Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1011/2024 23.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş 14 noyabr 2023cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair Babaşova Esmira Tahirovnanın şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Babaşova Esmira Tahirovna, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş 14 noyabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Babaşova Esmira Tahirovna Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati tənbeh vermə haqqında MN № ******* saylı xx.xx.2023-cü il tarixli Qərarına əsasən 5000 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Qərarda göstərilir ki, Babaşova EsmiraTahirovna barəsində Azərbaycan Raspublikası İXM-nin 210.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN-1743716 nömrəli protokola əsasən DVX əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixində Bakı şəhəri Nəsimi rayonu, S.Rəhimov küçəsi, ev 179“A” Jalə Plazma yerləşən “Danello Estetik” mərkəzində Babaşova Esmira Tahirovna tərəfindən lisenziya olmadan Özəl Tibb fəaliyyəti kosmetolojiya göstərilməsi faktı aşkar edilmişdir. Nəticədə Babaşova Esmira Tahirovna AR İXM-nin 210.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarda göstərilən əsasların heç biri mövcud olmamış və o, fəaliyyət göstərdiyi “Danello Estetik mərkəzində lisenziyası olmayan üz lazer aparatından istifadə etməmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə fəaliyyət göstərdiyim mərkəzə 2 nəfər şəxs gəlib Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertləri X2 şöbəsinin mütəxəssisləri olduğunu və yoxlama keçirəcəklərini bildirdilər. Yoxlama zamanı mərkəzdə olan üz lazer aparatını görüb həmin aparatın lisenziyası ilə maraqlandılar. O da cavab olaraq həmin aparatın lisensiyasının olmadığını bildirdi. Onlar bununla bağlı protokol tərtib etdilər. Nəsimi rayon icra şöbəsindən o, şöbəyə dəvət olundu. Həmin vaxt orada məlum oldu ki, Səhiyyə nazirliyinin Qərarı ilə lisenziyası olmayan lazer aparatından istifadə edildiyinə 5000 AZN manat cərimə olunmuşdur. O, icra məmuruna qərarın qanunsuz olduğunu bununla bağlı şikayət edəcəyini bildirdi. 2024-cü ilin fevralın 28-də icra şöbəsindən səhiyyə nazirliyinin nümayəndələri tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokolu və qərarı aldıqdan sonra ona məlum oldu ki, guya mərkəzdə olan üz lazer aparatından proseduriyası həyata keçirilmiş və buna görə kassa aparatına 6 manat ödəniş edilmiş və almışdır. Ümumiyyətlə fəaliyyət göstərdiyi mərkəzdə üz lazer aparatından istifadə edən usta və işçisi yoxdur. Və heç bir vaxt həmin aparatdan mərkəzdə istifadə edilməmişdir. Həmin aparatı satışa elan verdiyi üçün mərkəzə gətirmişdir. Kassa aparatına vurulan 6 manat DVX-nin əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində olmuşdur. Belə ki, bir qadın mərkəzə daxil oldu və saçını ukladka etdirmək istədiyini bildirdi. O. dedi ki, bu işdə çalışmır. İşçi ilə danışdı. Mərkəzdə işləyən işçilərindən biri qadının saçını ukladka elədikdən sonra nə vaxt çıxdığından xəbəri olmadı və o, gedən kimi dərhal DVX-nin operativ vergi nəzarəti əməkdaşları mərkəzə daxil oldu, özlərini təqdim etdikdən sonra çıxan qadına göstərilən xidmətlə bağlı kassa aparatında qəbz vurulmadığına görə akt tərtib edib, cərimə etdilər. Ondan sonra mərkəzdə olan üz lazer apratı görüb maraqlananda bildirdi ki, satışı üçün elan vermişdir. Ona görə mərkəzə gətirmişdir. İzahat da göstərmişdir ki, üz lazer aparatından fəaliyyət göstərdiyi mərkəzdə heç bir vaxt istifadə edilməmiş və edilməyəcəkdir. Lisenziyası ilə maraqlananda dedi ki, yoxdur. Bundan sonra DVX-nin gələn əməkdaşları qanunsuz olaraq kassa aparatına lazer aparatından istifadəyə görə 6 manat çek vurdular. Səbəbini də belə izah etdilər ki, Səhiyyə nazirliyindən gəlib problem yaratmasınlar. Halbuki kassa aparatında üz lazer aparatı ilə bağlı xidmət qeyd olunmamışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında xx.xx.2023-cü il tarixli seriya DVX 032244 nömrəli akt tərtib olunmuşdur. Tərtib olunmuş aktda 15 manat saç ukladkasına və 6 manat lazer aparatından istifadə göstərilir. Təxminən bir ay sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertləri X2 şöbəsinin mütəxəssisi xx.xx.2023-cü il tarixdə X1, ünvan 1 ünvanında fəaliyyət göstərdiyi “Danella Estetik” Mərkəzinə gəlib yoxlama keçirmiş, mərkəzdə lisenziyası olmayan üz lazer aparatına görə inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli protokol tərtib edilmişdir. Beləliklə barəsində tərtib edilmiş inzibati protokol əsasında əsassız və qanunsuz hesab edilərək ləğv edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Babaşova Esmira Tahirovna məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə işə onun iştirakı olmadan baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə, işə şikayət vermiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, barəsində şikayət verilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə işə onların iştirakları olmadan baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən şikayətə qeyd edilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş 14 noyabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, Babaşova Esmira Tahirovna Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi nəticəsində 5000 (beş min) manat məbləğində inzibati cərimə olunmuşdur. Məhkəmə şikayət verən şəxs Babaşova Esmira Tahirovnaya istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-in 210.1-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə əsasən lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə - fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayətçi Babaşova Esmira Tahirovnanın şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş 14 noyabr 2023cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair Babaşova Esmira Tahirovnanın şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-1011/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1011/2024
23.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver