Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1/2024 09.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qarayev Fuad Novruzəli oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı, "xxxx" MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli, ev 88, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EP ******* (00100-00861/23) saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EP ******* (00100-00861/23) nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsindən daxil olmuş 34/013/007862 saylı, xx.xx.2023-cü il tarixli raporta əsasən ünvan 2 ünvanında qeydiyyatda olan "xxxx" MMCnin (VÖEN:**********) ünvanına xx.xx.2023-cü il tarixdə Türkiyə Respublikasından 99KU361/992A951 nömrə nişanlı yük avtomaşınında daxil olmuş mallar Bakı Baş Gömrük İdarəsində **********6958 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda bəyan edilmişdir. **********6958 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsinin 1-ci mövqeyində qeyd olunan mallar, yəni İFT**********184 nömrəli invoysun 4, 8, 9, 10, 18, 19-cu mövqelərində qeyd olunan mallar XİF MN üzrə “**********” kod altında və **********6958 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsinin 3-cü mövqeyində qeyd olunan mallar, yəni İFT**********184 nömrəli invoysun 4, 8, 9, 10, 18, 19-cu mövqelərində qeyd olunan mallar XİF MN üzrə “**********” kod altında sinifləşdirilmişdir. İFT**********184 nömrəli invoysun 4, 8, 9, 10, 18, 19-cu mövqelərində qeyd olunan malların XİF MN üzrə “**********” kod və və 4, 8, 9, 10, 18, 19-cu mövqelərində qeyd olunan malların XİF MN üzrə “**********” kod olmasına əsaslı şübhələr yaranmışdır. Bununla əlaqədar olaraq **********6958 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsinin 1-ci və 3-cü mövqelərində, yəni İFT**********184 nömrəli xx.xx.2023-cü il tarixli invoysun 4, 8, 9, 10, 18, 19-cu mövqelərində qeyd olunan malların XİFMN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədilə X2 İdarəsinə 1400-013/00225/002698 nömrəli xx.xx.2023-cü il tarixli məktubla müraciət olunmuş, həmin İdarədən Bakı Baş Gömrük İdarəsinə daxil olmuş 2200-015/0xx-xx/001634 nömrəli xx.xx.2023-cü il tarixli rəyinə əsasən ekspertizanın aparılması və sənədlərin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, "xxxx" MMCnin ünvanına İFT**********184 saylı xx.xx.2023-cü il tarixli invoysun 4, 8, 9, 10, 18, 19-cu mal mövqeləri üzrə idxal olunan yükdən təqdim olunmuş nümunələr XİFMN görə fərqli kod altında sinifləşdirilmişdir. X2 İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixində 2200-015/0xxxx/001634 nömrəli məktubla verilmiş ekspert rəyinə əsasən "xxxx" MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği barədə Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə məlumat verilməsi üçün Gömrük prosedurları və ödənişləri şöbəsinə 34/013/008041 saylı, xx.xx.2023-ci il tarixli raportla sorğu verilmişdir. Həmin sorğuya cavab olaraq Gömrük prosedurları və ödənişləri şöbəsindən daxil olmuş 34/012/008917 saylı, xx.xx.2023-cü il tarixli raportda X2 İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixində 2200- 015/0xx-xx/001634 nömrəli məktubla verilmiş ekspert rəyində göstərilən XİF MN kodla sinifləşdirildiyi təqdirdə "xxxx" MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği-idxal gömrük rüsumu üzrə 3060,70 manat, əlavə dəyər vergisi üzrə 550,91 manat olmaqla cəmi 3611,61 (üç min altı yüz on bir manat 61 qəpik) manat təşkil etdiyi qeyd olunmuşdur. Beləliklə, "Muradlı-M” MMC xx.xx.2023-cü il tarixli, **********6958 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ümumilikdə 3611,61 (üç min altı yüz on bir manat 61 qəpik) manat məbləğində gömrük ödənişinin ödənilməməsindən yayınmış, bununla da, "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə bildirmişdir ki, Bakı Baş Gömrük İdarəsi tərəfindən "xxxx" MMC-nin rəhbərliyinə 05 aprel 2023-ci il tarixli 1400-013/0xx-xx/003498 saylı bildiriş təqdim edilmişdir. Həmin bildirişdə qeyd edilənlərə əsasən Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsində aparılan 34/013/007862 saylı materialın aradırılması zamanı "xxxx" MMC-nin ünvanına Türkiyə Respublikasının “Kayalar Kimya Sanayi ve Ticaret A.Ş” şirkətindən 99KU361/99ZA951 nömrəli avtomaşınlarla daxil olmuş və **********6958 nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən malların Dövlət Gömrük Komitəsi X2 İdarəsinin ekspert rəyinə əsasən XİF MN üzrə kodunun düzgün bəyan edilməməsinin müəyyən edildiyi qeyd olunmuşdur. Həmin bildirişdə gömrük prosedurları və ödənişləri şöbəsindən daxil olmuş 34/012/008917 saylı 03 aprel 2023-cü il tarixli raporta əsasən, **********6958 nömrəli kömrük bəyənaməsi üzrə əlavə ödəniləcək gömrük ödənişlərinin məbləğinin; - idxal vergisi üzrə-3.060,75 (üç min altmış manat yetmiş beş qəpik) manat, ƏDV üzrə - 550.91 (beş yüz əlli manat doxsan bir qəpik) manat təşkil etdiyi göstərilmişdir. "xxxx" MMC tərəfindən 05 aprel 2023-ci il tarixli 1400-013/0xx-xx/003498 saylı bildiriş üzrə ümumilikdə, 3611,66 (otuz altı min on bir manat altmış altı qəpik) manat məbləğində əlavə gömrük ödənişlərinin ödənilməli olduğu bildirilmişdir. "xxxx" MMC tərəfindən 13 mart 2023ci il tarixində təqdim edilmiş **********6958 saylı idxal gömrük bəyannaməsində qeyd edilən mallara görə 23297, 08 (iyirmi üç min iki yüz doxsan yeddi manat səkkiz qəpik) manat manat idxal gömrük rüsumu ödənilmişdir. Bununla bağlı BBƏİ-nin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin müavini g/x-i mayoru X3 tərəfindən 10 aprel 2023cü ildə tərtib edilmiş 00100-00861/23 nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilmiş, xx.xx.2023-cü il tarixində məhkəməyə daxil olmuş və hazırda sizin icratınızdadır. İşin hallarından da göründüyü kimi, "xxxx" MMC tərəfindən 13 mart 2023-cü il tarixində təqdim edilmiş **********6958 saylı idxal gömrük bəyannaməsində bəyan edilən mallar Bakı Baş Gömrük İdarəsi tərəfindən yoxlanılmış və bəyan edilən malların XİF MN üzrə kodunun yoxlayan orqanın sistemində mövcud olan kodla uyğunluğu yoxlanılaraq həmin malların düzgün bəyan edilməsi səbəbindən xx.xx.2023-cü il tarixində saat 15:55:07 tarixində rəsmləşdirmənin bitdiyi və malın buraxılması barədə komitənin elektron sistemində bildiriş qeydə alınmışdır ki, sistemdən çıxarışı əks etdirən kağızdaşıyıcıda sübutda etiraza əlavə edilmişdir. "xxxx" MMC tərəfindən 13 mart 2023-ci il tarixində təqdim edilmiş **********6958 saylı idxal gömrük bəyannaməsində bəyan edilən mallar qanunauyğun rəsmləşdirildikdən və buraxıldıqdan sonra Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə protokolun tərtib edilməsi tamamilə qanunsuzdur. Çünki, Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsinə əsasən tərkib gömrük ödənişlərinin ödənilməsindən yayınmağa görə tətbiq edilir. Tərəflərindən isə 13 mart 2023-ci il tarixində təqdim edilmiş **********6958 saylı idxal gömrük bəyannaməsində bəyan edilən mallar Bakı Baş Gömrük İdarəsi tərəfindən yoxlanılmış və bəyan edilən malların XİF MN üzrə kodunun yoxlayan orqanın sistemində mövcud olan kodla uyğunluğu yoxlanılaraq həmin malların düzgün bəyan edilməsi səbəbindən xx.xx.2023-cü il tarixində saat 15:55:07 tarixində rəsmləşdirmənin bitdiyi və malın buraxılması barədə komitənin elektron sistemində bildiriş qeydə alınmış və 23297,08 (iyirmi üç min iki yüz doxsan yeddi manat səkkiz qəpik) manat manat idxal gömrük rüsumu ödənilmişdir. Qeyd olunanlara əsasən "xxxx" MMC barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə protokolu tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı Baş Gömrük İdarəsinin 34/013/007862 nömrəli, xx.xx.2023-cü il tarixli raportundan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan "xxxx" MMC-nin (VÖEN:**********) ünvanına xx.xx.2023-cü il tarixdə Türkiyə Respublikasından 99KU361/992A951 nömrə nişanlı yük avtomaşınında daxil olmuş mallar Bakı Baş Gömrük İdarəsində **********6958 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda bəyan edilmişdir. **********6958 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsinin 1-ci mövqeyində qeyd olunan mallar, yəni İFT**********184 nömrəli invoysun 4, 8, 9, 10, 18, 19cu mövqelərində qeyd olunan mallar XİF MN üzrə “**********” kod altında və **********6958 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsinin 3-cü mövqeyində qeyd olunan mallar, yəni İFT**********184 nömrəli invoysun 4, 8, 9, 10, 18, 19-cu mövqelərində qeyd olunan mallar XİF MN üzrə “**********” kod altında sinifləşdirilmişdir. İFT**********184 nömrəli invoysun 4, 8, 9, 10, 18, 19-cu mövqelərində qeyd olunan malların XİF MN üzrə “**********” kod və və 4, 8, 9, 10, 18, 19-cu mövqelərində qeyd olunan malların XİF MN üzrə “**********” kod olmasına əsaslı şübhələr yaranmışdır. Bununla əlaqədar olaraq **********6958 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsinin 1-ci və 3-cü mövqelərində, yəni İFT**********184 nömrəli xx.xx.2023-cü il tarixli invoysun 4, 8, 9, 10, 18, 19-cu mövqelərində qeyd olunan malların XİFMN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədilə X2 İdarəsinə 1400-013/00225/002698 nömrəli xx.xx.2023-cü il tarixli məktubla müraciət olunmuş, həmin İdarədən Bakı Baş Gömrük İdarəsinə daxil olmuş 2200-015/0xx-xx/001634 nömrəli xx.xx.2023-cü il tarixli rəyinə əsasən ekspertizanın aparılması və sənədlərin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, "xxxx" MMCnin ünvanına İFT**********184 saylı xx.xx.2023-cü il tarixli invoysun 4, 8, 9, 10, 18, 19-cu mal mövqeləri üzrə idxal olunan yükdən təqdim olunmuş nümunələr XİFMN görə fərqli kod altında sinifləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Mərkəzi X1 xx.xx.2023-cü il tarixli 2200-015/0xx-xx/001634 nömrəli ekspert rəyindən görünür ki, "xxxx" MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği barədə Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə məlumat verilməsi üçün Gömrük prosedurları və ödənişləri şöbəsinə 34/013/008041 saylı, xx.xx.2023-ci il tarixli raportla sorğu verilmişdir. Həmin sorğuya cavab olaraq Gömrük prosedurları və ödənişləri şöbəsindən daxil olmuş 34/012/008917 saylı, xx.xx.2023-cü il tarixli raportda X2 İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixində 2200-015/0xx-xx/001634 nömrəli məktubla verilmiş Ekspert rəyində göstərilən XİF MN kodla sinifləşdirildiyi təqdirdə "xxxx" MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği-idxal gömrük rüsumu üzrə 3060.70 AZN, əlavə dəyər vergisi üzrə 550.91 AZN olmaqla cəmi 3611.61(üç min altı yüz on bir manat 61 qəpik)manat təşkil etdiyi qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-15/2-6/4872-9/6995 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Muradlı-M Məhdud Məsuliyyətli Cəmiyyəti” dairəvi əksi olan möhürlə möhürlənmiş, “...Nəsimi Rayon Məhkəməsi..3(006)1978/23...Qutu tərkibi: 1.VMP 500.00. Genç Proffesional PU Vernik Parlaq 3 kq: 2.350.77 X8 X5-Beyaz 3 kq: 3.VN 100.77 X8 X6.Vernik 3 kq; 4. HP 904.00 Genç Proffesional PU Sertləşdirici 3 kq; 5.BP 580.10 Genç Proffesional PU X11 12 kq, 6.HP 580.00 Genç Proffesional PU Sertləşdiri ci 1,5 kq..” yazı əlavəsi olan karton qutunun içərisində olan 06 ədəd: 1.VP 500.00. Genç Proffesional PU Vernik Parlaq 3 kq – Tərkibində alkid qətranı və onu əmələ gətirən birləşmələrin komponentləri yoxdur. Quru maddəsinin əsasını təşkil edən polimerin növü poliüretan əsaslıdır. 2.350.77 X8 X5-Beyaz 3 kq - Tərkibində alkid qətranı əmələ gətirən birləşmələrin komponentləri vardır. Quru maddəsinin əsasını təşkil edən polimerin növü nitrosellüloza əsaslıdır. 3.VN100.77 X8 X6. Vernik 3 kq - Tərkibində alkid qətranı və onu əmələ gətirən birləşmələrin komponentləri yoxdur. Quru maddəsinin əsasını təşkil edən polimerin növü nitrosellüloza əsaslıdır.
4. HP 904.00 Genç Proffesional PU Sertləşdirici 3 kq - Tərkibində alkid qətranı və onu əmələ gətirən birləşmələrin komponentləri yoxdur. Quru maddəsinin əsasını təşkil edən diizosinat və asetat əsaslı sintetik polimerlərdir.
5. BP 580.10 Genç Proffesional PU X11 12 kq - Tərkibində alkid qətranı əmələ gətirən birləşmələrin komponentləri vardır. Quru maddəsinin əsasını təşkil edən polimerin növü mürəkkəb poliefir əsaslıdır.
6. HP 580.00 Genç Proffesional PU Sertləşdirici 1,5 kq - Tərkibində alkid qətranı və onu əmələ gətirən birləşmələrin komponentləri yoxdur. Quru maddəsinin əsasını təşkil edən diizosinat və asetat əsaslı sintetik polimerlərdir. Təqdim olunmuş lak və boya materiallarının tərkibindəki komponentlərin (monomerlərin) nisbətini və birləşmə (reaksiya növünü) təyin etmək mümkün olmadığından onları təşkil edən tərkib komponentlərinin miqdarını müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X2 İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli rəyə və aparılmış fiziki-kimyəvi ekspertizanın rəyinin nəticələrinə əsasən "xxxx" MMC-nin ünvanına İFT**********184 nömrəli, xx.xx.2023-cü il tarixli invoys üzrə idxal edilən 4, 8, 9, 10, 18 və 19-cu mövqeləri üzrə idxal olunan malların (lak, boya materialları) aşağıda qeyd edilən kodlara uyğunluğu müəyyən edilir:
1. gömrük bəyannaməsinin 4-cü mövqeyi üzrə; “X9 X5-Beyaz BN350.771110” adlı, aiament alkid qətranı, nitrosellüloza (CAS 9004-70-0). kalsium karbonat (CAS ***- **-** toluol (CAS 108-88-3). metanol (CAS 67-56-1). metil asetat (CAS 79-20-9) və ftalatlar əsaslı, yüksək doldurucu xüsusiyəti olan, son qat örtükdən öncə istifadə olunan, nahamarlıqların düzləndirilməsi üçün tətbiq olunan təkkomponentli tərkib
2. gömrük bəyannaməsinin 8-ci mövqeyi üzrə; “X10 X4 VN 100.77” 901 adlı, alkid qatranı, nitrosellüloza (CAS 9004-70-0). toluol (CAS 10888-3). aseton (CAS 67- 64-1). İzobutil Spirti (CAS 78-83-1) və ftalatlar əsaslı, vüksək doldurucu xüsusiyyəti olan, son qat örtükdən öncə istifadə olunan nahamarlıqların düzləndirilməsi üçün tətbiq olunan təkkomponentli tərkib
3. gömrük bəyannaməsinin 9 və 10-cu mövqeləri üzrə; “Genç Professional PU X12 BP5xx.xx.1000” adlı, pigment, alkid qatranı, ksilol (CAS 1330-20-7), butil asetat (CAS 123-86-4), talk (CAS 14807-96-6) tərkibli əsas komponentdən və “Genc Professional PU Sertleştirici HP580.00.000” adlı. butil asetat (CAS 123-86-4), toluol diizosianat (CAS 26471-62-5), difenilmetandiizosianat (CAS 9016-87-9) tərkibli sərtləsdiricidən ibarət, mürəkkəb poliefir əsasında. susuz mühitdə dispersləsdirilmis təkkomponentli boya
4. gömrük bəyannaməsinin 18 və 19-cu mövqeləri üzrə; “Genc Professional PU Vernik Parlak VP500.00.000” adlı, alkid qatranı, toluol (CAS 108-88-3). ksilol (CAS 1330-20-7). butil asetat (CAS 123-86-4). ftalat və stearatlar tərkibli əsas komponentdən və “Genç Professional PU Seertleştirici HP9Q4.00.000” adlı, toluol (CAS 108-88-3). butil asetat (CAS 123-86-4). etil asetat (CAS 141-78-6). toluol diizosianat (CAS 26471-62-5), difenilmetandiizosianat (CAS 9016-87-9) tərkibli sərtləşdiricidən ibarət, mürəkkəb poliefir əsasında, susuz mühitdə dispersləsdirilmis ikikomponentli lak. Ekspertiza tədqiqatının dəyəri 154 (yüz əlli dörd) manat təşkil edir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda - ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd: 1. Bu maddədə “az miqdarda olduqda” dedikdə, iyirmi min manatdan yuxarı olmayan məbləğ başa düşülür. 2. Bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" MMC gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmış və bu fakt xx.xx.2023-cü il tarixdə aparılan yoxlama zamanı aşkar edilmişdir. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında "xxxx" MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə təqsirli bilinməli və ödənilməli olan gömrük ödənişlərinin məbləğinin 70 faizi məbləğində cərimə tənbeh növü təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Bu səbəbdən, inzibati iş üzrə keçirilmiş ekspertiza xərci olan 154 (yüz əlli dörd) manat məbləğində pul vəsaiti "xxxx" MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
"xxxx" MMC Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ödənilməli olan cəmi 3611.61 (üç min altı yüz on bir manat, altmış bir qəpik) manat gömrük ödənişlərinin məbləğinin 70 (yetmiş) faizi məbləğində, yəni 2528,13 (iki min beş yüz iyirmi səkkiz manat, on üç qəpik) manat məbləğində inzibati cərimə edilsin. İnzibati xəta haqqında iş üzrə ekspertiza xərci olan 154 (yüz əlli dörd) manat məbləğində pul vəsaiti "xxxx" MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qərardan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Solmaz Mustafayeva