Məhkəmə qərarları › İş №3(006)-1019/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1019/2025

26.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1019/2025 26.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 İnzibati xəta haqqında protokolu 21-ci polis bölməsinin sahə inspektoru tərtib etmiş şəxs: X2 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında Şəxs iş üzrə icraat aparılan şəxs: iştirakları ilə xx.xx.2003-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan keçidi, ev 5 A, mənzil 15-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs 10.000 manat kredit düzəltmək adı ilə sonuncunu aldadaraq 83 manat pulunu ələ keçirib Zərərçəkmiş şəxs qarşı dələduzluq etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinin sahə inspektoru X3 izahatında göstərdi ki, 19 fevral 2025ci il tarixdə Zərərçəkmiş şəxs “102” xidmətinə və 21-ci polis bölməsinə müraciət edərək xx.xx.2025-ci il tarixdə “Tik-Tok” sosial şəbəkəsində tapdığı “kredit.az” adlı səhifə ilə əlaqə zamanı ona 10.000 manat kredit ayrılacağı barədə vəd verildiyini, ona göndərilən 5167 5133 4112 0038 nömrəli hesaba mobil telefon tətbiqi vasitəsilə ümumilikdə 83 manat pul göndərdiyini bildirmiş, lakin qarşı tərəf onu aldadaraq dələduzluq etmişdir. Əməldə cinayət tərkibi olmadığından xx.xx.2025-ci il tarixli qərarla cinayət işinin başlanılması rədd olunmuşdur. Daha sonra bu əməli törədən şəxsin Şəxs olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, xx.xx.2025-ci il tarixdə “Tik-Tok” sosial şəbəkəsində tapdığı “kredit.az” adlı səhifə ilə əlaqə zamanı ona 10.000 manat kredit ayrılacağı barədə vəd verilmiş, o da buna inandığı üçün özünə məxsus kartın və şəxsiyyət vəsiqəsinin şəkilini həmin şəxsə göndərmiş, sonuncu da ona kredit ayrılması üçün 29 manat 30 qəpik və 53 manat 67 qəpik pul göndərməli olduğunu demişdir. Buna görə də o, həmin şəxsin göndərdiyi 5167 5133 4112 0038 nömrəli hesaba həmin məbləği göndərmişdir. Ona qısa müddət ərzində kredit ayrılacağı bildirilsə də, daha sonra həmin şəxslə əlaqə saxlaya bilməmişdir. Bundan sonra ona qarşı dələduzluq olunduğunu anlamışdır. Hazırda vurulmuş ziyan ödənildiyindən Şəxs qarşı şikayət və tələbi yoxdur, onunla barışıb. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, “Tik-Tok” sosial şəbəkəsində “kredit.az” səhifəsi yaratmışdır. O, Zərərçəkmiş şəxs 10.000 manat kredit düzəldəcəyini yalandan vəd vermiş və bunun müqabilində kart hesabına 83 manat pul göndərməyini bildirmişdir. Lakin o, vədinə əməl etməyərək həmin pulu mənimsəmişdir. Zərər çəkmiş şəxsə vurulmuş zərəri ödəmişdir. İş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanılmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə məsuliyyət müəyyən edir. Həmin maddənin “Qeyd” hissəsinə görə talanmış əmlakın dəyəri beş yüz manatdan yuxarı olmadıqda, bu, xırda talama hesab edilir. İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar