Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-1020/2022 30.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4 və 221.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-nin 215.4 və 221.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən tərtib edilmiş protokol Bakı şəhəri Nəsimi rayon məhkəməsinə daxil olmuşdur. Məhkəmə Şəxs barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən daxil olmuş inzibati xəta haqqında materialları araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş aidiyyətı üzrə baxılması üçün Bakı şəhər Yasamal rayon məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə baxıla bilər. Məhkəməyə Şəxs tərəfindən göndərilmiş vəsatətin məzmunundan görünür ki, Şəxs hüquqi ünvanı ünvan 1ı Səhiyyə Nazirliyi tərəfindən tərtib edilmiş protokol və ona əlavə edilmiş sənədlərin aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal rayon məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarırlar. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokolun Nəsimi rayon məhkəməsində baxılması üçün hüquqi əsaslar olmadığından aidiyyəti üzrə baxılması üçün Bakı şəhər Yasamal rayon məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110 və 112.4-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 215.4 və 221.1-ci maddələri ilə toplanmış inzibati xəta haqqında material aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal rayon məhkəməsinə göndərilsin. Hakim Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-1020/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-1020/2022
30.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver