Məhkəmə qərarları › İş №3(006)-102/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-102/2024

22.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-102/2024 22.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Barəsində inzibati xəta haqqında Şəxs MMC-nin iş üzrə icraat aparılan şəxs: nümayəndəsi Kərimov Siracəddin Allahverdi oğlunun iştirakları ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, ev 102A; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EP ******* (00100-03277/23) saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Protokola görə Şəxs MMC Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsini mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 izahatında göstərdi ki, Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixli, **********1816 nömrəli ixrac bəyannaməsi ilə Rusiya Fedrasiyasında fəaliyyət göstərən AO “QRAND-TREYD” şirkətinə göndərilən təzə heyva məhsulu Samur gömrük postundan keçəndən sonra Rusiya Federasiyası tərəfindən həmin məhsulun idxalına qadağa qoyulduğu üçün sərhəd buraxılış məntəqəsindən buraxılmamış və bu səbəbdən mallar geri qaytarılmışdır. Mallar geri qaytarılan zaman gömrük orqanının aidiyyəti məsul əməkdaşları bildirmişlər ki, idxal bəyannaməsi yazılmadığı təqdirdə onlar bu malları geri qəbul edə bilmirlər. Buna görə də onlar məcbur qalıb xx.xx.2023-cü il tarixli, **********4504 nömrəli idxal bəyannaməsini gömrük orqanına təqdim etmiş və bəyannaməsinin 40-cı qrafasında əvvəlki sənədin, yəni ixrac bəyannaməsinin **********1816 nömrəsi qeyd olunmuşdur. Şəxs MMC-nin Rusiya Fedrasiyasında fəaliyyət göstərən AO «QRAND-TREYD» şirkətinə göndərilən mal Rusiya Federasiyasının sərhəd buraxılış məntəqəsindən geri qaytarılan maldır ki, həmin mal ilə bağlı gömrük orqanının tələbi idxal bəyannaməsi yazılmışdır. Qısa idxal bəyannaməsi o halda verilməlidir ki, Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi şəxsi və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin ünvanına gələn mal xarici dövlətin hüquqi və ya fiziki şəxsi tərəfindən göndərilməlidir. Həmin mal Azərbaycan Respublikasının sərhəd buraxılış məntəqəsini keçməmiş qısa idxal bəyannaməsi verilməlidir ki, mal respublikaya daxil olub gömrük ərazisinə gətirildikdən sonra gömrük rəsmiləşdirilməsi həyata keçirilərək qanunda nəzərdə tutulan dövlət rüsumu və digər ödənişlər edilsin. Lakin qaytarılan mallarla bağlı şirkət hər hansı rüsum və ya digər ödənişlər həyata keçirməmişdir. Şirkət inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun protokolu ilə razılaşsa, onda Şirkət sözügedən malı geri qaytarandan sonra idxal olunan mal kimi qanunda nəzərdə tutulan rüsum və ya digər ödənişləri həyata keçirməli idi. Hansı ki, bu nə qanuni, nə də ki, məntiqi baxımdan qəbul oluna bilməz. Qanunvericiliyin tələblərinə əsasən respublika ərazisinə daxil olan, sərhəd buraxılış məntəqələrindən keçirilən malların gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi məqsədilə gömrük orqanına qısa idxal bəyannaməsi təqdim olunmalıdır. Buradan aydın olur ki, barəsində qısa idxal bəyannaməsi təqdim olunmuş idxal olunmuş mal respublika ərazisinə daxil olandan sonra sərbəst dövriyyəyə buraxılması üçün gömrük rəsmiləşdirilməsindən keçməlidir. Daha dəqiq həmin mala görə qanunda nəzərdə tutulan rüsumlar ödənildikdən sonra sərbəst dövriyyəyə buraxılmalıdır. Təhqiqat orqanının qənaətinə görə ixrac olunmuş mal Rusiya Federasiyasının sərhədlərini keçmədən geri qaytarılarkən həmin malla bağlı qısa idxal bəyannaməsi verilməlidirsə, qanunvericiliyin tələblərinə görə sonradan Şirkət həmin mallarla bağlı gömrük rüsumlarını da ödəməlidir. Gömrük orqanına bəllidir ki, qeyd olunan mallar Rusiya Federasiyasına ixrac olunan maldır, oradan idxal olunan mal deyil. Bundan başqa, gömrük orqanı tərəfindən inzibati xəta haqqında protokol barəsində icraat aparılan hüquqi şəxsə məlumat verilmədən, nümayəndənin müvafiq qaydada hüquq və vəzifələri izah edilmədən tərtib edilmişdir. Qeyd olunanları nəzərə alaraq protokolun geri qaytarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş quruma bildiriş göndərilsə də, qurumun nümayəndəsi məhkəmədə iştirak etməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - **********1816 saylı gömrük bəyannaməsinə görə Şəxs MMC tərəfindən Rusiya Federasiyasında fəaliyyət göstərən AO “QRAND-TREYD” şirkətinə xx.xx.2023-cü il tarixli, GT/0000678/23 saylı müqavilə ilə bağlı xx.xx.2023-cü il tarixli, 0024 saylı invoys əsasında xx.xx.2023-cü il tarixdə 29.430,00 manat dəyərində 16.350 kq çəkidə təzə heyva ixrac olunmuşdur; - Rusiya Federasiyasının Federal Baytarlıq və Fitosanitar Nəzarəti Xidmətinin Dağıstan Respublikası üzrə İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Aktda Şəxs MMC tərəfindən AO “QRAND-TREYD” şirkətinə göndərilən təzə heyva məhsulunun idxalına qadağa qoyulmuşdur; - **********4504 saylı gömrük bəyannaməsi və Gömrük Xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə sistemindən əldə olunmuş çıxarışa əsasən Rusiya Federasiyasında fəaliyyət göstərən AO “QRAND-TREYD” şirkəti tərəfindən Şəxs MMC-nin ünvanına göndərilən 29.430,00 manat dəyərində 16.350 kq çəkidə təzə heyva xx.xx.2023cü il tarixdə ölkəyə daxil olmuş, bəyannamənin 40-cı qrafasında **********1816 rəqəmləri qeyd edilmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və təqdim edilmiş materialları nəzərdən keçirib hesab edir ki, barəsində icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatında göstərdiyi hallar və təqdim etdiyi sənədlərə dair inzibati xəta haqqında protokolu tərtib etmiş qurum tərəfindən məhkəməyə göndərilmiş işdə bu məsələyə toxunulub aydınlıq gətirilmədiyindən, bununla da mövcud çatışmamazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün olmadığından protokol ona əlavə edilmiş sənədlərlə birlikdə onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsini və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmaması məsələlərini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109cu maddəsini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EP ******* (00100-03277/23) saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar