Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1018/2021 13.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X4 İnzibati xəta haqqında Bakı şəhəri X12 İdarəsinin protokolu tərtib etmiş şəxs: inspektoru X2 Barəsində icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1990-cı ildə Tər-Tər şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, Ağdam şəhəri, M.Ə.Sabir küçəsi, ev 09-da qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx xxxxx 2021-ci il tarixdə, saat 16:10 radələrində sürücülük hüququ olmadan “Vaz 21725” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Nəsimi rayonu, C.Səlimov küçəsi ilə Ak.H.Əliyev küçəsi istiqamətində hərəkətdə olan zaman yolun kənarında saxlanılmış, X1 idarə etdiyi “Kia Rio” markalı, **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobili vurmuş, sonuncu maşın da zərbənin təsirindən ondan öndə olan, X5 idarə etdiyi “BMW 525İ” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyərək zərər çəkmiş şəxslərə maddi ziyan yetirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X6 izahatında göstərdi ki, xx xxxxx 2021-ci il tarixdə daxil olmuş məlumat əsasında müəyyən edilmişdir ki, Nəsimi rayonu, C.Səlimov küçəsində Silahlı Qüvvələrin Baş Klinik Hospitalı qarşısında üç minik avtomobili toqquşmuşdur. Hadisə yerinə gəldikdən və müvafiq araşdırma aparıldıqdan sonra məlum olmuşdur ki, Şəxs “Vaz 21725” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Nəsimi rayonu, C.Səlimov küçəsi ilə hərəkət edən zaman idarə etməni itirərək yolun kənarında saxlanılmış, X1 idarə etdiyi “Kia Rio” markalı, **-ZZ- *** dövlət qeydiyyat nişanlı avtomobili arxadan yan tərəfdən vurmuş, həmin avtomobil də zərbənin təsirindən ondan irəlidə saxlanılmış, X5 idarə etdiyi “BMW 525İ” markalı, **-DC- *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir. Şəxs nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf edərək izahatında bildirdi ki, xx xxxxx 2021-ci il tarixdə, saat 16:10 radələrində etibarnamə ilə idarə etdiyi “Vaz 21725” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobillə C.Səlimov küçəsi ilə Ak.H.Əliyev küçəsi istiqamətində hərəkətdə olarkən Silahlı Qüvvələrin Baş Klinik Hospitalı qarşısında qəfil idarəetməni itirib yolun sağ kənarında dayanan “Kia Rio” markalı, **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Zərbənin təsirindən onun toqquşduğu bu avtomobil öndəki “BMW 525İ” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobili vurmuşdur. Hadisə nəticəsində xəsarət alan olmamışdır. Əməlindən səmimi peşmandır. Himayəsində bir azyaşlı övladı var, özü də İİİ qrup əlildir. Məhkəmə, proses iştirakçılarının izahatlarını və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş xətanın törətməsi tam sübuta yetirilir. İş materiallarında olan: xx.xx.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan və tərtib edilmiş sxemdən görünür ki, xx.xx.2021-ci il tarixdə, saat 16:10-da Nəsimi rayonu, C.Səlimov küçəsində Şəxs idarə etdiyi “Vaz 21725” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edən zaman yolun kənarında saxlanılmış “Kia Rio” markalı, **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, bu maşın da irəlidəki “BMW 525İ” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir; AE 036337 saylı, xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Vaz 21725” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X3r; 13.01.2021-ci il tarixli notarial qaydada təsdiqlənmiş etibarnamənin surətindən görünür ki, Şəxs X7 tərəfindən “Vaz 21725” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etmək səlahiyyəti verilmişdir; portaldan çıxarışa əsasən Şəxs adına verilmiş sürücülük vəsiqəsi mövcud deyil. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin İİ hissəsinə görə sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi) nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə məsuliyyət nəzərdə tutur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanı etiraf edərək səmimi peşmançılıq çəkməsini onun İnzibati Xətalar Məcəlləsinin 32.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəiyyətini, məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş cərimə tənbeh növü tətbiq olunmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-1018/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1018/2021
13.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver