Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-986/2023 18.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi və vəkili X4 iştirakları ilə, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə Füzuli rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 27 mart 2023-cü il tarixli “İnzibati xəta haqqında” protokol tərtib edilmiş və inzibati tənbeh tədbiri görülməsindən ötrü material aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddısubub tələbi pozularaq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Kaplan Memet işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi X7 protokolun məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi və vəkili X6 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixində Türkiyə Respublikasının vətəndaşı Mehmet Kaplan ilə "Kalyon RSY X11 Ticari İşletmesi" Şirkətinin Azərbaycan Respublikasındakı filialı arasında əmək müqaviləsi bağlanmış və həmin şəxs qaynaqçı peşəsi üzrə işə qəbul edilmişdir. Həmin şəxs ilə əmək müqaviləsi bağlandıqdan sonra, əmək qanunvericiliyinə uyğun olaraq ƏMƏS alt sistemində elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsinin bildirişinin qeydiyyata alınması sistemin özündə olan texniki problemlərə görə mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin 05 yanvar 2023-cü il tarixli sərəncamına əsasən, ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə 2023cü il yanvarın 1-dən minimum aylıq əmək haqqının məbləği 345 manat müəyyən edilmişdir. Bu artımdan sonra işəgötürənlər qeyd olunan tarixlərdən etibarən həmin məbləğin ƏMAS alt sistemində əmək müqaviləsi bildirişlərinə kütləvi şəkildə dəyişikliklər etdi. Həmin dəyişikliklərin kütləvi halda edilməsi ƏMAS alt sistemində elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasında təxminən xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasında sistemdə müəyyən yüklənmələr müşahidə olunmuşdur. Bu səbəbdən də ƏMAS alt sistemində əmək müqaviləsinin qeydiyyata alınması yalnız xx.xx.2023-cü il tarixində saat 16:40 mümkün olmuşdur. Beləliklə, Filial tərəfindən işə götürülən şəxsin qanunvericiliyin tələbinə uyğun olaraq əmək müqaviləsinin qeydə alınması üçün bütün zəruri tədbirlər görülmüş, lakin Filialdan asılı olmayan səbəbdən əmək müqaviləsinin bildirişinin qeydə alınması xx.xx.2023-cü il tarixində günün ikinci yarısı mümkün olmuşdur. Lakin bütün bunlara baxmayaraq, X8 Xidməti hesab etmişdir ki, Mehmet Kaplan həmin gün əmək müqaviləsinin bildirişi qeydə alınmadan işə cəlb edilmişdir. Xidmətin qeyd olunan mövqeyi ilə razı deyilik. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcələsinin 49-cü maddəsinin 1-ci hissəsində qeyd olunub ki, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Qeyd olunan normada əmək müqaviləsinin bağlanılmasının hüquqi qüvvəyə minməsi onun elektron informasiya sistemində qeydə alındığı saat da deyil, qeyd alındığı gün nəzərə tutulur. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcələsinin 8-ci maddəsinin 1-ci hissəsində qeyd olunub ki, bu Məcəllə ilə əmək hüquqlarının və vəzifələrinin yaranması, dəyişdirilməsi və xitam edilməsi müvafiq hallarda təqvim vaxtı ilə hesablanan müddətlərlə — illərlə, aylarla, həftələrlə, günlərlə müəyyən edilir. Göründüyü kimi, əmək hüquqlarının və vəzifələrinin yaranması saat və ya dəqiqə ilə şərtləndirilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən X8 Xidmətinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, KR-15-01 nömrəli məktubdan görünür ki, xx.xx.2023cü il tarixdə saat 14:30 radələrində “Horadiz-Cəbraıl-Ağbənd” Avtomobil yolunun KM-46da yerləşən Maşın və mexanizm təmir sexində qaynaqçı peşəsində çalışan Kaplan Memetin asphalt sərmə qurğusuna məxsus detail qaynaq üçün nəzərdə tutulmuş yerdə qaynaq etdiyi zaman parçanı çevirmək istəyərkən ehtiyatsızlıq edərək yıxıldığı və həmin parçanın da sürüşərək sol qol və biləyinin üstünə düşərək xəsarət yetirdiyi qeyd edilmişdir. - Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli baxış aktından görünür ki, xx.xx.2023-cü il tarixdə saat 14:30 radələrində “Horadiz-Cəbraıl-Ağbənd” Avtomobil yolunun KM-46-da yerləşən Maşın və mexanizm təmir sexində qaynaqçı peşəsində çalışan Kaplan Memetin asphalt sərmə qurğusuna məxsus detail qaynaq üçün nəzərdə tutulmuş yerdə qaynaq etdiyi zaman parçanı çevirmək istəyərkən ehtiyatsızlıq edərək yıxıldığı və həmin parçanın da sürüşərək sol qol və biləyinin üstünə düşərək xəsarət yetirdiyi qeyd edilmişdir. - Kaplan Memet tərəfindən X8 Xidmətinə verilmiş izahatdan görünür ki, o, xx.xx.20223-ci il tarixdə Filialın Cəbrayıl rayonu ərazisində yerləşən tikinti sahəsinə gəlmiş, xx.xx.2023-cü il tarixə qədər təlim və dərs almış, xx.xx.2023-cü il saat 08:00-dan Emin adlı ustanın göstərişi əsasında işə başlamış və saat 14:30 radələrində əmək funksiyalarını icra edən zaman xəsarət almışdır. - “DOST X3” MMC tərəfindən X8 Xidmətinə ünvanlanmış xidməti məktubdan görünür ki, “Kalyon RSY X11 Ticari İşletmesi” Şirkəti tərəfindən Memet Kaplana aid 4436EC0000100 nömrəli əmək müqaviləsi bildirişi xx.xx.2023-cü il tarixdə saat 16:35:25də daxil edilmiş və sistemdə texniki nasazlıq aşkar olunmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən, həmin Məcəllənin tələblərinə əməl edilməklə bağlanan əmək müqaviləsi əmək hüquq münasibətlərini tənzimləyən yazılı sənəddir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 1-ci və 3-cü maddələrinə əsasən, işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir və işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə əmək müqaviləsi (kontraktı) adlanır; Həmin Məcəllənin 7-ci maddəsinə əsasən:
1. İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir.
2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 42-ci maddəsinin 1 və 2-ci hissələrinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 49-cu maddəyə əsasən:
1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.
2. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir.
3. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir.
4. Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla işəgötürən Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmədən işçi ilə qanunazidd olaraq əmək münasibətlərinə daxil olması faktı öz təsdiqini tapmışdır. Məhkəmə iclasında tədqiq edilmiş əmək müqaviləsinin bildirişi, habelə iş üzrə araşdırılmış digər sübutlarla müəyyən olunmuşdur ki, işəgötürən Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə Mehmet Kaplan arasında bağlanmış əmək müqaviləsinin bildirişi xx.xx.2023-cü il tarixdə saat 16:35:25-də elektron informasiya sistemində qeydiyyata alınmışdır. Yəni, Kaplan Mehmetin Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Cəbrayıl rayonunda yerləşən iş sahəsində xəsarət aldığı və bu barədə X8 Xidmətinə məlumat verildiyi gün sistemə daxil edilmişdir. Buna görə də, məhkəmə hesab edir ki, faktla bağlı inzibati araşdırma aparmış X8 Xidməti KALYON RSY İNŞAAT ADİ ORTAKLİĞİ TİCARİ İŞLETMESİ” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən işçilərin əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməməsinə dair pozuntuya yol verilməsini aşkar etməklə işəgötürən tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı barəsində haqlı olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, həmçinin Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi və vəkilinin “əmək müqaviləsinin bildirişinin qeydiyyata alınmasının sistemin özündə olan texniki problemlərə görə mümkün olmadığına” dair gətirdiyi dəlillərə münasibət bildirərək qeyd edir ki, inzibati xəta haqqında iş üzrə icraat aparan orqan tərəfindən əmək müqaviləsinə dair məlumatların X1 Sistemində xx.xx.2023-cü il tarixdə hər hansı texniki nasazlığın olub-olmamasını müəyyən etmək məqsədilə DOST X2 müvafiq sorğu verilmişdir. “DOST X3” MMC tərəfindən X8 Xidmətinə ünvanlanmış xidməti məktubu ilə aydın olmuşdur ki, “Kalyon RSY X11 Ticari İşletmesi” Şirkəti tərəfindən Memet Kaplana aid 4436EC0000100 nömrəli əmək müqaviləsi bildirişi xx.xx.2023-cü il tarixdə saat 16:35:25-də daxil edilmiş və sistemdə texniki nasazlıq aşkar olunmamışdır. Bu səbəbdən, məhkəmə hesab edir ki, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi və vəkilinin “əmək müqaviləsinin bildirişinin qeydiyyata alınmasının sistemin özündə olan texniki problemlərə görə mümkün olmadığına” dair gətirdiyi dəlillər həqiqəti əks etdirmir və məsuliyyətdən yayınmaq məqsədi güdür. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir. Beləliklə, məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialının əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsi hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsi, bununla da Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialının inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. (İXM-in 32-ci və 33-cü maddələri). Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə hesab edir ki, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh növünün tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 18.5, 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 20000 (iyirmi min) manat miqdarında inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər
Hakim Vüsal Qurbanov