Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-992/2021 25.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 iştirakı ilə, Bakı şəhəri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Bakı şəhəri Şəxs barəsində tərtib olunmuş 15.04.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, X9 Agentliyinin 09.03.2021-ci il tarixli 22/496 nömrəli məktubu ilə ünvan 1 ünvanında 2 (iki) ədəd Palma ağacının köçürülməsi, 2 (iki) ədəd tut ağacının budanmasına rəy verildiyi halda, ağacların dördünün də köçürülməsinə qərar verilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X8 protokolun məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Bakı şəhəri Şəxs məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Bakı şəhəri Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Şəxs 03/039 nömrəli 19 fevral 2021-ci il tarixli məktubundan görünür ki, Nərimanov rayonu, Məmməd Araz küçəsi 67/74 ünvanında ticarət obyektinin sahibi X6 müraciətinə əsasən Nərimanov Bələdiyyəsinin Sosial inkişaf və xidmət şöbəsinin mütəxəssisləri tərəfindən yuxarıda qeyd olunan ünvana baxış keçirərək, təhlükə yaradan və qəzalı vəziyyətdə olan 2 ədəd tut və 2 ədəd palma ağaclarının kəsilib götürülməsinə ehtiyac olduğunu müəyyən etmişdir. X7 Araz küçəsi 67/74 ünvanında yerləşən, təhlükə yaradan və qəzalı vəziyyətdə olan 2 ədəd tut və 2 ədəd palma ağaclarının kəsilib götürülməsi üçün müvafiq rəy verilməsini xahiş etmişlər. Bakı şəhəri Şəxs bələdiyyə iclasının 02 saylı protokolundan 4 nömrəli, 11 mart 2021ci il tarixli qərarından olan çıxarışdan görünür ki, 1. Nərimanov rayonu, Məmməd Araz küçəsi 67/74 ünvanında təhlükə törədən ağacların köçürülməsi araşdırılsın. 2. ETSN-nin X9 Agentliyi tərəfindən verilmiş 22/496 saylı, 09.03.2021-ci il tarixli müvafiq rəyi əsasında Məmməd Araz küçəsi 67/74 ünvanında yerləşən 2 ədəd tut və 2 ədəd palma ağaclarının aqrotexniki qulluq göstərilmək şərti ilə yaxın ətrafda yaşıllıq üçün nəzərdə tutulmuş sahəyə əkilmələri şərti ilə köçürülsün. 3. Nərimanov Bələdiyyəsi tərəfindən sənədləşmə işləri həyata keçirilsin, ETSN-nin X9 Agentliyi tərəfindən verilmiş 22/496 saylı, 09.03.2021-ci il tarixli müvafiq rəyi əsasında Məmməd Araz küçəsi 67/74 ünvanında yerləşən 2 ədəd tut və 2 ədəd palma ağaclarının aqrotexniki qulluq göstərilmək şərti ilə yaxın ətrafda yaşıllıq üçün nəzərdə tutulmuş sahəyə əkilmələri şərti ilə köçürülməsi üçün Bakı şəhəri İH X2 müraciət edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 09 aprel 2021-ci il tarixli 69222 nömrəli aktından görünür ki, X9 Agentliyinin 09.03.2021-ci il tarixli 22/496 nömrəli ekspertiza rəyinin icra vəziyyəti ilə bağlı yoxlama apararkən İdarənin 01.04.2021-ci il tarixli, 044 nömrəli sərəncamı ilə X9 Agentliyinin 09.03.2021-ci il tarixli 22/496 nömrəli ekspertiza rəyinin icra vəziyyəti yerində araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Nərimanov Rayon Bələdiyyəsi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanlanmış 19.02.2021-ci il tarixli 03/039 nömrəli məktuba əlavə edilmiş Nərimanov rayonu, Məmməd Araz küçəsi 67/74 ünvanında “Abu Dabi” ticarət obyektinin sahibi X6 “obyektin qarşısında olan ağacların götürülməsinə icazə verilməsi” ilə bağlı qeyd olunanlar yerində araşdırılmış və 2 ədəd tut ağacının aqrotexniki qaydada budanmasına, 2 ədəd palma ağacının yaxın ətrafda yaşıllıq üçün nəzərdə tutulmuş sahəyə əkilməsi şərti ilə köçürülməsinə dair X9 Agentliyi tərəfindən 2021-ci il 09 mart tarixli 22/496 nömrəli ekspertiza rəyi verilmişdir. Lakin Nərimanov rayon Bələdiyyəsi tərəfindən 2 ədəd palma və yalnız budanmasına icazə verilmiş 2 ədəd palma ağacı olmaqla ümumilikdə 4 ədəd ağacın köçürülməsi ilə əlaqədar 2021-ci il tarixli 11 mart tarixli qərar qəbul edilmiş və götürülmə vərəqi verilmişdir. Əraziyə keçirilən baxış zamanı Nərimanov rayonu, Məmməd Araz küçəsi 67/74 ünvanında “Abu Dabi” ticarət obyektinin qarşısında diametrləri 42 sm-lik 1 ədəd, 20 sm-lik 1 ədəd olmaqla 2 ədəd tut ağacı, 20 sm-lik 2 ədəd palma olmaqla ümumilikdə 4 ədəd ağacın qanunsuz götürüldüyü və yaxın ərazidə əkilmədiyi faktı aşkar edilmişdir. Bununla da “Yaşıllıqların mühafizəsi haqqında” Qanunun 10 və 13-cü maddələrinin tələbləri pozulmuş, Nazirlər Kabinetinin 2016-cı il, 30 avqust tarixli 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülmə qaydası”na əməl olunmamışdır. Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyindən təqdim olunmuş 14.04.2021-ci il tarixli C-DQ-101 nömrəli rəsmi məlumata əsasən ağacları təkrar araşdırma zamanı Nərimanov rayonu, Məmməd Araz küçəsi 67/74 ünvanında “Abu Dabi” qeyri yaşayış obyektinin qarşısında 2 (iki) ədəd tut, 2 (iki) ədəd palma olmaqla ümumilikdə 4 (dörd) ədəd ağacın məhv edilmədiyi, Birliyin mütəxəssisləri tərəfindən Sabunçu rayonu, Ramana qəsəbəsi və Xəzər rayonu Binə qəsəbəsində yerləşən tinglik sahələrinə köçürülərək orada əkildiyi müəyyən edilmişdir. Bununla da Nərimanov Bələdiyyəsi tərəfindən X3 müsbət rəyi olmadan 2 (iki) ədəd tut ağacının götürülməsi ilə bağlı qərar qəbul edilməklə Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi qaydası”nın tələblərinə əməl olunmaması aşkar edilmişdir. Akt iki nüsxədən ibarət tərtib olunmuşdur. Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin C-DQ-101 saylı, 14 aprel 2021-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən 2 ədəd tut və 2 ədəd palma ağacının budanaraq köçürülməsi barəsində Nərimanov Bələdiyyəsindən 22.03.2020-ci il tarixli, 03/062 saylı məktubla Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə daxil olmuş müraciətə tərəflərindən baxılmışdır. Məlumat üçün bildirmişlər ki, sözügedən ünvanda Birliyin mütəxəssisləri tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi X4 09.03.2020-ci il tarixli 22/496 saylı rəyi və Nərimanov Bələdiyyəsi tərəfindən verilmiş “Yaşıllığın köçürülməsi vərəqi” əsnasında köküstə yaş 2 ədəd tut ağacı X1 Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən tinglik sahəsinə, 2 ədəd palma isə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən tinglik sahəsinə köçürülmüşdür. Eyni zamanda bildirmişlər ki, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən tinglik sahəsinə köçürülmüş 2 ədəd palma ağacının yaxın zamanlarda Nərimanov rayonu, Atatürk parkında yerləşən yaşıllıq sahəsinə köçürülməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 253-1.2-ci maddəsinə əsasən yaşıllıqların götürülməsi qaydasının pozulmasına, yəni: 253-1.2.1-ci maddəsinin müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan və ya nəzərə alınmadan yaşıllıqların götürülməsi barədə qərarın qəbul edilməsinə; 253-1.2.2. yaşıllıqların müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı, yaxud yaşıllığın götürülməsi vərəqi olmadan götürülməsinə görə - fiziki şəxslər min manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər on beş min manat miqdarında cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.08.2016-cı il tarixli 321 saylı qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi qaydası”nın 2.1-ci bəndinə əsasən yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. Həmin qaydanın 2.2-ci bəndinə əsasən yaşıllıqların götürülməsinə aşağıdakı hallarda yol verilir: 2.2.1. dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda; 2.2.2. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin X3 müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin X3 obyekti olan və X3 müsbət rəyi olan layihə həyata keçirildikdə; 2.2.3. şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyriyaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda; 2.2.4. ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və s.) aparıldıqda; 2.2.5. texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda; 2.2.6. ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Nərimanov Bələdiyyəsi tərəfindən X9 Agentliyinin 09.03.2021-ci il tarixli 22/496 nömrəli məktubu ilə ünvan 1 ünvanında 2 (iki) ədəd Palma ağacının köçürülməsi, 2 (iki) ədəd tut ağacının budanmasına rəy verildiyi halda ağacların dördünün də köçürülməsinə qərar verilməsinə baxmayaraq qeyd edilən 4 ağacın köçürülməsinə qərar verilmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Bakı şəhəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı şəhəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1-ci maddəsi ilə təqsirli bilinərək 15000 (on beş min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-992/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-992/2021
25.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver