Məhkəmə qərarları › İş №3(006)-102/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-102/2022

11.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-102/2022 11.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati icraat aparılan Şəxs nümayəndəsi X1 iştirakı ilə, Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon Polis İdarəsindən daxil olmuş materiala baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi Dövlət X11 inzibati təcrübə üzrə baş inspektoru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə 14 sentyabr 2021-ci il tarixli, AP serialı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Şəxs ona məxsus olan «VOLKSWAGEN CRAFTER XÜSUSİ.TƏY.TƏYİNATLİ» markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs barəsində məlumatı sorğu daxil olduğu gündən 5 gün ərzində səlahiyyətli orqana təqdim etməmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan Şəxs nümayəndəsi X2 yazılı etiraz vermiş və ona uyğun izahatında göstərmişdir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində (mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə) nəzərdə tutulmuş əməlin törədilməsinə dair Şəxsn (TƏBİB) barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhəri Baş Polis İdarəsi Nəsimi Rayon Polis İdarəsi (DYP) tərəfindən ******* nömrəli, 14.09.2021-ci il tarixli protokol tərtib edilmiş və inzibati tənbehin tətbiq edilməsi üçün DYP tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət olunmuşdur. Qeyd olunan inzibati xətanın törədilməsi ilə bağlı irəli sürülmüş arqumentlərlə razı olmadıqlarını və inzibati xətanın törədilməsinə dair protokolun tamamilə əsassız olduğunu bildirirlər. Belə ki, sözügedən protokolun tərtibi zamanı maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasına yol verilmişdir. Pandemiya ilə mübarizəyə dəstək çərçivəsində bir neçə nəqliyyat vasitələri bağışlama müqaviləsinə əsasən TƏBİB-in balansına verilmişdir. Daha sonra həmin operativ tipli mexaniki nəqliyyat vasitələri tabelikdə olan ayrı-ayrı tibb müəssisələrinə təhkim edilmişdir. Bu barədə TƏBİBin X7 04-13 nömrəli 15 may 2020-ci il tarixli əmri də mövcuddur. Həmin Əmrə 04 nömrəli, 02 iyun 2020-ci il tarixli əlavə ilə “VOLKSWAGEN CRAFTER” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı xüsusi təyinatlı nəqliyyat vasitəsi “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə (Xəstəxana) verilmişdir. Həmin vaxtdan başlayaraq bugünədək sözügedən nəqliyyat vasitaəsi Xəstəxananın faktiki istifadəsindədir. İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Həmin maddənin məzmunundan aydın olur ki, inzibati xəta törətmiş fiziki şəxs haqqında məlumatı DYP-yə təqdim etmək vəzifəsinə malikdir Hazırkı işdə isə məlumdur ki, TƏBİB dövlət müəssisəsidir. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.30-cu maddəsinə əsasən, dövlət müəssisəsi dedikdə, paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan səhmdar cəmiyyət, məhdud məsuliyyətli cəmiyyət, digər təşkilatı formada fəaliyyət göstərən hüquqi şəxslər və publik hüquqi şəxslər nəzərdə tutulur. “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi" X5 Nizamnaməsinində nəzərə tutulmuşdur ki, (1.1-ci bənd) TƏBİB “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanına əsasən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yaradılan və tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsini və bu sahədə nəzarəti həyata keçirən qurumdur; (3.1-ci bənd) TƏBİB bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, aşağıdakı vəzifələri yerinə yetirir: (3.1.8) fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə «Vətəndaşların müraciətləri haqqında», «İnzibati icraat haqqında» və «İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək. “VOLKSWAGEN CRAFTER” markalı, 99PJ868 dövlət qeydiyyat nişanlı xüsusi təyinatlı avtomobil faktiki olaraq “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” X10 istifadəsində olduğundan barəsində inzibati icraat aparılan şəxs qismində TƏBİB deyil, Xəstəxana çıxıış etməli, inzibati xətanın törədilməsinə dair ******* nömrəli, 14.09.2021-ci il tarixli protokol da Xəstəxana barəsində tərtib edilməlidir. Qanunvericiliyə görə məlumatın əldə edilməsinə dair DYP-nin sorğusu rəsmi qaydada TƏBİB-ə, o cümlədən Xəstəxanaya təqdim edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 57.1-ci mədəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məcəllənin 57.5-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə sənədin rəsmi qaydada verilmiş hesab edilməsinin əsasları müəyyən edilmişdir. Bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan inzibati xəta haqqında iş üzrə sənəd rəsmi qaydada verilmiş hesab edilir. Yuxanda qeyd edilmiş normalardan göründüyü kimi, protokolun TƏBİB barəsində tətbiq edilməli olduğunu fərz etsək belə, sorğu TƏBİB-in vəzifəli şəxsinə imza etdirməklə verilməmişdir. Bu da birbaşa sənədin lazımi qaydada çatdırılmamasına, nəticə etibarilə sorğunun vaxtında cavablandırılmamasına dəlalət edir. Digər tərəfdən, İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokolun surəti də nə TƏBİB-ə, nə də ki xəstəxanaya təqdim edilmişdir. Halbuki, qanunvericilik protokolun surətinin inzibati xəta törətmiş şəxsə təqdim edilməsi vəzifəsini birmənalı olaraq müəyyən edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcələnin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Sözügedən Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Beləliklə, TƏBİB-in əməlində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş tərkibin olmasını təsdiq edən hər hansı dəlilin və sübutun olmamasını nəzərə alsaq, TƏBİB tərəfindən haqqında bəhs olunan inzibati xətanın törədiməsi barədə şübhələr hər bir halda onun xeyrinə qiymətləndirilməlidir. İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda İnzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd olunanları nəzərə alaraq, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, proses iştirakçısının izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Xidmət üzrə rəis müavini vəzifəsini müvəqqəti icra edən Kənan Nəbiyev tərəfindən məhkəməyə ünvanlanmış məktubda göstərilmişdir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən14 sentyabr 2021-ci il tarixli, AP serialı, ******* saylı inzibati xəta haqqında protokolu müdafiə etmədiklərindən icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi Dövlət X13 tərəfindən Şəxsn ünvan 1 ünvanına göndərilmiş sorğu məktubunun surətindən görünür ki, Şəxsn balansında olan «VOLKSWAGEN CRAFTER XÜSUSİ.TƏY.TƏYİNATLİ» markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yol hərəkət qaydalarını pozması ilə əlaqədar tərtib olunmuş elektron protokollar barədə məlumatı qəbul edilən gündən 5 gün müddətində həmin nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs barədə rəsmi məlumat verilməsi xahiş olunmuş, əks halda Azərbaycan Respublikası İXM-in 347-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunacağı barədə xəbərdar edilmişdir. Lakin həmin bildirişə poçt xəbərnaməsi əlavə olunsa da, həmin xəbərnaməni imza edən “Səmədli” soyadlı şəxsin şəxsiyyəti tam olaraq müəyyən olunmadığından, hüquqi şəxsə ünvanlanan məktubun qəbul olunması öz təsdiqini tapmamışdır. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Qeyd olunan Məcəllənin 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Həmin Məcəllənin 58.0-ci maddəsinə əsasən bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş qəbzdə inzibati xəta haqqında iş üzrə sənədi göndərən orqanın adı və ünvanı; sənədin verilməli olduğu şəxsin soyadı, adı, atasının adı və ya hüquqi şəxsin adı və yerləşdiyi ünvan; verilən sənədin adı; verilmənin vaxtı (tarix və saat) və yeri; sənədin verilməməsinin səbəbləri (göstərilən ünvanda olmama, səhv ünvan və sair); sənədin verildiyi şəxs; sənədin çatdırılması tapşırılmış şəxsin, yaxud rabitə orqanı nümayəndəsinin imzası göstərilməlidir. Qeyd olunan Məcəllənin 57.3-cü maddəsinə əsasən sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 123.1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. Həmin Məcəllənin 123.3-cü maddəsinə əsasən bu Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi bu Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin, yaxud dövlət qurumunun vəzifəli şəxsinin məsuliyyətə cəlb olunması onu müvafiq məlumatı təqdim etmək vəzifəsindən, fiziki şəxsi isə törətdiyi əmələ görə məsuliyyətdən azad etmir. Göründüyü kimi qanunvericiliyin mənasına görə Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş məsuliyyətin yaranması üçün inzibati xəta törətmiş fiziki şəxs barəsində nəqliyyat vasitəsinin mülkiyyətçisi olan hüquqi şəxsə səlahiyyətli orqan tərəfindən sorğu verilməli, həmin sorğu hüquqi şəxsə təqdim olunmalı (daxil olmalı) və bundan sonra hüquqi şəxs tərəfindən 5 gün müddətində sorğuya cavab verilməlidir. Hazırki iş üzrə Nəsimi Rayon Polis İdarəsinin Dövlət X11 sorğu məktubu Şəxsnə ünvanlandırılsa da, məktubun faktiki olaraq həmin cəmiyyətə göndərilməsini, hüquqi şəxsin ünvanına daxil olmasını və səlahiyyətli nümayəndəsi tərəfindən qəbul olunmasını təsdiq edən mötəbər sənəd əlavə olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Şəxsn istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi məhkəmə araşıdırılması zamanı müəyyən edilməmiş, bu barədə möhtəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxsn istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından və bununla da onun hərəkətlərində inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar