Məhkəmə qərarları › İş №3(006)-1007/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1007/2022

29.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1007/2022 29.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 İnzibati xəta haqqında Nəsimi rayon İcra şöbəsinin icra məmuru protokolu tərtib etmiş şəxs: X1 iştirakları ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Ş.Bədəlbəyli küçəsi, ev 102, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi üzrə tərtib olunmuş 05.03.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs MMC Bakı Apellyasiya Məhkəməsinin 12.01.2022-ci il tarixli, 2(103)-557/2022 saylı icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər Nəsimi rayon İcra şöbəsinin icra məmuru X3 izahatında bildirdi ki, Bakı Apellyasiya Məhkəməsinin 12.01.2022-ci il tarixli, 2(103)-557/2022 saylı icra vərəqəsinə görə iddiaçı X4 ilə “Neptun” şirkəti (Şəxs MMC) arasında ticarət əlaqələrinin olub-olmaması barədə məlumatın, müsbət halda onunla bağlı sənədlərin təsdiq edilmiş surəti “Neptun” şirkətindən (Şəxs MMC) götürülməlidir. Bununla əlaqədar verilmiş icra sənədinin icrası üzrə Şəxs MMC-yə müraciət olunmuş və şirkət tərəfindən tərəflər arasında mövcud olan 24.12.2019-cu il tarixli, 14280956 saylı alqı-satqı müqaviləsi təqdim edilmişdir. Həmin müqavilə Bakı Apellyasiya Məhkəməsinə göndərilsə də, məhkəmədən qeyd olunan şəxslər arasında ticarət əlaqələrinə dair digər hər-hansı bir sənədin olub-olmamasına dair də məlumatın əldə olunması tapşırılmışdır. Bununla bağlı Şəxs MMC-yə tərəfindən müraciət olunsa da, şirkət bununla bağlı heç bir cavab verməmiş, telefon vasitəsilə əlaqə saxlanılarkən isə məsələdən yayınmışlar. Bugünə kimi də müsbət nəticə əldə olunmayıb. Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbardarlıq edilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - Bakı Apellyasiya Məhkəməsinin 12.01.2022-ci il tarixli, 2(103)-557/2022 saylı icra vərəqəsinə görə iddiaçı X4 ilə “Neptun” şirkəti (Şəxs MMC) arasında ticarət əlaqələrinin olub-olmaması barədə məlumatın, müsbət halda onunla bağlı sənədlərin təsdiq edilmiş surəti “Neptun” şirkətindən (Şəxs MMC) götürülməlidir; - Bakı şəhər Nəsimi rayon İcra şöbəsinin icra məmuru X3 tərəfindən qeyd olunan icra sənədinin icrasının təmin olunması məqsədilə 17.01.2022-ci il tarixli qərarla icraata başlanılmışdır; - Şəxs MMC tərəfindən X4 ilə bağlanılmış 24.12.2019-cu il tarixli, 14280956 saylı alqı-satqı müqaviləsi təqdim edilmişdir; - Bakı Apellyasiya Məhkəməsi tərəfindən Bakı şəhər Nəsimi rayon İcra şöbəsinə ünvanlanmış 10.02.2022-ci il tarixli, 2(103)-557/2022 saylı məktubda qeyd olunan icra sənədinin icrası ilə bağlı görülmüş tədbirlərin nəticəsi barədə qısa müddət ərzində məlumatın verilməsi xahiş olunur; - Bakı şəhər Nəsimi rayon İcra şöbəsi tərəfindən Şəxs MMC-yə ünvanlanmış 16.02.2022-ci il tarixli, 1718-12069/2022-5-22 saylı məktubda göstərilir ki, qeyd olunan icra sənədinin icrası ilə bağlı 24.12.2019-cu il tarixli, 14280956 saylı alqısatqı müqaviləsi təqdim edilib, X4 ilə “Neptun” şirkəti (Şəxs MMC) arasında ticarət əlaqələrinə dair digər hər-hansı bir sənədin olub-olmaması barədə məlumatın verilməsi xahiş olunur; - Bakı şəhər Nəsimi rayon İcra şöbəsi tərəfindən Şəxs MMC-yə ünvanlanmış 05.03.2022-ci il tarixli, 2730-e12069/2022-5-22 saylı məktubla tərtib edilmiş inzibati xəta haqqında protokol “Vəliyev” imzası qeyd olunmuş şəxsə təqdim edilir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 12.01.2022-ci il tarixli, 2(103)-557/2022 saylı icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinə əməl edilməmiş, icra vərəqəsində tələb olunan məlumatlar tam təqdim edilməmişdir. Bununla da şirkət tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə 19 mart 1997-ci il tarixli Qərarında vurğulayır ki, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi iş olan tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır. Həmçinin Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə 07 may 2002-ci il tarixli Qərarında qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Şəxs MMC tərəfindən törədilən inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs MMC hüquqi şəxs qismində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və quruma həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 3.000 (üç min) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar