Məhkəmə qərarları › İş №3(006)-1010/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1010/2023

09.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1010/2023 09.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Nəsimi rayon İcra Şöbəsinin böyük icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" ASC-nin X1 iştirakları ilə, "xxxx" ASC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" ASC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru R.A.Əhmədov tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" ASC Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(104)-102/2021 saylı icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yetirməmişdir. Bununla da, "xxxx" ASC Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Nəsimi rayon İcra Şöbəsinin böyük icra məmuru R.A.Əhmədov inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(104)-102/2021 saylı icra vərəqinə əsasən iddiaçı "xxxx" MMC-nin apelyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2-2(115)-31/2022 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmış, iddia qismən təmin edilmiş, xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli torpağa xüsusi mülkiyyət hüququ haqqında çıxarış əsasında "xxxx" MMC-nin xüsusi müıkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Yevlax yolunun cənub tərəfində yerləşən 0,3 ha torpaq sahəsinin 240 kv.m hissəsindən keçən yüksək gərginlikli (35kv-luq) yeraltı elektrik xətti cavabdeh "xxxx" ASC tərəfindən çıxarılaraq mülkiyyətdə olan torpaq sahəsindən kənarlaşdırılması, iddiaçıya məxsus torpaq sahəsi zəbtdən azad edilməsi, iddanın qalan hissədə təmin edilməməsini və iş üzrə 100 (bir yüz) manat ekspertiza xərcinin cavabdeh "xxxx" ASC-dən tutulması qət edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin icra sənədi üzrə icraata xx.xx.2022-ci il tarixdə başlanılmış və həmin icra sənədi üzrə borclu "xxxx" ASC-yə tələbin könüllü icra edilməsi barədə bildiriş göndərilmiş və xəbərdarlıq edilmişdir. Lakin dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq "xxxx" ASC-nin nümayəndəsi icra şöbəsinə gəlməmiş və ASC tərəfindən Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(104)-102/2021 saylı icra sənədi təmin olunmamışdır. Göstərilənləri nəzərə alaraq "xxxx" ASC-nin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinin məhkəmədən xahiş etmişdir. Bundan başqa, R.A.Əhmədov məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, icra sənədi üzrə vətəndaşla söhbət aparılmış və sonuncu ona "xxxx" ASCnin nümayəndəsinin onlara kabel axtardıqlarını bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi C.T.Aslanov bildirmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(104)-102/2021 saylı icra sənədindən məlumatlıdırlar. ASC tərəfindən iki ay əvvəl Gəncə şəhər İcra Hakimiyyətinin başçısına müraciət edilmiş və yeni torpaq sahəsi ayrılması xahiş edilmişdir. Lakin Gəncə şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən ASC-nin sorğusuna bugünədək cavab verilməmiş və buna görə də icra sənədi icra edilməmişdir. Göstərilənləri nəzərə alaraq "xxxx" ASC-nin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" ASC-nin Azərbaycan Respublikasının İXM-nin 528.1ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-102/2021 saylı icra sənədindən görünür ki, "xxxx" MMC-nin apelyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 2(115)-31/2022 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmış, iddia qismən təmin edilmiş, xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli torpağa xüsusi mülkiyyət hüququ haqqında çıxarış əsasında "xxxx" MMC-nin xüsusi müıkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Yevlax yolunun cənub tərəfində yerləşən 0,3 ha torpaq sahəsinin 240 kv.m hissəsindən keçən yüksək gərginlikli (35kv-luq) yeraltı elektrik xətti cavabdeh "xxxx" ASC tərəfindən çıxarılaraq mülkiyyətdə olan torpaq sahəsindən kənarlaşdırılması, iddiaçıya məxsus torpaq sahəsi zəbtdən azad edilməsi, iddanın qalan hissədə təmin edilməməsini və iş üzrə 100 (bir yüz) manat ekspertiza xərcinin cavabdeh "xxxx" ASC-dən tutulması qət edilmişdir. İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)- 102/2021 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Nəsimi rayon İcra şöbəsinin "xxxx" ASC-yə ünvanladığı xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-102/2021 saylı icra vərəqəsində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün "xxxx" ASC-yə xəbardarlıq edilmişdir. Həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qərarının qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq məsuliyyət barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Nəsimi rayon İcra şöbəsinin "xxxx" ASC-yə ünvanladığı xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-102/2021 saylı icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün "xxxx" ASC-yə təkrar xəbardarlıq edilmişdir. Həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qərarının qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq məsuliyyət barədə təkrar xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(104)-102/2021 saylı icra vərəqinə əsasən iddiaçı "xxxx" MMC-nin apelyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(115)-31/2022 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmış, iddia qismən təmin edilmiş, xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli torpağa xüsusi mülkiyyət hüququ haqqında çıxarış əsasında "xxxx" MMC-nin xüsusi müıkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Yevlax yolunun cənub tərəfində yerləşən 0,3 ha torpaq sahəsinin 240 kv.m hissəsindən keçən yüksək gərginlikli (35kv-luq) yeraltı elektrik xətti cavabdeh "xxxx" ASC tərəfindən çıxarılaraq mülkiyyətdə olan torpaq sahəsindən kənarlaşdırılması, iddiaçıya məxsus torpaq sahəsi zəbtdən azad edilməsi, iddanın qalan hissədə təmin edilməməsini və iş üzrə 100 (bir yüz) manat ekspertiza xərcinin cavabdeh "xxxx" ASC-dən tutulması qət edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin icra sənədi üzrə icraata xx.xx.2022-ci il tarixdə başlanılmış və həmin icra sənədi üzrə borclu "xxxx" ASC-yə tələbin könüllü icra edilməsi barədə bildiriş göndərilmiş və xəbərdarlıq edilmişdir. Lakin dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq "xxxx" ASCnin nümayəndəsi icra şöbəsinə gəlməmiş və ASC tərəfindən Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(104)-102/2021 saylı icra sənədi təmin olunmamışdır. İcra sənədinin icrasına xx.xx.2022-cu il tarixli qərarla başlanılmış, tələbin könüllü icrası haqqında bildirişlər və icra sənədnin təmin olunması ilə bağlı ASC-yə xəbərdarlıq məktubları göndərilmiş, görülmüş tədbirlərə və edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu "xxxx" ASC icra sənədlərinin icrasından üzrsüz səbəbdən boyun qaçırır və icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Qanuni qüvvədə olan məhkəmə qətnaməsini bugünədək icra etməməsi borclu "xxxx" ASC-nin icranı təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırmasına əsas verir. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-102/2021 saylı icra sənədinin icrasına xx.xx.2022-ci il tarixdə, yəni 07 (yeddi) ay əvvəl başlanmasına baxmayaraq ASC tərəfindən yalnız 02 ay qabaq yeni torpaq sahələrinin ayrılmasına dair Gəncə şəhər İcra Hakimiyyətinin başçısına müraciət edilmişdir. Məhkəmə işin yuxarıda sadalanan faktiki hallarına qiymət verərək hesab edir ki, qanuni qüvvədə olan məhkəmə qərarının icrası ilə bağlı borclu "xxxx" ASC-yə uzun müddət öncədən tələbin icrası haqqında bildiriş göndərilməsinə baxmayaraq sonuncunun bugünədək icra sənədinin tələblərini icra etməməsi, icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməməsi, icra sənədinin uzun müddətdir ki icrasız qalmasına səbəb olması məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən "xxxx" ASC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, "xxxx" ASC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: "xxxx" ASC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 3.000 (üç min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar