Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1002/2022 12.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 04 mart 2022-ci il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Şəxs MMC 10.400,00 Avro məbləğində vəsaiti 04 fevral 2020-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 10.400,00 Avro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. İnzibati xəta 05 fevral 2022-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bununla da, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi O.R.Xaspoladov Şəxs MMC-nin barəsində olan inzibati iş üzrə icraata xitam verilib-verilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdı. Bundan başqa, Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi O.R.Xaspoladov məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, hazırda məhkəməyə təqdim edilən mediasiya prosesinin tətbiqi barədə təklifinə əsasən Şəxs MMC ilə “X5 X6.San.Ve Tie LTD.STİ” şirkəti arasında bağlanmış 28.01.2020-ci il tarixli satış müqaviləsi əsasında müvafiq malların alışı üçün Şəxs MMC tərəfindən 03.02.2020-ci il tarixində 10.400 (on min dörd yüz) avro avans ödənişi edilmiş, lakin bu günədək mallar göndərilməmişdir. Nəticədə “X5 X6.San.Ve Tie LTD.STİ” şirkətinin Şəxs MMC-yə 10.400 (on min dörd) avro borcu yaranmışdır. Bununla da müəyyən edilir ki, MMC-nin əməlində inzibati xəta hadisəsi yoxdur. Həmçinin bildirmişdir ki, həmin sənədlər MMC-nin barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən Mərkəzi Banka təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi F.N.Əhmədov bildirmişdir ki, Şəxs MMC 15 mart 2022-ci il tarixdə ünvan müraciət etmiş və MMC ilə “X5 X6.San.Ve Tie LTD.STİ” şirkəti arasında bağlanmış 28.01.2020-ci il tarixli satış müqaviləsi əsasında müvafiq malların alışı üçün Şəxs MMC tərəfindən 03.02.2020-ci il tarixində 10.400 (on min dörd yüz) avro avans ödənişi edilmiş, lakin bu günədək mallar göndərilməmişdir. Nəticədə “X5 X6.San.Ve Tie LTD.STİ” şirkətinin Şəxs MMC-yə 10.400 (on min dörd) avro borcu yaranmışdır. Həmçinin bildirmişdir ki, həmin borcla bağlı hal-hazırda 2 saylı mediasiya təşkilatının icraatında həmin mübahisə ilə bağlı mediasiya işi mövcuddur. Göstərilənləri nəzərə alaraq mediasiya prosesinin nəticəsi müəyyən olunanədək, mediasiya prosesində barışıq sazişi əldə olunanadək Şəxs MMC barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçısının izahat və mülahizəsini nəzərə alıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Şəxs MMC-nin ünvan ünvanlanmış 15 mart 2022-ci il tarixli mediasiya üçün müraciətindən görünür ki, Şəxs MMC-nin icraçı direktoru Zaur Qasımov həmin tarixdə ünvan müraciət etmişdir. İş materiallarına əlavə edilmiş Şəxs MMC-nin icraçı direktoru Zaur Qasımovun mediasiya prosesinin tətbiqi borc tələbi barədə təklifindən görünür ki, Şəxs MMC ilə “X5 X6.San.Ve Tie LTD.STİ” şirkəti arasında bağlanmış 28.01.2020-ci il tarixli satış müqaviləsi əsasında müvafiq malların alışı üçün Şəxs MMC tərəfindən 03.02.2020-ci il tarixində 10.400 (on min dörd yüz) avro avans ödənişi edilmiş, lakin bu günədək mallar göndərilməmişdir. Nəticədə “X5 X6.San.Ve Tie LTD.STİ” şirkətinin Şəxs MMC-yə 10.400 (on min dörd) avro borcu yaranmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC 15 mart 2022-ci il tarixdə ünvan müraciət etmiş və MMC ilə “X5 X6.San.Ve Tie LTD.STİ” şirkəti arasında bağlanmış 28.01.2020-ci il tarixli satış müqaviləsi əsasında müvafiq malların alışı üçün Şəxs MMC tərəfindən 03.02.2020-ci il tarixində 10.400 (on min dörd yüz) avro avans ödənişi edilmiş, lakin bu günədək mallar göndərilməmişdir. Nəticədə “X5 X6.San.Ve Tie LTD.STİ” şirkətinin Şəxs MMC-yə 10.400 (on min dörd) avro borcu yaranmış, həmin borcla bağlı hal-hazırda 2 saylı mediasiya təşkilatının icraatında həmin mübahisə ilə bağlı mediasiya işinə başlanılmışdır. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə Şəxs MMC-nin müqavilə əsasında əməkdaşı olduğu “X5 X6.San.Ve Tie LTD.STİ” şirkəti tərəfindən ödənilmiş pulun müqabilində malların ölkə ərazisinə gətirilməsi və ya həmin məbləğin MMC-nin hesabına geri qaytarılmasında MMC-nin heç bir hərəkəti və ya hərəkətsizliyi olmadığı üçün Şəxs MMCnin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi yoxdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Ona görə də, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-1002/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1002/2022
12.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver