Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-994/2023 02.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ASC-nin vəkili “Xırdalan şəhər” Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, Şəxs ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 28 mart 2022-ci il tarixli EP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər 05 aprel 2022-ci il tarixdə Nərimanov Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN:**********) tərəfindən xx.xx.2018-ci il tarixli **********2018 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş 5 adda olmaqla “tədbirlərin təşkili məqsədilə gətirilmiş projektorlar, dar istiqamətli işıq lampaları, qablaşdırma üçün plastmasdan məmulatlar, yeşiklər” yükü xx.xx.2020-ci il tarixədək 24 (iyirmi dörd) av müddətinə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləsdirilməklə müvəqqəti olaraq Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmişdir. Sonradan Şəxs MMC tərəfindən xx.xx.2018-ci il tarixli **********2018 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş 5 adda olmaqla “tədbirlərin təşkili məqsədilə gətirilmiş projektorlar, dar istiqamətli işıq lampaları qablaşdırma üçün plastmasdan məmulatlar, yeşiklər” yüklərin müvəqqəti idxal xüsusi gömrük proseduru altında qalma müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin “Vahid Avtomatlaşdırılmış idarəetmə Sistemi” (VAİS) informasiya resursundan çıxarışdan görünür ki, xx.xx.2018-ci il tarixli **********2018 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların müvəqqəti idxal müddətinin son tarixi xx.xx.2021-ci il müəvvən edilmişdir. Şəxs MMC (VÖEN:**********) tərəfindən xx.xx.2018-ci il tarixli **********2018 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş 5 adda olmaqla “tədbirlərin təşkili məqsədilə gətirilmiş projektorlar dair istiqamətli işıq lampaları qablaşdırma üçün plastmasdan məmulatlar, yeşiklər” yükü müvəqqəti idxal müddəti xx.xx.2021-ci il tarixidə bitdikdən 3 ay 20 gündən sonra xx.xx.2021-ci il tarixdə **********2754 sorğu nömrəli gömrük bəyannaməsi tərtib edilmişdir. Nəticədə «A+A Şirkətlər Qrupu ASC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «A+A Şirkətlər Qrupu ASC-nin vəkili Nümayəndə inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, **********2018 sorğu nömrəli xx.xx.2023-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların müvəqqəti idxal müddətinin son tarixi xx.xx.2021ci il tarixi müəyyən edilmişdir. Buna baxmayaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən cəmiyyət barəsində protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində göstərilən müddətlər ötürülməklə tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 28 mart 2023-cü il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolu üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında arayışdan görünür ki, Şəxs ASC-nin hüquqi ünvanı ünvan 2b, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. xx.xx.2022-ci il tarixli raportdan görünür ki, ”A+A Şirkətlər Qrupu” MMC-nin (**********) tərəfindən **********2018 saylı GB ilə müvəqqəti idxal xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddəti bitmiş, lakin ”A+A Şirkətlər Qrupu” MMC-nin tərəfindən bu yüklərin digər gömrük prosedurı altında yerləşdirilməsi barədə heç bir müraciət daxil olmamışdır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 130.1-ci maddəsinə əsasən təkrar idxal üçün nəzərdə tutulmuş daxili mallar müvəqqəti ixrac proseduru altında yerləşdirilir. Bu mallardan bu Məcəllənin 130.2-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq gömrük rüsumlarından və vergilərdən tamamilə, yaxud qismən azad edilməklə, habelə ticarət siyasəti tədbirləri tətbiq edilmədən gömrük ərazisindən kənarda istifadə olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 2 sentyabr tarixli 244 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi” Qaydalarının 3.1 və 3.2-ci maddələrinə əsasən müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malların bu gömrük proseduru altında qalma müddəti gömrük orqanları tərəfindən 24 aydan çox olmamaq şərtilə müəyyənləşdirilir. Bu müddət müvəqqəti ixrac gömrük prosedurunun məqsədi üçün kifayət etməlidir. Bu müddətdə müvəqqəti ixrac gömrük prosedurunun məqsədlərinə nail olunmadıqda, gömrük orqanı həmin prosedur üçün müəyyən olunmuş müddətin başa çatmasına bir ay qalmış prosedur sahibinin əsaslandırılmış müraciəti ilə malların müvəqqəti ixrac gömrük proseduru altında qalma müddətini 12 aya qədər uzadır. Göründüyü kimi qüvvədə olan gömrük qanunvericiliyində bir qayda olaraq 3 ildən artıq müddətə malların müvəqqəti ixrac prosedurunda qalma müddəti nəzərdə tutulmamışdır. Habelə, qanunvericilik idxalatçının üzərinə malların təkrar idxal edilməsi vəzifəsi qoymaqla malların ölkə ərazisinə qaytarılması məqsədi daşıyır. Tənzilməyici normalardan ibarət qeyd olunan müddəaların tələblərinə riayət edilmədiyi halda isə mövcud ictimai münasibətlərin qorunması məqsədi ilə inzibati xətalar qanunvericiliyində məsuliyyət müəyyən edilmişdir. İş materiallarında görünür ki, hüquqi şəxs "A+A Şirkətlər Qrupu" ASC tərəfindən istinad olunan Gömrük bəyannamələri üzrə malların öhdəlik müddəti ərzində yəni xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmamasına və ya bu əraziyə qaytarılmamasına görə "A+A Şirkətlər Qrupu" ASC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci madəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən "A+A Şirkətlər Qrupu" ASCnin inzibati məsuliyyətə cəlb edilməsi üçün sonuncu müddət xx.xx.2021-ci il müəyyən edilmişdir. Buna görə də "A+A Şirkətlər Qrupu" ASC barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsinə əsasən zərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni:bir ildən artıq müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə - inzibati xətanın bilavasitə obyekti olan mallar və (və ya) nəqliyyat vasitələrinin dəyərinin əlli faizindən yetmiş faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Beləliklə, "A+A Şirkətlər Qrupu" ASC tərəfindən İXM-in 499.1.5-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədildiyi gündən, yəni xx.xx.2021-ci il tarixdən bir ildən artıq müddət keçdiyindən, "A+A Şirkətlər Qrupu" ASC barəsində inzibati tənbeh verilə bilməz. İXM-nin 53.1.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-nin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Odur ki, "A+A Şirkətlər Qrupu" ASC barəsində tərtib olunmuş 28 mart 2023-cü il tarixli EP seriyalı ******* saylı inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata, inzibati tənbeh vermə müddəti keçdiyindən xitam verilməlidir. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, A+A Şirkətlər Qrupu ASC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin Məcəllənin 38.1-ci maddəsinin tələbləri nəzərə alınaraq inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbeh vermə müddəti keçdiyindən xitam verilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114- 117, 128-130 və 499.1.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "A+A Şirkətlər Qrupu" ASC barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş 28 mart 2023-cü il tarixli EP seriyalı ******* saylı inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbeh vermə müddəti keçdiyindən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-994/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-994/2023
02.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver