Məhkəmə qərarları › İş №3(006)-1005/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1005/2023

09.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1005/2023 09.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 İnzibati xəta haqqında 19-cu polis şöbəsinin sahə inspektoru protokolu tərtib etmiş şəxs: X4 Zərər çəkmiş şəxs: X2 Barəsində icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1996-cı il tarixdə Sabirabad rayonu, Türkədi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, məhkum olunmamış, taksi fəaliyyəti ilə məşğul olan, Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Əfəndizadə küçəsi, ev 33a-da qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi üzrə tərtib olunmuş xx.xx.2023cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 05 fevral 2023-cü il tarixdə idarə etdiyi taksi avtomobilinə müştəri qismində əyləşən X3 qarşı xırda xuliqanlıq etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin sahə inspektoru X7 izahatında göstərdi ki, X2 “102” zəng xidmətinə daxil olmuş müraciəti əsasında aparılmış araşdırma zamanı məlum olmuşdur ki, F.Bağırova 05 fevral 2023-cü il tarixdə “Bolt” şirkətinə aid taksiyə əyləşərkən avtomobilin sürücüsü Şəxs onun yanında nalayiq ifadələr işlətmiş, daha sonra F.Bağırovanın iradəsinə zidd onun telefonuna mesajlar yazaraq sonuncunu narahat etməyə başlamışdır. Qeyd edilənləri nəzərə alaraq Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs X6 izahat verərək göstərdi ki, o, 05 fevral 2023-cü il tarixdə “Bolt” şirkətindən taksi sifariş vermiş, bir müddət sonra sifarişə gələn avtomobilə əyləşdikdən sonra yolda sürücü hərəkətdə olan digər avtomobil sürücülərinin ünvanına nalayiq ifadələr işlətmişdir. Bundan başqa, sürücü yol boyu mobil telefonla danışaraq təhqiramiz sözlərdən istifadə etmişdir. O, buna məhəl qoymasa da, özünü narahat hiss etmişdir. Təyinan nöqtəsinə çatdıqdan sonra o, 02 manat geniş haqqını ödəmək istəsə də, sürücü ondan 02 manat 70 qəpik pul istəmiş və bunun səbəbi kimi onu gözləməsini göstərmişdir. O, 50 da manat pulu sürücüyə verərək 03 manat pul çıxmasını xahiş etmiş, sürücü də 47 manat pulu qaytarmışdır. Bundan sonra həmin günü axşam evdə olan zaman həmin sürücü ona “WhatsApp” proqramı vasitəsilə yazaraq əlavə pulun ödənilməsi ilə bağlı təşəkkürünü bildirmiş, o da ona “dəyməz” sözünü yazaraq onu narahat etməməyi xahiş etmişdir. Lakin, 07 fevral tarixdə yenə həmin şəxs ona mesajlar yazaraq onunla tanış olmaq, münasibət qurmaq istədiyini demişdir. O da bundan əsəbiləşib həmin şəxsin hərəkətlərindən “102” zəng xidmətinə məlumat vermişdir. Şəxs şikayətçidir, ona ağır tənbehin verilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, o, taksi fəaliyyəti ilə məşğul olur, “Bolt” proqramı vasitəsilə sifarişləri həyata keçirir. 05 fevral 2023-cü il tarixdə X6 onun idarə etdiyi taksiyə müştəri qismində əyləşmiş, lakin o, yol boyu onun yanında nalayiq ifadələr işlətməmişdir. F.Bağırovanın telefonuna isə xidmət haqqını artıq ödədiyinə görə təşəkkürünü bildirmək üçün ona yazmış, hər-hansı başqa niyyət güdməmişdir. Bu hərəkətinə görə üzr istəyir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə məsuliyyət müəyyən edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini və s. halları nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Eyni zamanda iş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 08 fevral 2023-cü il tarixdə, saat 20:30-da tutulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinsin və ona 04 (dörd) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 08 fevral 2023-cü il tarixdə, saat 20:30-dan hesablansın. Qərarın icrası Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar