Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1024/2022 13.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 iştirakı ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nizami rayonu, Keşlə ŞTQ, Nizami Abdullayev küçəsi, ev 47, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4, 221.1 və 452.3-cü maddələri üzrə tərtib olunmuş 15.03.2022ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: ünvan 2 ünvanda yerləşən Şəxs MMC-yə məxsus aptekdə dövlət qeydiyyatı, sertifikatı olmayan dərman vasitələri, əczaçılıq ixtisasına malik işçinin sertifikasiyadan keçməməsi, eləcə də 14.03.2022-ci il tarixdə əczaçılıq ixtisasına malik işçinin olmadığı aşkar edilmişdir. Təxirə salınmış məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsinə baxmayaraq, barəsində icraata aparılan hüquqi şəxsin və protokolu tərtib etmiş qurumun nümayəndələri məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - 05.03.2022-ci il tarixli, KY221716144 saylı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış”a əsasən ünvan 2 ünvanda yerləşən Şəxs MMC-yə məxsus aptekdə plan üzrə (növbəti) yoxlamanın aparılmasına icazə verilir, yoxlamanın müddəti – 14.03.2022-ci il; - 14.03.2022-ci il tarixli, 110 saylı “Əczaçılıq müəssisələrinin plan üzrə (növbəti) yoxlama Aktı”nda aparılmış qeydələrə görə ünvan 2 ünvanda yerləşən Şəxs MMC-yə məxsus aptekdə 2 dərman vasitəsinin - Levosin 40 mg və Prednizolon 5 mg/q 10 mg sertifikatı, 1 dərman vasitəsinin – Zaditen 1 mg N30 isə qeydiyyatı yox, əczaşılar sertifikasiyadan keçməyib, qanunvericiliklə idxalı, tibbdə istifadəsi, saxlanması və satışı qadağan edilmiş dərman vasitələrinin satışı aparılır, avadanlıq və cihazların parametrlərinin qeydiyyatı jurnalı yoxdur, düzgün yazılmayan reseptlərin qeydiyyatı aparılmır. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs MMC-nin əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4, 221.1 və 452.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalarnın tərkibi vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına, 221.1-ci maddəsi bilə-bilə keyfiyyətsiz, normativtexniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, bu əməllərin az miqdarda törədilməsinə və 452.3-cü maddəsi isə aptek təşkilatlarına dair tələblərin pozulmasına görə məsuliyyət müəyyən edir. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsinə görə Azərbaycan Respublikasında əczaçılıq fəaliyyəti ilə əczaçılıq ixtisası üzrə ali və ya orta ixtisas təhsili almış fiziki şəxslər və mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslər məşğul ola bilərlər. Əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslər (işçilər) “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədrisə və sertifikasiyaya cəlb edilirlər. Sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, dərman vasitələrinin Azərbaycan Respublikasına idxalına, Azərbaycan Respublikası ərazisində istehsalına, satışına və istifadəsinə yalnız müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alındıqdan sonra yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli, 108 nömrəli Qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nın 1.2-ci bəndinə görə Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş tibb mütəxəssislərinin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq onlar beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 11.01.2018-ci il tarixli, 01 nömrəli qərarı ilə təsdiq edilmiş “Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması Qaydaları”nın (Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində 22.01.2018-ci il tarixdə **********1001 nömrə ilə qeydiyyata alınmışdır) 5.1 və 5.2-ci bəndlərinə əsasən aptekin rəhbəri tərəfindən əmrlə təyin olunan maddi-məsul şəxs ali və orta əczaçılıq təhsili olan mütəxəssislər olmalı, aptekdə işləyən əczaçılar “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikasiyadan keçməli və ixtisasartırma və kadrların hazırlığı müəssisələrində müəyyən proqram üzrə təhsil almalıdırlar; 7.14-cü bəndinə görə aşağıda qeyd olunan işlər üçün SƏP hazırlanmalıdır: aptek müəssisəsində dərman vasitələrinin qəbulu və qəbul zamanı nəzarət barədə; avadanlıqlara nəzarət barədə; aptekdə çalışanların şəxsi və əmək gigiyenasına nəzarət barədə; temperatur, rütubət və havalandırma parametrlərinin ölçülməsi və qeydiyyatı barədə; dərman vasitələrinin həkim resepti əsasında və reseptsiz buraxılması barədə; daxili nəzarətin aparılması barədə; dərman vasitələrinin keyfiyyəti barədə əhalidən daxil olan şikayətlər, əhaliyə xidmət zamanı yaranan konflikt situasiyalar barədə. Məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, 14.03.2022-ci il tarixdə ünvan 2 ünvanda yerləşən Şəxs MMC-yə məxsus aptekdə dövlət qeydiyyatı, sertifikatı olmayan dərman vasitələri satılır, eləcə də əczaçılıq ixtisasına malik işçi sertifikasiyadan keçməyib və əczaçılıq ixtisasına malik olmayan işçi fəaliyyətə cəlb olunub. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bununla bağlı qeyd olunmalıdır ki, İnzibati Xətalar Məcəlləsinin 215.4, 221.1 və 452.3-cü maddələrində hüquqi şəxs üçün nəzərdə tutulmuş cərimənin ən yüksək məbləği 215.4-cü maddədə (altı min manatdan səkkiz min manatadək) müəyyən olunmuşdur. Beləliklə, məhkəmə “DoktaMMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, qurum İnzibati Xətalar Məcəlləsinin 215.4, 221.1 və 452.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli və həmin Məcəllənin 34.3-cü maddəsinin tələblərinə müvafiq olaraq 215.4-cü maddədə nəzərdə tutulmuş sanksiya çərçivəsində cərimə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4, 221.1 və 452.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 34.3-cü maddəsinə müvafiq olaraq 215.4-cü maddə üzrə 6.000 (altı min) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-1024/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1024/2022
13.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver