Məhkəmə qərarları › İş №3(006)-1009/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1009/2023

10.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1009/2023 10.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi X1, şikayətçi X2 və onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili “Fides” Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, Azərbaycan Respublikasının Mərkəzi Bankının 25 yanvar 2023-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Vəkil şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Mərkəzi Bankının 25 yanvar 2023-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli qərarı ilə E.A.Sadıqov Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olmuş 29,025.00 ABŞ dolları valyuta vəsaiti məbləğinin 10%-i miqdarında, yəni 2902.50 ABŞ dolları, yəni Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə 1 ABŞ dolları- 1,7 manat 4934.25 (dörd min doqquz yüz otuz dörd) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Aşağıda göstərilən əsaslara görə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, qərarda qeyd olunur ki, E.A.Sadıqov ödənişin aparıldığı gündən 2 il müddətinə malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədləri təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi aşağıdakı kimidir: “Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibatı xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Maddənin dispozisiyasından görünür ki, əmələ görə inzibati məsuliyyət məhz o zaman yaranır ki, vəzifəli şəxslər və ya hüquqi şəxslər avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmasın. Həmçinin blildirmişdir ki, “Azərbaycan Respublikasının rezidentbrinin xarici valyutada, habeb qeyri-rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi X3 28 noyabr 2016-cı il tarixli, 45/1 nömrəli Qərarının 4.3.1.3-cü bəndinə əsasən, qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyən 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Qeyd etmişdir ki, İXM-in 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri yoxdur. Buna görə də birinci instansiya məhkəməsinin qərarı inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hal, yəni inzibati xətanın tərikibi olmaması səbəbindən ləğv edilməli və inzibati xəta üzrə icraata xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq E.A.Sadıqovun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və inzibati xəta üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi E.A.Sadıqov şikayəti müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi E.A.Sadıqovun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil şikayəti müdafiə edərək bildirmişdir ki, E.A.Sadıqovla (alıcı) Ukrayna Respublikasının Çerkassı şəhərində fəaliyyət göstərən "xxxx" MMC-nin direktoru Ş.A.Antolyeviç (satıcı) arasında xx.xx.2020-ci il tarixli, 2020-PL saylı alqı-satqı müqaviləsi bağlanılmış, həmin müqavilədə həmdə satıcı şirkət tərəfindən alınan malları Azərbaycan Respublikasına çatdırılması nəzərdə tutulmuşdur. Bu müqavilə əsasında E.A.Sadıqov tərəfindən 29,025,00 ABŞ dolları məbləğində olan vəsait bank tərəfindən xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. E.A.Sadıqov, xarici partnyorlar “Demar Plüs“MMC və "xxxx" şirkəti arasında xx.xx.2020-ci il tarixli, № 01 saylı “öhdəlikdə tərəflərin dəyişməsi”nə dair üçtərəfli müqavilə bağlanılmış, həmin müqavilədə E.A.Sadıqovla "xxxx" şirkəti arasında xx.xx.2018-ci il tarixdə nəqliyyat xidməti və xx.xx.2020-ci il tarixdə mal alqı-satqısı ilə bağlı müqavilə bağlanılmış, E.A.Sadıqov həmin müqavilənin icrası üçün mal və nəqliyyat pulu daxil olan 29.025 ABŞ dolları məbləğində pulu xx.xx.2020-ci il tarixli, 435/2020 nömrəli invoysla "xxxx" şirkətinin hesabına köçürmüş, həmin şirkət tərəfindən 21.600 ABŞ dolları “Demar Plüs“ MMC-yə ötürülmüşdür. Lakin həmin mal “Demar Plüs“ MMC tərəfindən göndərilə bilmədiyindən, bundan sonra “Demar Plüs“MMC və E.A.Sadıqov xx.xx.2020-ci il tarixdə mal alqı-satqısı barədə müqavilə bağlanılmış və nəqliyyat xaric malların dəyəri 21.600 (iyirmi bir min altı yüz) ABŞ dollar hesablanmışdır. Daha sonra həmin müqaviləyə əsasən sifariş edilmiş mallar "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdə E.A.Sadıqova satılmış və xx.xx.2020-ci il tarixdə bağlanılmış öhdəlikdə tərəflərin dəyişməsinə dair üçtərəfli müqavilə əsasında "xxxx" şirkəti tərəfindən Azərbaycan Respublikasının ərazisinə göndərilmiş və xx.xx.2020-ci il tarixli, **********4590 saylı gömrük bəyannaməsinə əsasən həmin tarixdə ölkəyə idxal edilmişdir. Lakin E.A.Sadıqov tərəfindən alınmış mallara və göstərilmiş xidmətlərə görə pul ödənilməmiş, həmin malların və xidmətlərin ödənişi E.A.Sadıqov tərəfindən öncədən, yəni xx.xx.2020-ci il və xx.xx.2018-ci il tarixlərdə bağlanılmış müqavilələrə əsasən həyata keçirilmişdir. Belə ki, E.A.Sadıqov tərəfindən "xxxx" şirkətinə ödənilmiş 29.025 ABŞ dolları məbləğində pulun 21.600 ABŞ dolları “Demar Plüs“ MMC-yə, 7.000 ABŞ dolları "xxxx" şirkətinə ötürülmüşdür. Göstərilənlərə əsasən E.A.Sadıqovun əməlində inzibati xəta hadisəsini olmamasını nəzərə alaraq şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi O.R.Xaspoladov E.A.Sadıqovun şikayətin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Bundan başqa, Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi O.R.Xaspoladov məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, hazırda E.A.Sadıqov tərəfindən məhkəməyə təqdim edilən sənədlərə əsasən sonuncunun əməlində inzibati xəta hadisəsinin olmadığı müəyyən edilir. Həmçinin bildirmişdir ki, sifariş edilən mallar və xidmətlər qanunla müəyyən edilmiş müddətdə ölkəyə idxal və icra edilmiş və həmin sənədlər E.A.Sadıqovun barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən Mərkəzi Banka təqdim edilməmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, E.A.Sadıqov 29.025,00 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Ödənişin aparıldığı gündən 02 (iki) ildən artıq müddət keçsə də, 29.025 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Buna görə də, o, Azərbaycan Respublikasının İXMnin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 29.025 ABŞ dollarının 10%-i həcmində, yəni 2.902,50 ABŞ dolları məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, 435/2020 saylı invoysdan görünür ki, E.A.Sadıqov tərəfindən 29.025,00 ABŞ dolları məbləğində olan vəsait Polşa Respublikasında yerləşən "xxxx" şirkətinin hesabına köçürülmüşdür. İş materiallarına əlavə edilmiş Polşa Respublikasında yerləşən “PEKAO” adlı bank çıxarışından görünür ki, E.A.Sadıqov tərəfindən Polşa Respublikasında yerləşən "xxxx" şirkətinin hesabına köçürülmüş 29.025,00 ABŞ dolları məbləğində olan vəsaitdən 21.600 ABŞ dolları Ukrayna Respublikasının Çerkassı şəhərində fəaliyyət göstərən “Demar Plüs“ MMC-nin hesabına ötürülmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, № 01 saylı “öhdəlikdə tərəflərin dəyişməsi”nə dair üçtərəfli müqavilədən görünür ki, E.A.Sadıqov, xarici partnyorlar “Demar Plüs“ MMC və "xxxx" şirkəti arasında həmin tarixdə müqavilə bağlanılmış, həmin müqavilədə E.A.Sadıqovla "xxxx" şirkəti arasında xx.xx.2018-ci il tarixdə (№ 21/06) nəqliyyat xidməti və xx.xx.2020-ci il tarixdə (№18/11/20) mal alqı-satqısı ilə bağlı müqavilə bağlanılmış, E.A.Sadıqov həmin müqavilənin (№18/11/20, tarixi xx.xx.2020, İNV№435/2020) icrası üçün mal və nəqliyyat pulu daxil olan 29.025 ABŞ dolları məbləğində pulu "xxxx" şirkətinin hesabına köçürmüş, lakin mal alınmamışdır. “Demar Plüs“ MMC və E.A.Sadıqov xx.xx.2020-ci il tarixdə (№2020-PL) mal alqı-satqısı barədə müqavilə bağlanılmış (nəqliyyat xaric) malların dəyəri 21.600 (iyirmi bir min altı yüz) ABŞ dollar hesablanmışdır. Mal xx.xx.2021-ci il tarixdə “Demar Plüs“MMC tərəfindən (müqavilə xx.xx.2020, № 2020-PL. İNV№1) E.A.Sadıqova satılmış və "xxxx" şirkəti tərəfindən (müqavilə xx.xx.2018, № 21/06 İNV№462/2020) nəqliyyat xidməti göstərilmişdir. E.A.Sadıqov tərəfindən “Demar Plüs“ MMC-yə alınmış mala görə 21.600 ABŞ dolları məbləğində pul və "xxxx" şirkətinə isə nəqliyyat xidmətinə görə 7.000 ABŞ dolları məbləğində pul ödənilməmişdir. E.A.Sadıqov tərəfindən "xxxx" şirkətinə ödənilmiş 29.025 ABŞ dolları məbləğində pulun 21.600 ABŞ dolları (alınan malın dəyəri müqavilə xx.xx.2020, № 2020-PL.İNV№1) "xxxx" şirkəti tərəfindən “Demar Plüs“MMC-yə ötürülmüş, 7.000 ABŞ dolları məbləğində pul (nəqliyyat xidmətinin dəyəri müqavilə xx.xx.2018, №21/06, İNV462/2020) "xxxx" şirkətində saxlanılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, **********4590 saylı gömrük bəyannaməsinin surətindən görünür ki, E.A.Sadıqovun xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasından kənara köçürdüyü 29.025 ABŞ dolları məbləğində xarici valyuta vəsaitinin müqabilində xx.xx.2020-ci il tarixdə, yəni qanunla müəyyən edilmiş müddətdə müvafiq mallar 120 gömrük indeksi ilə ölkəyə idxal edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, E.A.Sadıqov xx.xx.2020-ci il tarixində 29.025 ABŞ dolları məbləğində olan pul vəsaitini bankda olan hesabından qabaqcadan ödəniş etməklə Azərbaycan Respublikasından kənara köçürmüş, həmin köçürməyə əsasən xx.xx.2020-ci il tarixdə, yəni qanunla müəyyən edilmiş müddətdə **********4590 saylı gömrük bəyannaməsi ilə müvafiq mallar ölkəyə idxal edilmişdir. Lakin, E.A.Sadıqov tərəfindən həmin ödənişin aparıldığı gündən 02 (iki) il müddətində müvafiq malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim edilmədiyindən, həmin ödəniş əməliyyatına dair sənədlər Mərkəzi Bank tərəfindən isə qabaqcadan ödənilmiş valyuta vəsaitini xaricdən geri qaytarmaması səbəbindən E.A.Sadıqovun barəsində 25 yanvar 2023-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilməklə, o, Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 29.025 ABŞ dollarının 10%-i həcmində, yəni 2.902,50 ABŞ dolları məbləğində inzibati cərimə edilmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, hazırki iş üzrə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində qanunla müəyyən edilmiş müddətdə müvafiq mallar xx.xx.2020-ci il tarixli, № 01 saylı “öhdəlikdə tərəflərin dəyişməsi”nə dair üçtərəfli müqaviləyə əsasən “Demar Plüs“MMC tərəfindən ölkəyə idxal edildiyi üçün E.A.Sadıqovun əməlində Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi mövcud deyildir, ona görə də, onun şikayəti təmin edilməli, Azərbaycan Respublikasının Mərkəzi Bankıının 25 yanvar 2023-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və E.A.Sadıqovun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, E.A.Sadıqov tərəfindən "xxxx" şirkətinə ödənilmiş 29.025 ABŞ dolları məbləğində pulun 21.600 ABŞ dolları “Demar Plüs“ MMC-yə, 7.000 ABŞ dolları "xxxx" şirkətinə ötürülmüş və xx.xx.2020-ci il tarixdə, **********4590 saylı gömrük bəyannaməsinə əsasən 21.600 ABŞ dolları məbləğində müvafiq mallar ölkəyə idxal edilmişdir. “Azərbaycan Respublikasının rezidentbrinin xarici valyutada, habeb qeyrirezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi X3 28 noyabr 2016-cı il tarixli, 45/1 nömrəli Qərarının 4.3.1.3-cü bəndinə əsasən, qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkibi yaranır. Göründüyü kimi qalıq qalan 7.000 ABŞ dolları məbləğində pul vəsaiti (nəqliyyat xidmətinin dəyəri müqavilə xx.xx.2018, №21/06, İNV462/2020) "xxxx" şirkətində saxlanıldığından həmin hissədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkibi yaranmır. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi E.A.Sadıqovun əməlində inzibati xəta tərkibi olmadığından, onun şikayəti təmin edilməli, Azərbaycan Respublikasının Mərkəzi Bankıının 25 yanvar 2023-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və E.A.Sadıqovun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil şikayəti təmin olunsun. Azərbaycan Respublikasının Mərkəzi Bankıının 25 yanvar 2023-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X2 barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar