Məhkəmə qərarları › İş №3(006)-1015/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-1015/2021

13.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-1015/2021 13.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Pənahov Babək Əkbər oğlu, X1 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2021-ci il tarixli, EXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayəti məhkəmə iclasında baxılmağa hazırlayarkən M Ü Ə Y Y Ə N E T D İ M: X1 barəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2021-ci il tarixli, EXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayətlə müraciət etmişdir. Həmin məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə şikayət aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdim ki, X1 barəsində inzibati tənbeh vermə haqqında qərar xx xxxxxx 2021-ci il tarixdə qəbul edilsə də, bu qərardan şikayət qanunvericilikdə nəzərdə tutulmuş müddət keçdikdən sonra mübahisələndirilmiş, şikayət verilməsi üçün ötürülmüş müddətin bərpasını xahiş olunmamış, bunun üçün üzrlü səbəblər göstərilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə görə qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinin tələblərinə uyğun olaraq nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Eyni zamanda qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilməsi qeyd olunsa da, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2020-ci il tarixli Qərarına əsasən qanunverici tərəfindən İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-ci və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: X1 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2021-ci il tarixli, EXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar