mavi və çəhrayı rəngli pijamaları, dəyəri 75 manat olan 2 cüt yay ayaqqabıları, dəyəri 20 manat olan 15 ədəd corabları, dəyəri 36 manat olan 1 ədəd mavi naxışlı kostyumu natura şəklində Şəxs alınaraq X7 verilsin, əşyaları natura şəklində təqdim etmək mümkün olmadıqda onların dəyəri Şəxs X5 xeyrinə tutulmalıdır. ünvan 1 ünvanında 14 nömrəli binanın 1-ci blok, 7-ci mərtəbəsində yerləşən 82.5 kv.m ümumi sahəsi ol en 3 otaqlı 41 saylı mənzili üçün ödənilmiş 19245 manatın ½ hissəsi Şəxs X5 xeyrinə tutulmalıdır. İcra sənədiləri üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borclu X3 ünvanına bildiriş göndərilmişdir. İcraata başlamaq haqqında qərar bildirişlə birlikdə xx.xx.2021-ci il tarixdə rəsmi qaydada borclu tərəfindən qəbul edilmiş, lakin həmin tarixdən bu günədək icra sənədində göstərilən tələb borclu tərəfindən təmin edilməmiş və şöbəyə gəlməkdən imtina etmişdir. Borclu Şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1720/2019-012 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə qalıq aliment borcu manat və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 329/2019-005 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə qalıq borcu 5048 manat təşkil edir. İcra sənədini könüllü icra etmədiyinə görə borclunun əmlak vəziyyətinin müəyyən edilməsi məqsədilə “Elektron İcra" İnformasiya Sistemindən məlumat çıxar İmiş, borclunun adına hər-hansı əmlak və ya gəlirlər aşkar edilməmişdir. Borclu Şəxs borcun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq icra sənədinin icrasını təmin etməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, icra sənədi üzrə qismən borcunu ödəmişdir. Üzərinə düşən öhdəliklərini icra edir. Borcun ödənilməsi ilə bağlı bildirmişdir ki, hazırda maddi imkanı yoxdur, işsizdir, iş tapan kimi icra sənədini tam şəkildə icra edəcək. Sonuncu işlədiyi yerdə müqaviləsiz işləmişdir. Ailəsi dağıldığı üçün valideynləri ilə münasibəti yoxdur. Bu səbəbdən atasından köməklik istəyə bilmir. Vaxt veriləcəyi halda icra sənədini hissə-hissə icra edəcəkdir. Aliment borcunu həmişə ödəmişdir, sadəcə son üç ayda işdən çıxdığı üçün ödəniş edə bilmir. O, məhkəmə qətnaməsinin icrasından qərəzli olaraq yayınmamışdır. Sonra barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Tələbkarın nümayəndəsi X11 inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs orta məktəbdə müəllimi olmuşdur. Çingizi öz atası bədbəxt eləyib. Hazırda iki uşağa baxılmasında köməklik göstərmir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Quba Rayon Məhkəməsinin 2(027)-1985/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, mediasiya prosesi nəticəsində X10 ilə Şəxs arasındakı xx.xx.2022ci il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilmişdir. xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)-1720/2019 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamə qnauni qüvvəsini aldığı tarixdən etibarən, Şəxs hər ay 193 manat sabit pul məbləğində aliment X5 xeyrinə tutulmalıdır. “İcraata başlamaq haqqında” xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş 2(027)-1985/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 2(005)-329/2019 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədindən görünür ki, dəyəri 105 manat olan 3 ədəd qırmızı, boz və mavi naxışlı 3 ədəd yay koftalar, dəyəri 126 manat olan 4 ədəd cins, qara, boz və ağ rəngli yubkaları, dəyəri 64 manat olan bir ədəd qalın koftası, dəyəri 35 manat olan mixəyi və qara rəngli papaqları, dəyəri 7 manat olan 2 ədəd boz və ağ rəngli jaketləri, dəyəri 52 manat olan 1 ədəd papaqlı jaketi, dəyəri 30 manat olan 1 ədəd cins şalvarının, dəyəri 172 manat olan 3 ədəd yaşıl, qırmızı və ağ rəngli donları, dəyəri 95 manat olan 2 ədəd mavi və çəhrayı rəngli pijamaları, dəyəri 75 manat olan 2 cüt yay ayaqqabıları, dəyəri 20 manat olan 15 ədəd corabları, dəyəri 36 manat olan 1 ədəd mavi naxışlı kostyumu natura şəklində Şəxs alınaraq X7 verilməlidir, əşyaları natura şəklində təqdim etmək mümkün olmadıqda onların dəyəri Şəxs X5 xeyrinə tutulmalıdır. ünvan 1 ünvanında 14 nömrəli binanın 1-ci blok, 7-ci mərtəbəsində yerləşən 82.5 kv.m ümumi sahəsi ol en 3 otaqlı 41 saylı mənzili üçün ödənilmiş 19245 manatın ½ hissəsi Şəxs X5 xeyrinə tutulmalıdır. “İcraata başlamaq haqqında” xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 2(005)-329/2019 nömrəli, xx.xx.2018-ci il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, borclu tərəfindən məhkəmə qətnamələri tam şəkildə icra edilməməsinə baxmayaraq məhkəmə hesab edir ki, bu hərəkətlər Şəxs maddi imkanının olmaması ilə əlaqədar olmuş, icra sənədini icra etməkdən boyun qaçırması qərəzli hərəkətlərlə nümayiş etdirilməmişdir. Habelə izahatında bildirmişdir ki, maddi imkanının olmaması və işsiz olması ilə əlaqədar olaraq icra sənədini dərhal icra edə bilmir. Bununla da Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan xəta tərkibinin bütün əlamətlərinin olması, habelə icra sənədini icra etməkdən qərəzli olaraq yayınma hərəkətləri məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən icra sənədi üzrlü səbəblərdən icra edilməməsi halı mövcud olduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-982/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-982/2023
03.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver