Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-10/2021 08.01.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X7 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının qanunsuz hesab edilərək ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsinin xx xxxxxx 2020-ci il tarixli, ******* saylı Qərarı ilə o, yəni, “xxxx” MMC-nin Baş X1, Azərbaycan Respublikası İXM-nin 192.4. maddəsində nəzərdə tutulmuş inzibati xəta üzrə 700 (yeddi yüz) manat məbləğində cərimə edilmişdir. Sözügedən Qərar ona xx xxxxxx 2020-ci il tarixdə təqdim edilmişdir. Həmin Qərar onun iştirakı təmin edilmədən tərtib edilmiş, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin xx xxxxxxx 2020ci il tarixli, ******* saylı inzibati xəta haqqında Protokolu əsas olmuşdur, Belə ki, sözügedən xx xxxxxxx 2020-ci il tarixli Protokol tərtib edilərkən bu Protokolun tərtib edilməsi ilə bağlı cəmiyyətə göndərilən xx xxxxxxx 2020-ci il tarixli bildiriş yalnız xx.xx.2020-ci il tarixdə poçta daxil olmuş və cəmiyyətə isə bu bildiriş xx.xx.2020-ci il tarixdə çatdırılmışdır. Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinin xx xxxxxx 2020-ci il tarixli, ******* saylı Qərarını aşağıdakılara görə qanunsuz hesab edir və onun ləğvini xahiş edir. Sözügedən Protokol və Qərarla bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinin məktublarından və onlara olan cavablarından göründüyü kimi, bu Qərarın tərtib edilməsinə səbəb X3 Əmək Müfəttişliyinə məhz əmək haqlarının gecikməsi ilə əlaqədar etdiyi şikayətlə bağlı olmuşdur. R.H.Əliyevin isə şikayətindən də açıq aşkar göründüyü kimi, o son hesablaşmanın aparılmaması ilə bağlı deyil, məhz pəndemiya dövründə əmək haqlarının gecikdirilməsi ilə bağlı müraciət etmişdir. Belə ki, xx.xx.2020-ci ii tarixdə R.H.X4 müraciət edərək, onun tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edildiyini və bu müraciətində işçisi olduğu "xxxx" MMC-nin ona olan əmək haqqlarının gecikdirilməsi barədə öz şikayətini bildirdiyini qeyd etmişdir. Bundan sonra müəssisəsinin rəhbərliyi ilə görüşünün olduğunu, ona olan əmək haqqı borcunu dəqiqləşdirdiyini, borcun yaranma səbəbinin ona tam izah edildiyini və müəssisə ilə aralarında qalıq borcun yaxın günlərdə tam ödəniləcəyi barədə qarşılıqlı razılıq əldə edildiyini göstərərək, hazırda onun "xxxx" MMC-yə qarşı heç bir iradının və şikayətinin olmadığı qeyd edilmişdir. Bundan başqa, tərəfindən xx xxxxxx 2020ci il tarixdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İradəsinə müraciət edilərək aşağıdakılar barədə məlumat verilmiş, müvafiq sənədlər, o cümlədən Rusif Əliyevin Cəmiyyəti barəsində heç bir şikayətinin olmadığı barədə Ərizəsi DƏMX-nə təqdim edilmişdir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidenti Zati - Aliləri cənab İlham Əliyevin tapşırığına əsasən dünyada pandemiyaya səbəb olan "Koronavirus" (COVİD-19) epidemiyası təhlükəsi ilə bağlı ölkəmizin minimum itki ilə çıxması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmış, eyni zamanda bütün vətəndaşlara, o cümlədən hüquqi və fiziki şəxslərə bu Operativ Qərargahın tövsiyələrinə, qərarlarına qeyd-şərtsiz əməl etmək tapşırılmışıdr. Cari ilin mart ayından etibarən Respublikamızda xüsusi karantin rejimi elan edilmiş, təxirəsalınmaz zəruri tədbirlər nəticəsində əhaliyə evlərindən çıxmamaları tövsiyə edilmiş, işçilərin əmək haqlarının isə vaxtında və tam həcmdə ödənilməsinin zəruriliyi bildirilmiş, buna Dövlət tərəfindən də müvafiq maliyyə dəstəyinin göstəriləcəyi vurğulanmışdır. Qeyd olunanlarla əlaqədar, tərəfindən müvafiq qaydada və müddətdə pandemiyadan zərər çəkmiş şirkət kimi, işçilərin əmək haqlarının ödənilməsində dövlət dəstəyinin edilməsi üçün xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə müvafiq müraciətlər etmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin müraciətinə olan xx xxxxx 2019-cu il tarixli cavab məktubunda "Əmək haqlarının ödənilməsi üçün maliyyə dəstəyi proqramı ilə bağlı pandemiyadan zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növlərinin Təsnifatı"na uyğun olmayan vergi ödəyiciləri tərəfindən "Əmək ödənişləri ilə bağlı dəstək proqramı üzrə müraciət"in təqdim edilməsinin nəzərdə tutulmadığı qeyd edilmişdir və dövlət tərəfindən cəmiyyətə hər-hansı bir maliyyə dəstəyi, ödəniş həyata keçirilməmişdir. Göründüyü kimi, ölkədə koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Beləliklə, yaranmış qeyri-adi şərait həm işçilərin əmək haqlarının vaxtında verilməsini, həm də digər kreditorlar qarşısında olan öhdəliklərin yerinə yetirilməsini mümkünsüz etmiş, və nəticə olaraq gəlirlər əhəmiyyətli dərəcədə azaldığından normal fəaliyyətdə müəyyən problemlər, məhdudiyyətlər yaratmışdır. Bununla da, onsuzda maliyyə sıxıntıları yaşayan şirkətin mart-aprel ayı üzrə gəlirləri əhəmiyyətli dərəcədə azalmış, işçilərin cari ilin fevral (qismən) mart ayları daxil olmaqla, növbəti avlar üzrə də aylıq əmək haqlarının, bununla bağlı DSMF-yə ödənişlərin vaxtında və tam səkildə verilməsini mümkünsüz etmişdir. Göründüyü kimi, bu qeyd olunan gecikmələr fors-major hallar nəticəsində əmələ gəlmişdir və bununla belə, öz məhdud daxili imkanları hesabına şikayətçi X5 cari ilin aprel ayında 631,55 manat, may ayında 631,55 manat və iyun-iyul aylarında da müvafiq olaraq 200, 331,55 manat məbləğində əmək haqları ödənilmişdir. Əmək Müfəttişliyi Xidməti tərəfindən bütün bu qeyd olunan hallara baxmayaraq Cəmiyyətə qarşı İnzibati Xəta haqqında Protokol tərtib edildiyi üçün şikayətçi təkrarən, bu dəfə müvafiq Teleqram vuraraq Cəmiyyətə qarşı hər-hansı şikayətinin olmadığını bildirmiş və onun tərəfindən vaxtilə verilmiş şikayətin də geri götürüldüyünü bildirmişdir. Bu barədə onlar müvafiq sənədlərlə Əmək Müfəttişliyi Xidmətinə müraciət etmiş, lakin Əmək Müfəttişliyi Xidməti bütün bunlara heç bir məhəl qoymadan, Cəmiyyətin rəhbərini 700 manat məbləğində cərimələmişdir ki, bu da onsuzda maddi sıxıntı çəkən şirkətin durumunu daha da pisləşdirmişdir, nəticədə bu hal şirkətin normal iş ahənginin pozulmasına zəmin yaratmışdır. Məlum olduğu kimi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə görə, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Yuxanda qeyd edilənlərə, İnzibati Xətalar Məcəlləsinin 12-ci, 135-ci maddələrinin tələblərinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsi tərəfindən tərtib edilmiş, xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş olunur. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq şikayətçi X7 və barəsində şikayət verilən orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə şikayətçinin və barəsində şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli MN ******* saylı protokoldan görünür ki, vətəndaş X3 əmək müqaviləsinə xitam verilərkən, əmək haqqı və son haqq-hesabın hesablanıb ödənilməsində qanun pozuntusuna yol verilmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Rusif Əliyevin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilmiş, son haqq-hesabın ödənilməsində qanun pozuntusuna yol verildiyi üçün X2 Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 700 (yeddi yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X7 vətəndaş Rusif Əliyevin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi, son haqq-hesabın ödənilməsində qanun pozuntusuna yol verdiyi üçün üçün İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinmiş və barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 700 (yeddi yüz) manat məbləğində cərimə edilmişdir. Məhkəmə hesab edir ki, X7 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından və şikayətin məzmununda qeyd olunan inzibati tənbeh vermə haqqında qərarın əsassız olaraq tərtib edilməsi ilə bağlı sübutlar təqdim edilmədiyindən şikayətin dəlilləri əsassızdır və inzibati xəta haqqında iş üzrə qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərar qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X7 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-10/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-10/2021
08.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver