Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1008/2023 23.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Barəsində icraat aparılan şəxs: “AGEMMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr., ev 67; mənzil 09, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Protokola görə Şəxs MMC 30.000,00 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 02 ildən artıq müddətin keçməsinə baxmayaraq həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaitini xaricdən geri qaytarmamışdır. Məhkəmədə barəsində icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, MMC ilə Rusiyada fəaliyyət göstərən OOO “Меркурий” şirkəti arasında dəyəri 60.000,00 ABŞ dolları olan xx.xx.2021-ci il tarixli, 03/2021 saylı alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqavilə üzrə Şəxs MMC tərəfindən bu şirkətin hesabına qabaqcadan ödəniş kimi 30.000,00 ABŞ dolları məbləğində pul köçürülmüşdür. Lakin sifariş verilmiş malları OOO “Меркурий” şirkəti bu müddət ərzində göndərməmişdir. Bununla bağlı həmin şirkətlə yazışmalar aparılaraq müqavilə üzrə öhdəliyin icra olunması və ya ödənilmiş vəsaitin geri qaytarılması tələb edilsə də, OOO “Меркурий” şirkəti tərəfindən verilmiş cavabda göstərilmişdir ki, koronavirus pandemiyası ilə əlaqədar əvvəlcə onlarda istehsalatda yaranmış bəzi çətinliklər səbəbindən, daha sonra isə hazırda Rusiyada mövcud olan vəziyyətlə bağlı şirkətin rastlaşdığı texniki və maliyyə məhdudiyyətlərə görə sifariş verilmiş məhsulları vaxtında istehsal edə, pulu da geri qaytara bilməmişlər. Yaxın zamanlarda məsələni həll etməyə çalışacaqlar. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Mərkəzi Bankın nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbi barədə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan sənədlərə əsasən: • "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına göndərilmiş xx.xx.2023-cü il tarixli məlumatda Şəxs MMC-nin xx.xx.2021-ci il tarixdə 30.000,00 ABŞ dolları dəyərində vəsaiti xaricə köçürdüyü və 02 il müddətində bu vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən sənədlərin təqdim edilməməsi göstərilmişdir; • Ödəniş sənədinə əsasən Şəxs MMC tərəfindən Rusiya fəaliyyət göstərən OOO “Меркурий” şirkətinin hesabına xx.xx.2021-ci il tarixli, 03/2021 saylı müqavilə üzrə 30.000,00 ABŞ dolları pul göndərilmişdir; • Şəxs MMC ilə Rusiyada fəaliyyət göstərən OOO “Меркурий” şirkəti arasında dəyəri 60.000,00 ABŞ dolları olan xx.xx.2021-ci il tarixli, 03/2021 saylı alqı-satqı müqaviləsi bağlanılmışdır; • OOO “Меркурий” şirkəti tərəfindən Şəxs MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 12 saylı məktubda qeyd olunur ki, xx.xx.2021-ci il tarixli, 03/2021 saylı alqı-satqı müqaviləsi üzrə göndərilmiş 30.000 ABŞ dolları şirkətin bank hesabına köçürülmüşdür. Lakin, koronavirus pandemiyası ilə əlaqədar əvvəlcə onlarda istehsalatda yaranmış bəzi çətinliklər səbəbindən, daha sonra isə hazırda ölkədə mövcud olan vəziyyətlə bağlı şirkətin rastlaşdığı texniki və maliyyə məhdudiyyətlərə görə sifariş verilmiş məhsulları vaxtında istehsal edə, pulu da geri qaytara bilməmişlər. Yaxın zamanlarda məsələni həll etməyə çalışacaqlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası Mərkəzi X3 xx.xx.2016-cı il tarixli, 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Beləliklə məhkəmədə müəyyən olundu ki, Şəxs MMC ilə Rusiyada fəaliyyət göstərən OOO “Меркурий” şirkəti arasında dəyəri 60.000,00 ABŞ dolları olan xx.xx.2021-ci il tarixli, 03/2021 saylı alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqavilə üzrə Şəxs MMC tərəfindən bu şirkətin hesabına qabaqcadan ödəniş kimi 30.000,00 ABŞ dolları məbləğində pul köçürülmüşdür. Lakin sifariş verilmiş malları OOO “Меркурий” şirkəti bu müddət ərzində göndərməmiş və ödənilmiş vəsaiti də geri qaytarmamışdır. Bununla bağlı aparılmış yazışmalar zamanı OOO “Меркурий” şirkəti tərəfindən Şəxs MMC-yə verilmiş cavabda göstərilmişdir ki, koronavirus pandemiyası ilə əlaqədar əvvəlcə onlarda istehsalatda yaranmış bəzi çətinliklər səbəbindən, daha sonra isə hazırda Rusiyada mövcud olan vəziyyətlə bağlı şirkətin rastlaşdığı texniki və maliyyə məhdudiyyətlərə görə sifariş verilmiş məhsulları vaxtında istehsal edə, pulu da geri qaytara bilməmişlər. Yaxın zamanlarda məsələni həll etməyə çalışacaqlar. Göründüyü kimi, AGE MMC tərəfindən xaricdə sifariş verilmiş malların vaxtında gətirilməməsi bu qurumun iradəsindən asılı olmayan səbəblərdən baş vermişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-1008/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1008/2023
23.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver