Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1023/2022 12.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Daxili nəzarət şöbəsinin böyük məsləhətçisi X2 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Analitik Ekspertiza X7 şöbəsinin mütəxəssisi X6 tərəfindən tərtib edilmiş 14 mart 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, 14 mart 2022-ci il tarixdə, saat 10:40da hüquqi və fəaliyyət ünvanı Bakı şəhəri, Nəsimi rayonu, B.Səfəroğlu küçəsi 183 olan Şəxs MMC-yə məxsus tibb müəssisəsində aparılan planlı(növbəti) yoxlama zamanı sertifikatsız tibbi fəaliyyət müəyyən edilmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi İ.M.Hacıyev izahatında bildirmişdi ki, 14 mart 2022-ci il tarixdə, saat 10:40-da hüquqi və fəaliyyət ünvanı Bakı şəhəri, Nəsimi rayonu, B.Səfəroğlu küçəsi 183 olan Şəxs MMC-yə məxsus tibb müəssisəsində aparılan planlı(növbəti) yoxlama zamanı həmin tibb müəssisəsində sertifikatsız tibbi fəaliyyət aşkar edilmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən edildiyindən həmin tarixdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Analitik Ekspertiza X7 şöbəsinin mütəxəssisi X6 tərəfindən MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və Azərbaycan Respublikası İXM-nin 18.5 və 114.3-cü maddələrinin tələblərinə əsasən tərtib edilmiş protokol və ona əlavə edilmiş müvafiq material baxılması üçün aidiyyəti üzrə Nəsimi rayon məhkəməsinə göndərilmişdir. İntiqam Hacıyev izahatında protokolu müdafiə etdiyini bildirərək Şəxs MMC-nin barəsində qanuna müvafiq olaraq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında arayışdan görünür ki, Şəxs MMC-nin hüquqi ünvanı ünvan 2lmiş 19 mart 2022-ci il tarixli bildirişdən görünür ki, Şəxs MMC-nin hüquqi ünvanı ünvan 3ın Mərkəzi Bankı tərəfindən inzibati xəta haqqında icraata başlanılacağı barədə məlumat göndərilmişdir. İş materiallarına əlavə edilmiş 31 mart 2022-ci il tarixli bildirişdən görünür ki, Şəxs MMC-nin hüquqi ünvanı ünvan 4ərəfindən inzibati xəta haqqında işə məhkəmədə baxılmasının vaxtı və yeri barədə məlumat göndərilmişdir (04 aprel 2022-ci il tarixli reyestrin 14 sıra nömrəsi ilə). Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 14 mart 2022-ci il tarixli, 112 saylı özəl tibb müəssisəsinin planlı (növbəti) yoxlama aktından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, B.Səfəroğlu küçəsi 183 ünvanında yerləşən Şəxs MMC tibb müəssisəsi yaşayış binasının 1-3-cü və zirzəmi mərtəbəsində təşkil olunmuşdur. Zirzəmi və 1-ci mərtəbədə təşkil olunmuş poliklinik hissədəki bəzi tibbi təyinatlı müayinə və prosedur otaqları təbii işıqlandırma, təbii havalandırma, analifilaktik şok əleyhinə və ilk tibbi yardım dolabları ilə təmin edilməmiş, bəzi otaqların sahələri normativ tələblərə cavab vermir, bakterisid lampalar ilə qismən təmin olunmuşdur. Labaratoriya sahəsi, qanalma otağından təcrid olunmamış, sahəsi normativ tələblərə cavab vermir, analitik sahədə havanın zərərsizləşdirilməsi təmin edilməmişdir. Labaratoriyadakı soyuducu tibbi təyinatlı deyildir. Zirzəmidə yerləşən arxiv otağı təxərrüfat anbarı və emalatxana ilə bir sahədə təşkil olunmuşdur. Ambulator hissədəki həkim ginekoloq kabinetinin sayı (13) ilə baxış otaqlarının sayı (2) uyğun deyildir.Bəzi həkim kabinetlərində iki-üç həkimin fəaliyyəti nəzərdə tutulmuşdur. Tibb müəssisəsində quraşdırılmış su-istilik sisteminin sahələri qızdırılması üçün nəzərdə tutulmuş hissəsi işləmədiyindən əlverişli mikroiqlim şəraiti təmin olunmur. Müəssisəsinin fəaliyyəti üçün lisenziyaya əlavədə göstərilmiş bəzi işlər (immunogenetik, dietoloji, qastroenteroloji, renmatoloji, allerqoloji, nevropataloji, dermatoloji, kosmetoloji, fizioterapevtik, stamotoloji) üçün müvafiq şərait yaradılmadığından hazırda fəaliyyət göstərmir. Ambulator hissədə pediatrik və neonatoloji müayinə otaqları digər müayinə otaqlarından təcrid olunmamışdır (keçidli sahədə yerləşdirilmişdir). Tibb müəssisəsində yalnız bir xəstəxana lifti fəaliyyət göstərir, sərnişin lifti nəzərdə tutulmamışdır. Xəstələrin stasionara qəbulu ayrıca qəbul şöbəsi olmadığından ambulator hissəsədən keçid otağı vasitəsilə xəstəxana liftinə təcrid olunmamış girişlə həyata keçirilir. Stasionarın ambulator hissədən olan pilləkəndakı qapı girişi tam məhdudlaşdırılmamışdır. İkinci və üçüncü mərtəbədə təşkil olunmuş stasionar şöbələrdə 7 (yeddi) əməliyyat zalı iki əməliyyat blokunda təşkil olunmuşdur. 4 əməliyyat zalı ikinci mərtəbədə, 3 əməliyyat zalı üçüncü mərtəbədə təşkil olunmuşdur. Müəssisədə intensiv terapiya və reanimasiya şöbəsi ayrıca olaraq təşkil olunmamış, əvəzində bir ayıltma otağı nəzərdə tutulmuşdur. Hər iki əməliyyat bloku və ümumi müəssisə üçün mərkəzi sterilizasiya şöbəsikinci mərtəbədəki əməliyyat blokunda təşkil olunmuşdur. Hər iki şöbədəki tibbi bacısı postlarında təqdim olunmuş xəstəlik tarixləri və tyinat vərəqələri tam doldurulmayıb, kliniki diaqnozlar XBT üzrə qeydiyyatı aparılmır. Doğum şöbəsi ayrıca olaraq təşkil olunmamış, digər cərrahi xəstəliklərin müalicəsi üçün şöbənin daxilində bi doğuşönü palata və doğum zalı ilə təşkil olunmuşdur. Yeni doğulmuşların intensiv terapiya və reanimasiya şöbəsində xəstəlik tarixlərindəki gündəlik qeydlər aparılmır. Tibbi avadanlıqların saxlanılması üçün ayrıca otaq, həmçinin küverlərin təmizləmə sahəsi ayrıca olaraq təşkil olunmamışdır. Hər iki şöbədə palataların və şöbələrin dezinfeksiya qrafiki yoxdur. Cərrahi müdaxilənin qeydiyyatı jurnalında qeydlər aparılmır. Doğuş və ginekoloji əməliyyatları eyni əməliyyat zallarında həyata keçirildi. Stasionar şöbədən digər tibbi qeydiyyat sənədləri düzgün tərtib olunmamış və qeydiyyatı tam aparılmır. Hər iki şöbədə manipulyasiya və prosedur otaqları təşkil olunmamış, bəzi palatalar tibbi işıq və havalandırma ilə təmin olunmamış, narkotik tərkibli və psioxtrop dərman vasitələrinin qeydiyyatı və şöbələrarası dövriyyə sənədləri tələblərə uyğun aparılmır. Narkotik tərkibli dərman vasitələrinin saxlanılması otağında siqnalizasiya sistemi işləmir, otaqdan seyflər divara bərkidilməyib. Xəstələrin müxtəlif mərtəbələrdəki əməliyyat bloklarında və müxtəlif mərtəbələrdəki palatalarında yerləşdirildiyindən əks epidemik qaydalara riayət olunmur. Müəssisədə ambulator və stasionar tibb xidmətinin təşkili üçün tibbi qeydiyyat sənədlərinin təşkili və aparılması qismən təmin olunmuşdur. Stasionar şöbələrdə tibb bacısı növbətçi həkim, təmiz ağların ayrıca saxlanılması otağı, cihaz və avadanlıqların yerləşdirildiyi otaq əməliyyat önü otaqda anesterioloji xidmət üçün sahə, sanitariya keçidi (heyətin xüsusi və iş paltarı üçün qarderob, duş və sanitar qovşaq) təşkil olunmamışdır. Bəzi tibb işçilərinin (əmək müqavilələri üzrə həkim mama-ginekoloq X10, X1, X3 və həkim ümumi-cərrah X4) sertifikasiya şəhadətnaməsindən keçmədən praktiki tibbi fəaliyyəti aşkarlanmışdır. Beləliklə, iş materialları məhkəmə iclasında araşdırılarkən müəyyən edilmişdir ki, 14 mart 2022-ci il tarixdə, saat 10:40-da hüquqi və fəaliyyət ünvanı Bakı şəhəri, Nəsimi rayonu, B.Səfəroğlu küçəsi 183 olan Şəxs MMC-yə məxsus tibb müəssisəsində aparılan planlı(növbəti) yoxlama zamanı sertifikatsız tibbi fəaliyyət müəyyən edilmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 215.4-cü maddəsinə əsasən, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə - vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 215.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 6.000 (altı min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-1023/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1023/2022
12.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver