Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-1020/2021 15.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Pənahov Babək Əkbər oğlu, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Tikilməkdə olan Obyektlərin Müdiriyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2020-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxılmağa hazırlayarkən M Ü Ə Y Y Ə N E T D İ M: İnzibati xəta haqqında protokola görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Tikilməkdə olan Obyektlərin Müdiriyyəti mülkiyyətində olan “VAZ 2123L” markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobillə inzibati xətanı törətmiş fiziki şəxs barəsində olan sorğuya qanunvericiliklə müəyən edilmiş 5 gün müddətində məlumat verməmişdir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(006)-4027/2020 saylı qərarına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Tikilməkdə olan Obyektlərin Müdiriyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat məbləğində inzibati cərimə edilsə də, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(103)-714/2021 saylı qərarı ilə sözügedən qərar ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraat materialları hərtərəfli, tam və obyektiv araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, təqdim edilmiş inzibati xəta haqqında protokol qanunvericiyilin tələblərinə müvafiq halda tərtib edilmədiyindən və təqdim edilmiş materiallar natamam olduğundan protokol onu tərtib orqana geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında protokola əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Tikilməkdə olan Obyektlərin Müdiriyyəti mülkiyyətində olan “VAZ 2123L” markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx xxxx 2020-ci il tarixdə, saat 15:33-də idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Eyni zamanda protokolda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Tikilməkdə olan Obyektlərin Müdiriyyətinin VÖEN-i qismində ********** seriya göstərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin xx.xx.2016-cı il tarixli, 11/9-45 nömrəli sərəncamından görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Tikilməkdə olan Obyektlərin Müdiriyyətinin balansında olan 2008-ci il buraxılışlı “Chevrolet Niva GLC” markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı minik avtomobili əvəzsiz olaraq Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin Oğuz rayon Məşğulluq Mərkəzinin balansına təhvil verilmişdir. xx.xx.2016-cı il tarixli minik avtomaşının təhvil-təslim aktından görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Tikilməkdə olan Obyektlərin Müdiriyyətinin balansında olan 2008-ci il buraxılışlı “Chevrolet Niva GLC” markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı minik avtomobili saz vəziyyətdə, texniki pasportu ilə birlikdə Oğuz rayon Məşğulluq Mərkəzinin xx.xx.2016-cı il tarixli, 003655 nömrəli vəkalətnaməsi əsasında mərkəzin direktoruna təhvil verilmiş və aktın doğruluğu imzalarla təsdiq edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi saytından vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların verilməsinə dair çıxarışdan görünür ki, ********** nömrəli VÖEN Oğuz rayon Məşğulluq Mərkəzinə aiddir. Göründüyü kimi, “Chevrolet Niva GLC” markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı minik avtomobili xx.xx.2016-cı il tarixli sərəncamla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Tikilməkdə olan Obyektlərin Müdiriyyətinin balansından çıxarılıb nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin Oğuz rayon Məşğulluq Mərkəzinin balansına təhvil verilmiş və aktla rəsmiləşdirilmişdir. Lakin bu minik avtomobilinin sürücüsü barədə məlumatın verilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Tikilməkdə olan Obyektlərin Müdiriyyətindən xahiş olunmuş, qanunla nəzərdə tutulmuş 5 gün ərzində məlumatlar verilmədiyindən sonuncu barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati Xətalar Məcəlləsinin 106.0.3-cü və 106.0.5-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsini və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmaması məsələlərini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı və 109-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Tikilməkdə olan Obyektlərin Müdiriyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2020-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-1020/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-1020/2021
15.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver