Məhkəmə qərarları › İş №3(006)-1014/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1014/2025

07.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1014/2025 07.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X12 Şikayətçi: X4 vəkili X8 Qərarından şikayət verilən orqan: X20 Xidmətinin nümayəndəsi X2 iştirakları ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 12 fevral 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X13 şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Bakı şəhər İdarəsinin 12 fevral 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyimə görə 3.000 manat məbləğində cərimə edilmişdir. Lakin, bu qərar qanunsuz və əsassızdır. Çünki qərarda qeyd edilən şəxslərin əmək müqaviləsi olmadan işə cəlb edilməsi halı mövcud deyil. Belə ki, "xxxx" QSC-nin “İşğaldan azad olunmuş ərazilərdə buraxılış informasiya sisteminə” giriş səlahiyyəti yoxdur. Qərarda adları çəkilən işçilərdən "xxxx" QSC-nin Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının tikintisində layihə rəhbəri kimi çalışan X15 xx.xx.2024-cü il tarixdə işə qəbul edilmiş, xx.xx.2024-cü ildə öz ərizəsi ilə işdən azad edilmişdir. Qarabağ və Şərqi Zəngəzur rayonlarına giriş icazəsinin ləğv edilməsi üçün xitam cədvəli xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixlərində layihəsini icra etdikləri Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə təqdim edilmişdir. "xxxx" QSC-nin Ağdam rayonunda yaşayış binalarının tikintisi obyektində qəlibçi kimi çalışan X9 xx.xx.2024-cü ildə işə qəbul edilmiş, xx.xx.2024-cü ildə öz ərizəsi ilə işdən azad edilmişdir. Qarabağ və Şərqi Zəngəzur rayonlarına giriş icazəsinin ləğv edilməsi üçün xitam cədvəli xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixlərində layihəsini icra etdikləri “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” X27 təqdim edilmişdir. "xxxx" QSC-nin Ağdam rayonunda yaşayış binalarının tikintisi obyektində fəhlə kimi çalışan X23 xx.xx.2024-cü ildə işə qəbul edilmiş, xx.xx.2025ci ildə öz ərizəsi ilə işdən azad edilmişdir. Qarabağ və Şərqi Zəngəzur rayonlarına giriş icazəsinin ləğv edilməsi üçün xitam cədvəli xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərində layihəsini icra etdikləri “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” X27 təqdim edilmişdir. "xxxx" QSC-nin Ağdam rayonunda yaşayış binalarının tikintisi obyektində qəlibçi kimi çalışan X16 xx.xx.2024-cü ildə işə qəbul edilmiş, xx.xx.2025-ci ildə öz ərizəsi ilə işdən azad edilmişdir. Qarabağ və Şərqi Zəngəzur rayonlarına giriş icazəsinin ləğv edilməsi üçün xitam cədvəli xx.xx.2025-ci il və xx.xx.2025ci il tarixlərində layihəsini icra etdikləri “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” X27 təqdim edilmişdir. "xxxx" QSC-nin Ağdam rayonunda yaşayış binalarının tikintisi obyektində fəhlə kimi çalışan X25 xx.xx.2024-cü ildə işə qəbul edilmiş, xx.xx.2025-ci ildə öz ərizəsi ilə işdən azad edilmişdir. Qarabağ və Şərqi Zəngəzur rayonlarına giriş icazəsinin ləğv edilməsi üçün xitam cədvəli xx.xx.2025-ci il və xx.xx.2025ci il tarixlərində layihəsini icra etdikləri “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” X27 təqdim edilmişdir. X5, X3, X17, X6 və X18 hər biri izahatlarında göstərmişdir ki, işdən azad olunduqları tarixdən etibarən Qarabağ və Şərqi Zəngəzur rayonlarına daxil olmamış və orada fəaliyyət göstərməmişlər. Yuxarıda göstərilən hallar bir daha onu təsdiq edir ki, o, vəzifəli şəxs kimi heç bir qanun pozuntusunu, işçilərin hüquqlarının pozulmasına yol verməmişdir. Bunları nəzərə alaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 12 fevral 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş olunur. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermiş şəxs X4 vəkili X19 şikayətə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin nümayəndəsi X7 izahatında bildirdi ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7 və 49-cu maddələrinin tələbləri pozularaq işəgötürən tərəfindən X15 xx.xx.2024-cü il tarixdən, X9 xx.xx.2024-cü il tarixdən, X23, X16 və X25 xx.xx.2025-ci il tarixdən hazırki tarixədək Qarabağ və Şərqi Zəngəzur rayonlarında əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb olunduqlarına görə "xxxx" QSC-nin direktoru X1 Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə təqsirli bilinərək 3.000 manat məbləğində cərimə edilmişdir. Şikayətin rədd olunmasını xahiş edir. İş materiallarında olan: • Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 12 fevral 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X15 xx.xx.2024-cü il tarixdən, X9 xx.xx.2024-cü il tarixdən, X23, X16 və X25 xx.xx.2025-ci il tarixdən hazırki tarixədək Qarabağ və Şərqi Zəngəzur rayonlarında əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər-hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunduqlarına görə "xxxx" QSC-nin direktoru X1 Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə təqsirli bilinərək 3.000 manat məbləğində cərimə edilmişdir; • "xxxx" QSC üzrə “Əmək müqaviləsinə xitam verilməsi” barədə: • xx.xx.2024-cü il tarixli, 1089 saylı əmrə əsasən X9 ilə bağlanılmış əmək müqaviləsinə həmin tarixdə; • 27.12.2024-cü il tarixli, 2004 saylı əmrə əsasən X15 ilə bağlanılmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə; • xx.xx.2025-ci il tarixli, 02 saylı əmrlərə əsasən X25, X23 və X16 ilə bağlanılmış əmək müqavilələrinə həmin tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. • "X10 X11 və Monitorinqi Sistemi”ndə işçilərin xitam Siyahısından görünür ki, "xxxx" QSC tərəfindən işçilər X15, X9, X23, X16 və X25 barəsində iş icazəsi ilə bağlı müraciətlər olunmuş, R.Səmədov barəsində icazənin başlama vaxtı xx.xx.2024-cü il tarix, icazənin bitmə vaxtı xx.xx.2024-cü il tarix, A.Əzizzadə barəsində icazənin başlama vaxtı xx.xx.2024-cü il tarix, icazənin bitmə vaxtı xx.xx.2025-ci il tarix, İ.Cabbarov barəsində icazənin başlama vaxtı xx.xx.2024-cü il tarix, icazənin bitmə vaxtı xx.xx.2025-ci il tarix, B.Nəsirov barəsində icazənin başlama vaxtı xx.xx.2024-cü il tarix, icazənin bitmə vaxtı xx.xx.2025-ci il tarix, S.Pənahov barəsində icazənin bitmə vaxtı xx.xx.2024cü il tarix qeyd olunmuşdur; • X3 17 yanvar 2025-ci il tarixli izahatında qeyd olunur ki, o, xx.xx.2024-cü il tarixdə öz ərizəsi ilə işdən azad olunmuşdur. Həmin tarixdən etibarən Qarabağ və Şərqi Zəngəzur rayonlarına daxil olmamış və ərazidə fəaliyyət göstərməmişdir; • X18 17 yanvar 2025-ci il tarixli izahatında qeyd olunur ki, o, xx.xx.2025-ci il tarixdə öz ərizəsi ilə işdən azad olunmuşdur. Həmin tarixdən etibarən Qarabağ və Şərqi Zəngəzur rayonlarına daxil olmamış və ərazidə fəaliyyət göstərməmişdir; • X6 17 yanvar 2025-ci il tarixli izahatında qeyd olunur ki, o, xx.xx.2025-ci il tarixdə öz ərizəsi ilə işdən azad olunmuşdur. Həmin tarixdən etibarən Qarabağ və Şərqi Zəngəzur rayonlarına daxil olmamış və ərazidə fəaliyyət göstərməmişdir; • X17 17 yanvar 2025-ci il tarixli izahatında qeyd olunur ki, o, xx.xx.2025-ci il tarixdə öz ərizəsi ilə işdən azad olunmuşdur. Həmin tarixdən etibarən Qarabağ və Şərqi Zəngəzur rayonlarına daxil olmamış və ərazidə fəaliyyət göstərməmişdir; • X5 17 fevral 2025-ci il tarixli izahatında qeyd olunur ki, o, xx.xx.2024-cü il tarixdə öz ərizəsi ilə işdən azad olunmuşdur. Həmin tarixdən etibarən Qarabağ və Şərqi Zəngəzur rayonlarına daxil olmamış və ərazidə fəaliyyət göstərməmişdir. Beləliklə məhkəmədə müəyyən edilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 12 fevral 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X15 xx.xx.2024-cü il tarixdən, X9 xx.xx.2024-cü il tarixdən, X23, X16 və X25 xx.xx.2025-ci il tarixdən hazırki tarixədək Qarabağ və Şərqi Zəngəzur rayonlarında əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər-hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunduqlarına görə "xxxx" QSC-nin direktoru X1 Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə təqsirli bilinərək 3.000 manat məbləğində cərimə edilsə də, X20 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən aparılan inzibati xəta haqqında iş üzrə icraat qanunvericiliyin tələblərinə tam riayət olunmaqla aparılmamış, iş üzrə bütün faktiki halları tam və hərtərəfli qaydada öyrənmək üçün lazımi tədbirlər görülməmiş, o cümlədən qərarda adları qeyd olunan şəxslərin izahatları alınmamış, faktla bağlı zəruri araşdırmanın aparıldığını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Bununla da vəzifəli şəxsin təqsirliyini sübut edən kifayət qədər dəlil toplanılmayaraq X20 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən prosessual normalara və sübutetmə vəzifəsinə əməl olunmamışdır. Beləliklə aydın olur ki, işin halları hərtərəfli, tam və obyektiv araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: • İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüquqi ilə təmin edilir (6.2-ci maddə); • İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (48-ci maddəsi); • İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (76.1-ci maddə). Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 12 fevral 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 12 fevral 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar