Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-99/2025 09.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlu, Şikayət vermiş şəxs X1 Bakı şəhər DYPİ tərəfindən EQ 24953355 nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh haqqında qərarından verdiyi şikayətə baxaraq MÜƏYYƏN ETDİ: X3 Bakı şəhər DYPİ tərəfindən EQ 24953355 nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X4 marka modelli **-NQ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil xx.xx.2024-cü il tarixində 3653 qeydiyyat nömrəli etibarnamə ilə mənə etibar edilib. xx.xx.2024-cü il tarixində mənim “ASAN ödəniş” kabinetimə həmin avtomobillə xx.xx.2024-cü il tarixində Bakı şəhəri, İstiqlaliyyət küçəsində “Giriş qadağandır" yol nişanının tələblərinin pozduğuma görə EQ 24953355 nömrəli elektron qərar çıxarılması və cərimə tətbiq edilməsi ilə bağlı məlumat daxil olub. Elektron qərardan xx.xx.2024-cü il tarixində elektron formada “Protokolda xətanın törədildiyi tarix xx.xx.2024-cü il şəxsi kabinetə yüklənmə tarixi isə xx.xx.2024-cü ildir. İXM-nə görə 24 saat ərzində şəxsi kabinetə yerləşdirilməlidir. 24 saat keçdiyinə görə cərimə əsassızdır. Digər tərəfdən isə Giriş qadağandır nişanı və altında avtobus nişanı ümumi istifadədə olan nəqliyyat vasitəsinə giriş qadağan olduğunu bildirir. Orada avtobus nişanındakı oxunması mümkün olmasa da istisna yazılması Yol hərəkəti haqqında qanuna ziddir. YH haqqında qanunda qeyd olunmuş formada nişan yoxdur. Cərimə məbləği və ballar hər iki qeyd etdiyim nüansa nəzərən nəticə etibarilə silinməlidir." məzmununda şikayət etməyinə baxmayaraq 15 iş günü keçməsinə rəğmən hələ də müraciətimə baxılmamışdır. Elektron qərarla bağlı ilkin şikayətimdə bildirdiyim kimi, elektron kabinetdə inzibati xətanın törədildiyi yer və vaxt “İstiqlaliyyət Azərbaycan ts1-042 xx.xx.2024 11:50” qeyd olunub. Elektron kabinetə yerləşdirilən şəkillərdən də göründüyü kimi, Giriş qadağandır nişanı ilə birlikdə nişanın əhatə dairəsini məhdudlaşdıran avtobus nişanı qoyulmuşdur. Lakin Yol hərəkəti haqqında qanuna zidd olaraq avtobus nişanının altında “istisna” sözü yazılmışdır. Yol hərəkəti haqqına qanunda avtobus nişanı üzərində istisna yazılması və ya istisnalı avtobus nişanının təsviri öz əksini tapmamışdır. Həmçinin nişanın üzərində Azərbaycan dilində “istisna” sözünün yazılması standartlara ziddir. Çünki Azərbaycan ərazisində əcnəbilərin nəqliyyat vasitəsini idarə etmək hüququnun olduğunu nəzərə alsaq, əcnəbinin Azərbaycan dilində yazılmış bu ifadəni başa düşməsini gözləmək məntiqli deyil. Yuxarıda qeyd olunanlara əsasən ilk öncə elektron qərardan elektron formada şikayət etdiyi müddəti nəzərə alaraq şikayət üçün müddəti ötürməmiş hesab olunmağını, həm inzibati xəta haqqında məlumatın elektron kabinetə 24 saat müddətindən gec (1 ay sonra) əlavə edilməsi, həm də istinad edilən yol nişanının yol hərəkəti qanunvericiliyinə uyğun olmaması səbəbindən inzibati xəta haqqında elektron qərarın, cərimə və cərimə ballarının ləğv edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati xəta hadisəsi Səbail rayonunun ərazisində törədilmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 noyabr 2020-ci il tarixli qərarına əsasən qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki X1 Bakı şəhər DYPİ tərəfindən EQ 24953355 nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənləri rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Bakı şəhər DYPİ tərəfindən EQ 24953355 nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Hakim Hafiz Kamranov Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi AZ-1008 ünvan 1 ünvanı: mailto:contact@narimanovcourt.gov.azElektron ünvan 09 yanvar 2025-ci il № 3(005)-99/2025 X2 Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Y.Vəzirov küçəsi, ev 74 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 yanvar 2025-ci il tarixli, 3(005)- 99/2025 nömrəli qərardadının surəti məlumat üçün sizə göndərilir. Qoşma: Qərardadın surəti - 01 vərəq. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-99/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-99/2025
09.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver