Məhkəmə qərarları › İş №3(005)-991/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-991/2023

04.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-991/2023 04.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci PŞ-nin sahə inspektoru, polis kapitanı X2, Zərərçəkmiş şəxs X1 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş, ailəli, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, Biləsuvar rayonu, Bağbanlar ərazi dairəsi, Bağbanlar kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 04 aprel 2023-cü il tarixdə daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Nərimanov RPİ-nin 18-ci PŞ-nin təhqiqatçısı Vüqar Rəşidovun 03 aprel 2023-cü il tarixli qərarından və rədd materialına əsasən tərtib edilmiş MN ******* nömrəli 04 aprel 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, vət. Şəxs xx.xx.2023-cü il tarixdə saat 06:30-da Xətai prospekti 7 ünvanında yerləşən “Yaşıl Bazarda” dəyəri 150 manat olan 1 kisə şabalıd oğurlanmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci PŞ-nin sahə inspektoru X4 bildirdi ki, protokolu müdafiə edərək təmin olunmasını xahiş etdi. Zərərçəkmiş şəxs X3 ərizə verərək bildirmişdir ki, məhkəmənin icraatında olan 3(005)- 991/2023 saylı inzibati iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Bu səbəbdən inzibati iş üzrə icraata xitam verilməsinə etiraz etmir. Eyni zamanda izahatında ona dəymiş zərərin tam ödənildiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərmişdir ki, zərərçəkmiş şəxsə dəymiş zərəri tam həcmdə ödəmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslə də aralarında barışıq vardır. Göstərilənləri nəzərə alaraq barəsində olan inzibati protokola xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 03 aprel 2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində gösrəeilənlərə əsasən X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi, inzibati xətanı törətmiş Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün qərarın surəti ərazi üzrə xidmət aparan sahə rəisinə göndərilməsi qərara alınmışdır. İXM-in: 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir.; İXM-in 227-ci maddəsində xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamaq inzibati xəta kimi nəzərdə tutulmuşdur. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən zərərçəkmiş şəxsə dəyən ziyanın tamamilə ödənilməsi və onunla barışması səbəbindən Şəxs barəsində başlanmış İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 105, 109.2 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar