Məhkəmə qərarları › İş №3(006)-100/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-100/2024

29.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-100/2024 29.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsi X1 iştirakı ilə, X2 Bakı şəhər BPİ DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər BPİ DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə etibarnamə əsasında idarə etdiyi “Toyota Prado” markalı, **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman adını bilmədiyi yol-patrul xidməti əməkdaşı onu saxladaraq guya Bakı şəhəri, Hüseyn Seyidzədə küçəsi ilə hərəkətdə olarkan işıqforun qadağan edici nişanı (qırmızı işığı) yanarkən hərəkət etdiyini bildirmişdir. O, isə həmin əməkdaşa işıqforun tələbini pozmadığını və bütün maşınlarla birlikdə eyni anda hərəkət etdiyini bildirmişdir. Həmin əməkdaş ondan sürücülük vəsiqənii istəmiş, o isə ad, soyad və ata adını bildirərək sürücülük vəsiqəsinə sistemdən baxmasını xahiş etmişdir. Bundan sonra həmin əməkdaş geri dönərək öz xidməti avtomobilinə oturub sürərək uzaqlaşmışdır. O da yol-patrul xidməti əməkdaşı getdikdən sonra öz avtomaşınını sürərək övladını təhsil aldığı orta məktəbə aparmışdır. xx.xx.2023-cü il tarixdə “asanpoy.az” internet resusunə başqa bir səbəbdən təsadüfən daxil olduğu zaman ona məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında guya inzibati xəta törətməsi ilə bağlı ona İXP ******* nömrəli protokol üzrə barəmdə İXM-nin 327.2-:c maddəsilə qərar qəbul edilmişdir. Sonradan inzibati xəta haqqında protokolun tərtib edildiyi xx.xx.2023-cü il tarixinə diqqət yetirdiyi zaman ona aydın olmuşdur ki, İXP ******* protokol məhz həmin tarixdə onunla söhbət edən yol-patrul xidməti əməkdaşı tərəfindən ona rəsmi və ya qeyri-rəsmi məlumat verilmədən gizlicə tərtib edilmiş və daha sonrada həmin protokol üzrə yenə gizlicə qərar qəbul edilmişdir. İnzibati xətanın törədilməsi və məhz onun tərəfindən törədilməsi barədə “asanpoy.az” elektron kabinetə heç bir foto və ya video əlavə edilməmişdir. Bundan başqa qəbul edilmiş qərar barədə qanunla müəyyən edilmiş formada ona (poçtla göndərilməmiş, sms-lə məlumat verilməmiş) heç bir məlumat verilməmişdir. Bundan sonra tərəfindən xx.xx.2023-cü il tarixli, eyni məzmunlu ərizələrlə Azərbaycan Respublikası Daxili İşlər Naziri cənab Vilayət Eyvazova, Azərbaycan Respublikası Daxili İşlər Nazirinin müavini - Baş Təşkilat- İnspeksiya İdarəsinin rəisi cənab Fazil Quliyevə, Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin rəisi cənab Ramiz Zeynalova, Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi cənab Elman Qasımova, Bakı şəhər Baş Polis İdarəsinin rəisi cənab Əkbər İsmayılova və Bakı Şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin rəisi cənab Rəşid Piriyevə müraciət olunaraq həmin dövürdə adını bilmədiyi yol-patrul xidməti əməkdaşının qanunsuz hərəkətləri barədə məlumat verilərək “Yol-patrul xidməti haqqında Təlimat”ın və İnzibati Xətalar Məcəlləsinin tələblərini qəsdən və kobudcasına pozaraq ona gizli şəkildə inzibati xəta haqqında İXP ******* nömrəli protokol və qərar yazmış yol-patrul xidməti əməkdaşının (polisin) müəyyən edilərək cəzalandırılmasını, barəsində tərtib edilmiş qanunsuz protokol və qərarın ləğv olunmasını, əgər vəzifəsindən sui- istifadə edərək “polis” adına ləkə gətirən yol-patrul xidməti əməkdaşının qanunsuz əməlləri ört-basdır ediləcəyi halda Məhkəməyə müraciət edə bilməməsi üçün xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli qanunsuz protokol üzrə qəbul edilmiş qanunsuz qərarın surətinin yaşadığı ünvan 2 ünvanına rəsmi göndərilməsini xahiş etmişdir. O, xx.xx.2023-cü il tarixli, eyni məzmunlu ərizələrində, həmçinin, dediklərinin düzgünlüyünün yoxlanması məqsədilə “Yol-patrul xidməti haqqında Təlimat”ın 4.7-ci bəndinin tələbinə uyğun olaraq yol-patrul xidməti əməkdaşının üzərində olan mikrofonun xx.xx.2023-cü il tarixində aralarında olmuş danışığın qeydə alınmış yazısına qulaq asılmasını istəmişdir. Eyni zamanda İXP ******* nömrəli protokolun bir nüsxəsinin ona verildiyinin sübutu kimi yol-patrul xidməti əməkdaşında olan nüsxəsində inzibati xətayla bağlı izahatının və imzasının olub-olmasının yoxlanmasını istəmişdir. xx.xx.2023-cü il tarixdə ona hazırda xatırlamadığı mobil nömrədən zəng olunaraq Bakı Şəhər Baş Polis İdarəsinin X8 İdarəsinə gəlməli olduğunu, video görüntüdə hər şeyin qeydə alındığını bildirilmişdir. O, zəng edən həmin əməkdaşa növbəti gün adı gedən İdarəyə gəlib video görüntü ilə tanış olacağını bildirmiş və yol-patrul xidməti əməkdaşının törətdiyi qanunsuzluq barədə, yəni inzibati xəta haqqında protokol tərtib etdiyi halda bunu ona deməməsi və xəbəri olmadan gizli şəkildə inzibati xəta haqqında protokol tərtib etməsi ilə bağlı araşdırma aparılıb-aparılmadığını soruşmuşdur. Həmin əməkdaş ona qanunsuz şəkildə protokol tərtib etmiş yol-patrul xidməti əməkdaşı barəsində rəhbərliyinə məlumat veriləcəyini və ona gələcəkdə birdə belə nöqsanlara yol verməməsi barədə təlmatlandırılacağını deməklə kifayətlənmişdir. xx.xx.2023-cü il tarixdə X8 İdarəsinə getmiş və oradakı əməkdaş ona xx.xx.2023-cü il tarixində idarə etdiyi “Toyota Prado” markalı, **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman təhlükəsiz şəhər kamerası vasitəsilə qeydə alınmış video görüntünü göstərmişdir. Lakin həmin görüntüdə onun işıqforun qırmızı işığında keçməsinin sübutu mövcud olmamışdır. Video görüntüdə yalnız avtomobilinin digər avtomobillə birlikdə hərəkəti qeydə alınmışdır. Video görüntünü göstərən əməkdaşın dediklərindən ona məlum olmuşdur ki, onlar onun qayda pozuntusu törətməaini digər maşınların hərəkətinə əsasən “ehtimal” edirlər. Bundan sonra o, “İnzibati tənbeh vermə haqqında” TP6149577 nömrəli, xx.xx.2023-cü il tarixli qərarın surətini “145” №-li möhürlü, “əsli ilə düzdür” ştamplı və imzalı formada, rəsmi şəkildə əldə edərək X8 İdarəsinin inzibati binasını tərk etmişdir. Yəni o, “İnzibati tənbeh vermə haqqında” TP6149577 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı xx.xx.2023-cü il tarixdə rəsmi şəkildə əldə etmişdir. Aşağıda göstərilən səbəblərdən Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin “İnzibati tənbeh vermə haqqında” TP6149577 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) tələbinə əsasən barəsində inzibati xəta haqqında is üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xətə haqqında is üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir (Maddə 8.1.). İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir (Maddə 8.2.). İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (Maddə 8.3.). Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda qeyd etdiyi kimi o, xx.xx.2023-cü il tarixdə etibarnamə əsasında idarə etdiyi “Toyota Prado” markalı, **-NB-*** dövət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman heç bir qayda pozuntusuna yol verməmişdir. Bu səbəbdəndə barəsində başlanmış Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin “İnzibati tənbeh vermə haqqında” TP6149577 nömrəli, xx.xx.2023-cü il tarixli qərar ləğv olunmalı və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Bundan başqa “Yol-patrul xidməti haqqında Təlimat”ın 4.7-ci bəndinə əsasən inspektor YPX tərəfindən nəqliyyat vasitəsi dayandırılarkən bütün Hallarda Patrul avtomobilində və ya postda quraşdırılmış videokamera daim işlək vəziyyətdə olmalı, patrul avtomobilində quraşdırılan məsafədən səs ötürən mikrofondan istifadə edilməlidir. Sürücü ilə ünsiyyət və inzibati xətanın sənədləşdirilməsi, habelə YPX inspektorunun digər hərəkətləri avtomobilin içəri hissəsində və ya kənarda kameranın görünüş dairəsində aparılmalıdır. O, Azərbaycan Respublikası Daxili İşlər Naziri cənab Vilayət Eyvazova, Azərbaycan Respublikası Daxili İşlər Nazirinin müavini - 3aş Təşkilət-İnspeksiya İdarəsinin rəisi cənab Fazil Quliyevə, Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin rəisi cənab Ramiz Zeynalova, Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi cənab Elman Qasımova, Bakı şəhər Baş Polis İdarəsinin rəisi cənab Əkbər İsməy lova və Bakı Şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin rəisi cənab Rəşid Piriyevə ünvanlandığı xx.xx.2023-cü il tarixli, eyni məzmunlu ərizələrində dediklərinin düzgünlüyünün yoxlanması məqsədilə “Yol-patrul xidməti haqqında Təlimat”ın 4.7-ci bəndinin tələbinə uyğun olaraq yol-patrul xidməti əməkdaşının üzərində olan mikrofonun xx.xx.2023-cü il tarixində aralarında olmuş danışığın qeydə alınmış yazısına qulaq asılmasını istəmişdir. Lakin müraciəti yuxarıda adı sadalanan heç bir qurum tərəfindən təmin olunmamış, ya da oluna bilməmişdir. Bu fakt onu sübut edir ki, xx.xx.2023-cü il tarixdə ünvan 4 ünvanında guya inzibati xətə törətməsilə bağlı ona İXP ******* nömrəli protokol tərtib edən yol-patrul xidməti əməkdaşı tərəfindən “Yol-patrul xidməti haqqında Təlimat”ın 4.7-ci bəndinin tələbi pozulmuşdur. Bundan başqa İXM-nin 78.2-ci maddəsinə əsasən bərəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı inzibati xəta haqqında protokolda, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiq edilməsi haqqında protokolda, inzibati xəta haqqında işə baxma ilə əlaqədar iclas protokolunda göstərilir. Lakin barəmdə inzibati xətə haqqında protokol tərtib etmiş yolpatrul xidməti əməkdaşı vəzifəsindən sui-istifadə etməklə ona heç bir məlumat vermədən, gizli şəkildə barəsində inzibati xəta haqqında protokol tərtib edərək həmin protokol ümumiyyətlə ondan gizlətməklə onu İXM-nin 78.2-ci maddəsində nəzərdə tutulan hüququndan qəsdən məhrum etmişdir. Nəticədə İXM- nin 78.2-ci maddəsinin tələbini vəzifə səlahiyyətindən sui-istifadə etməklə qəsdən pozmuşdur. Bundan başqa İXM-nin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3cü maddəsinə əsasən bərəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xətə haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Lakin yuxarıda qeyd etdiklərindən göründüyü kimi, xx.xx.2023-cü il tarixdə ünvan 4 ünvanında guya inzibati xəta törətməsilə bağlı ona İXP ******* nömrəli protokol tərtib etmiş, ad, soyadını və iş yerini bilmədiyi yol-patrul xidməti əməkdaşı ya savadsızlığından, yada Dövlətin ona verdiyi vəzifə səlahiyyətindən sui-istifadə etməklə İnzibati Xətalar Məcəlləsinin tələblərini qəsdən və kobudcasına pozaraq ona heç bir məlumat vermədən, gizli şəkildə inzibati xəta haqqında protokol yazmış və bununla kifayətlənməyərək yenə gizli şəkildə həmin protokol üzrə qərar qəbul etmişdir. Nəticədə xx.xx.2023-cü il tarixdə ünvan 5 ünvanında guya inzibati xəta törətməsilə bağlı ona İXP ******* nömrəli protokol tərtib edən yol-patrul xidməti əməkdaşı vəzifə səlahiyyətindən açıq-aşkar şəkildə suiistifadə etməklə İXM-nin 124.2., 124.3., 124.4., 125.2 və 125.2.1-ci maddələrinin tələblərini pozaraq, onu həmin maddələrlə nəzərdə tutulan hüquqlarından qəsdən məhrum etmişdir. Göründüyü kimi inzibati xəta haqqında İXP ******* nömrəli xx.xx.2013-cü il tarixli protokol və həmin həmin protokola əsasən tərtib edilmiş “İnzibati tənbeh vermə haqqında” TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərar əsassız olmaqla bərabər, həmçinin, “Yol-patrul xidməti haqqında Təlimat”ın 4.7-ci bəndinin, İXM-nin 78.2, 124.2., 124.3., 124.4., 125.2 və 125.2.1-ci maddələrinin tələblərinə zidd qəbul edildiyi üçün ləğv olunmalıdır. Göstərilənlərə əsasən Bakı şəhər BPİ DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsi X5 izahatında göstərmişdir ki, X2 şikayətində göstərdiyi arqumentlər tam əsassızdır. Belə ki, X4 xx.xx.2023-cü il tarixdə saat 12:56-da idarə etdiyi “Toyota Land-Cruise-Prado” minik markalı, **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobillə İnzibati Xətalar Məcəlləsinin 327.2ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və həmin maddədə nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 80 manat məbləğində cərimə edilmişdir. Həmin inzibati xətanın törədilməsi ilə bağlı videogörüntünü məhkəməyə təqdim edərək barəsində qərar çıxarılmış fiziki şəxs X2 şikayətinin təmin edilməməsini, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən X3 barəsində qəbul edimiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli tənbeh vermə haqqında qərarı dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilmiç, şikayət vermiş şəxs X4 vəsatətlə məhkəməyə müraciət edərək şikayəti əsasında icraatınızda olan inzibati xəta haqqında işin tam, obyektiv və hərtərəfli araşdırılması və həmçinin dediklərinin doğruluğunun təsdiq olunması məqsədilə barəsində tərtib edilmiş İXP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolun əsli qarşı tərəfdən tələb olunaraq həmin protokol barədə məlumatlandırılmamasını, habelə barəsində tərtib edilmiş protokolla razı olub-olmadığını və protokolun bir nüsxəsinin ona verilməsi barədə hissələrdə müvafiq qeydinin və yaxud da imzasının olub-olmadığı araşdırılması, bundan başqa xx.xx.2023-cü il tarixdə barəmdə inzibati xəta haqqında protokol tərtib etmiş yol-patrul xidməti əməkdaşının üzərində olmuş mikrofon tərəfindən həmin əməkdaşla aramda olmuş danışığın qeydə alınmış səs yazısı tələb olunaraq dinlənilməsini və həmin əməkdaşın ona inzibati xəta haqqında protokol tərtib etməsi barədə məlumat verib-vermədiyi, həmin protokolla razı olub-olmamasını aydınlaşması, bu barədə ona həmin protokolda qeyd aparmağa imkan verib-verilməsini və protokolun bir nüsxəsinin ona təqdim edilib-edilməməsi aydınlaşdırılmasını xahiş etmişdir. Bundan başqa, o, himayəsində 3 azyaşlı övladının olması səbəbindən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsini dinləyib, şikayəti və təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. İş materiallarında olan Bakı şəhər BPİ DYPİ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, X4 xx.xx.2023-cü il tarixdə saat 12:56-da idarə etdiyi “Toyota Land-Cruise-Prado” minik markalı, **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobillə İnzibati Xətalar Məcəlləsinin 327.3-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və həmin maddədə nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 80 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş hadisənin videogörüntülərini əks etdirən diskə baxış zamanı X4 tərəfindən qeyd olunan inzibati xətanın törədilməsi təsdiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən, Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görəaltmış manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəlləsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, X4 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin törədilməsi iş materiallarında olan sübutlar ilə öz təsdiqini tapmışdır. Ona görə də X4 barəsində Bakı şəhər BPİ DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunidir, şikayət əsassız olduğundan təmin edilməməli, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Bakı şəhər BPİ DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin və qeyd edilən qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar