Məhkəmə qərarları › İş №3(006)-1/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1/2025

09.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1/2025 09.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclas katibi Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, şikayət vermiş şəxs X3, qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X8 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X3 şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X8 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi ilə bağlı şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə, saat 11:44-də 055 ***- **-** saylı mobil telefon nömrəsindən özünü polis əməkdaşı kimi təqdim edən şəxs tərəfindən ona xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində inzibati xəta törətdiyi barədə məlumat verilərək Bakı şəhər Baş Yol Polis İdarəsinə çağırmışdır. xx.xx.2024-cü il tarixdə isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 80 manat məbləğində cərimə olunduğu barədə “sms” bildirişi göndərilmişdir. xx.xx.2024-cü il tarixdə 055 ***-**-** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlayaraq Bakı şəhər Baş Yol Polis idarəsinə getmişdir. İdarədə 27-ci otaqda özünü təqdim etməyən mülki geyimli şəxs tərəfindən işə baxılmışdır. O, həmin şəxsin nəzərinə İnzibati Xətalar Məcəlləsinin 123 və 124-cü maddələrindəki qaydaları çatdırsa da, sonuncu qanunsuz tərtib olunan protokolun düzgün yazıldığını israr etmişdir. Daha sonra şəhər kameralarındakı həmin xəta olan tarixdəki görüntüləri izləmişlər. X2 küçəsində yolda olan tikinti-təmir işləri ilə bağlı 1.11 nişanlanma xəttinin tam qarşısı qazıldığı üçün sola dönərkən avtomobilə zərər dəyməməsi üçün son zərurət halında həmin nişanın qırıq-qırıq hissəsinin yan tərəfindən hərəkət etdiyi açıq-aşkar görünmüşdür. O, həmin şəxsə məcbur qalıb son zərurət halında hərəkət etdiyini bildirsə də, qanunsuz qərar qəbul edilmişdir. Bu qərardan məhkəməyə şikayət eytmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən şikayəti qismən təmin edilmiş, inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək iş baxılması üçün həmin quruma göndərilmişdir. Lakin Bakı şəhər X8 İdarəsi tərəfindən heç bir araşdırma aparılmadan yenidən onun təqsirli bilinməsinə dair 14 sentyabr 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Qeyd olunanları nəzərə alaraq barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak edən X6 şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinin nümayəndəsi Nümayəndə1 izahatında bildirmişdir ki, iş materialları ilə tanış olmuşlar, verilmiş şikayəti əsassız hesab edir. Bakı şəhər X8 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsini, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə, işdə iştirak edən şəxslərin çıxışlarını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 avqust 2024-cü il tarixli, 3(006)-3202/2024 saylı qərarına əsasən X3 xx.xx.2024-cü il tarixdə idarə etdiyi “Hyundai Sonata” markalı, **- HH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Dilarə Əliyeva küçəsində 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2ci maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilməsinə dair Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və iş baxılması üçün həmin quruma göndərilmişdir; Bakı şəhər X9 İdarəsi tərəfindən qəbul edilmiş 14 sentyabr 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara görə, X1 Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 sentyabr 2024-cü il tarixli, 3(006)-4013/2024 saylı qərarına əsasən, şikayət təmin edilmiş, Bakı şəhər X8 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2675/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində Bakı şəhər X9 İdarəsi tərəfindən qəbul edilmiş 14 sentyabr 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 sentyabr 2024-cü il tarixli, 3(006)- 4013/2024 saylı qərarı ləğv edilmiş, inzibati xətaya dair material yenidən baxılması üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilmişdir. İş üzrə icraat aparmış səlahiyyətli orqanın nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə olunmuş 01 ədəd diskdə olan görüntülərə baxış zamanı X3 xx.xx.2024-cü il tarixdə «Hyundai Sonata» minik markalı, **-HH-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələblərini pozması müşahidə edilir. Məhkəmə, şikayət verən şəxs X4 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-in 327.2-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayətçi X3 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X8 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X3 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar