Məhkəmə qərarları › İş №3(005)-999/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-999/2025

15.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-999/2025 15.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 347-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Nərimanov rayon Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Dövlət X1 "xxxx" MMC barəsində İXM-in 347-ci maddəsi ilə İXP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, "xxxx" MMC tərəfindən xx.xx.2025-ci il tarixdə qəbul edilmiş sorğuya əsasən mülkiyyətində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat təqdim edilməmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) və barəsində protokol tərtib edilmiş hüquqi şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, qeyd olunan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. "xxxx" MMC tərəfindən “Elektron Məhkəmə” sistemi vasitəsi ilə daxil olmuş etiraz ərizsindən görünür ki, "xxxx" MMC AR İXM-nin 347-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Yəni, "xxxx" MMC tərəfindən onun mülkiyyətində nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməmişdir. Aşağıdakı əsaslara görə protokol əsassız və qanunsuzdur və ona görə də “ADO-G inşaat Təchizat və Quraşdırma" MMC barəsində başlanılmış inzibati xətalar haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş DİN-nin DYP WEB Portalından çıxarılmış sorğuda "xxxx" MMC-nin ünvanı olaraq ünvan 1ni, sorğu ünvan 2 ünvanına göndərilmişdir. İnzibati orqan sorğunu həmin ünavana göndərməklə səhvə yol vermişdir və nəticədə sorğu Cəmiyyətə çatdırılmamışdır. Belə ki, Cəmiyyətin hüquqi ünvanı xx.xx.2022-ci il tarixdən Bakı şəhəri, Nərimanov rayonu, Ak.Həsən Əliyev küçəsi, ev 125A ünvanından Bakı səhəri. Xəzər ravonu. Süvalan STQ, Bağ sahəsi, ev 2650 ünvanına. xx.xx.2024-cü il tarixdən isə ünvan 4anına dəyişdirilmişdir. Ona görə də, yəni Cəmiyyətin hüquqi ünvanının xx.xx.2022-ci ii tarixdən başqa ünvana dəyişdirilməsi ilə əlaqədar Cəmiyyət həmin tarixdən Bakı şəhəri, Nərimanov rayonu, Ak.Həsən Əliyev küçəsi, ev 125A ünvanında fəaliyyət göstərmədiyinə görə inzibatı orqan tərəfindən Cəmiyyətə ünvanlanmış sorğunun ünvan 5əmiyyətə çatdırılması (daxil olması) və Cəmiyyətə çatdırılmamış (daxil olmamış) sorğuya Cəmiyyət tərəfindən cavab verilməsi mümkün deyil. İXP ******* savlı. xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolda "xxxx" MMC-nin ünvanı olaraq "ünvan 6imi, Cəmiyyətin hüquqi ünvanının "ünvan 8muşdur, lakin inzibati orqan sorğuda səhvən Cəmiyyətin əvvəlki ünvanı olan ünvan 9r. Sorğu Bakı şəhəri, ünvan 10 ünvana çatdırılıb - çatdırılma ması ilə bağlı bir məlumat yoxdur. Beləliklə, inzibati orqanın sorğusu onun səhvinə görə səhv ünvana göndərildiyindən və bu səbəbdən də sorğu Cəmiyyətə çatdırılmadığından (daxil olmadığından), sorğunun hansı tarixdə Cəmiyyətə daxil olması, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində göstərilmiş 5 günlük müddətin hansı tarixdən etibarən hesablanmalqa Cəmiyyət tərəfindən ötürülməsi sübuta yetirilmədiyindən sorğuda göstərilmiş nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın 5 gün müddətində Cəmiyyət tərəfindən verilməməsinə görə inzibati orqan tərəfindən Cəmiyyət barəsində inzibati xəta haqqında protokolun tərtib edilməsi, inzibati xətalar haqqında işin başlanılması və protokola baxılması üçün onun məhkəməyə göndərilməsi qanunsuzdur.Odur ki, qeyd edilənlərn nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC tərəfindən balansında olan “Fiat Doblo” minik markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yol hərəkəti qaydalarını pozması ilə əlaqədar tərtib edilmiş elektron protokollar barədə məlumatı qəbul etdikləri gündən 5 gün müddətində həmin nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs barədə rəsmi məlumat verilməmişdir. Buna görə də hüquqi şəxs barəsində İXM-in 347-ci maddəsi ilə protokol tərtib edilmişdir; DİN-in DYP Web Portalından çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 00:04-də "xxxx" MMC-nin mülkiyyətində olan “Fiat Doblo” minik markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobillə İXM-in 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir; Bakı şəhəri Nərimanov RPİ-nin Dövlət X1ndən "xxxx" MMC-yə ünvanlanmış məktubun ünvan sahibinə çatmasını təsdiq edən sənədin rəsmi verilməsinə dair kötükdən görünür ki, məktub "xxxx" MMC-nin hüquqi ünvanına göndərilmiş və xx.xx.2025-ci il tarixdə “Qasımova” soyadlı şəxs tərəfindən qəbul olunmuşdur. Məhkəmə, iş materiallarında olan poçt xəbərnaməsinə dair qeyd edir ki, İXM-in 57-ci maddəsinə əsasən hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. Lakin, iş materiallarında olan poçt xəbərnaməsində isə İXMin göstərilən tələblərinə riayət edilməmişdir. Həmçinin, iş materiallarında olan poçt xəbərnaməsinin "xxxx" MMC-nin nümayəndəsi tərəfindən qəbul edilməsi təsdiq olunmur. Həmin poçt xəbərnaməsi “Qasımova” soyadlı şəxs tərəfindən imzalanmışdır ki, həmin şəxs "xxxx" MMC-də işləmədiyi məlum olmuşdur. Belə olan halda, məhkəmə İXM-in 8-ci maddəsində nəzərdə tutulan “Təqsirsizlik prezumpsiyası prinsipi”ni rəhbər tutur. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 347-ci maddəsinin dispozisiyasına əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Qeyd olunanları rəhbər tutaraq məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığı üçün "xxxx" MMC inzibati məsuliyyətdən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və İXM-in 8, 25, 40.0.1, 43, 48-51, 53, 55, 114, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İXM-in 347-ci maddəsi İXP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokola əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar