Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1027/2025 11.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X1 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi – X4 iştirakları ilə, Şəxs MMC-nin (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-in) 275.2-ci maddəsi ilə tərtib olunan “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar üzrə işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X1 və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 275.2ci maddəsi ilə 14 fevral 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və aidiyyəti üzrə baxılaraq hüquqi şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. 14 fevral 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 18 ünvanında 08 yanvar 2025-ci il tarixdə Şəxs MMC-nin havalandirma sisteminin fəaliyyəti zamanı “Ətraf mühitə” yayılan səs-küy səviyyəsinin yol verilə bilən hədd normasından (70-72dB) çox olması əsası ilə tərtib edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-1027/2025 saylı, 14 mart 2025-ci il tarixli qərarına əsasən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə tərtib edilmiş 14 fevral 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə icraata əməldə inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1356/2025 saylı, 29 may 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X1 və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(006)-1027/2025 nömrəli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X1 və Təbii Sərvətlər İdarəsinin nümayəndələri X3 izahatında göstərmişdir ki, vətəndaşların şikayəti əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X1 və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən aparılmış yoxlama nəticəsində monitorinq aktı tərtib edilmiş, həmin aktda Şəxs MMC-nin havalandirma sisteminin fəaliyyəti zamanı “Ətraf mühitə” yayılan səs-küy səviyyəsinin yol verilə bilən hədd normasından (70-72dB) çox olması müəyyən edilmiş, materiallar aidiyyəti üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərilmişdir. Bundan sonra, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək, aidiyyəti üzrə göndərilmişdir. Sonradan tərtib edilmiş aktda Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X1 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi iştirak etmədiyindən hüquqi əhəmiyyətli olması şübhə yaradır. Bununla da, MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. Qeyd edilənlərə əsasən hüquqi şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X5 izahatında göstərmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsində ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Daxil olmuş müraciətlər əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X1 və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən aparılmış yoxlama nəticəsində tərtib edilmiş monitorinq aktında və məktubundan görünür ki, protokol qərəzli şəkildə tərtib edilmiş, belə ki, adi sözlərdə belə 75 desibel və yuxarı səslərin gəlməsi mümkün olduğundan inzibati xəta hadisəsinin baş verməsi istisna olunur. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 08 iyul tarixli, 796 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səsküy çirklənmələri Normalarına əsasən, gündüz vaxtı yol verilən norma 70 dBA olmuş, sonradan tərtib edilmiş aktda məhz yol verilən normanın 70 dBA ölçüsündən aşağı olması müşahidə edilmişdir. Nəsimi Rayon Məhkəməsinin əvvəlki qərarında protokol üzrə icraata düzgün olaraq xitam verilsə də, sonradan apellyasiya məhkəməsində iştirak edə bilmədiyindən protokola yenidən baxılması üçün məhkəməyə qaytarılması barədə qərar qəbul edilmişdir. Hesab edir ki, yolverilən normaların həddini aşmadığından, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 275.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur. Bu əsasla iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə, iş üzrə tərəflərin izahatlarını dinləyib, “inzibati xəta haqqında” protokol və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 275.2-ci maddəsi ilə qəbul edilmiş “inzibati xəta haqqında” protokol üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclası zamanı tədqiq edilmiş: 14 fevral 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 18 ünvanında 08 yanvar 2025-ci il tarixdə Şəxs MMC-nin havalandirma sisteminin fəaliyyəti zamanı “Ətraf mühitə” yayılan səs-küy səviyyəsinin yol verilə bilən hədd normasından (70-72dB) çox olması qeyd edilmişdir. 08 yanvar 2025-ci il tarixli 002794 saylı aktdan görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 X2 Sədrəddin tərəfindən ünvanlanmış müraciətdə Bakı şəhəri Nəsimi rayonu, Azadlıq prospekti 18 ünvanında fəaliyyət gösətrən Şəxs MMC-yə məxsus quru təmizləmə obyektinin avadanlıqlarından gələn səsin sakinləri narahat etməsi qeyd edilmiş, bu səbəbdən obyektdə monitorinq keçirilmiş, camaşırxananın yaşayış binasının keçid hissəsindən çölə çıxan borularından çıxan səsküy səviyyəsi səyyar cihaz PCE-322A vasitəsilə yoxlanılmış, səs küy səviyyəsinin normadan artıq yəni 70-72 dBa olması qeyd edilmişdir. 14 fevral 2025-ci il tarixli 89116 saylı aktdan görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 X2 Sədrəddin tərəfindən ünvanlanmış müraciətdə Bakı şəhəri Nəsimi rayonu, Azadlıq prospekti 18 ünvanında fəaliyyət gösətrən Şəxs MMC-yə məxsus quru təmizləmə obyektinin avadanlıqlarından gələn səsin sakinləri narahat etməsi qeyd edilmiş, bu səbəbdən obyektdə monitorinq keçirilmiş, camaşırxananın yaşayış binasının keçid hissəsindən çölə çıxan borularından çıxan səsküy səviyyəsi səyyar cihaz PCE-322A vasitəsilə yoxlanılmış, səs küy səviyyəsinin normadan artıq yəni 70-72 dBa olması qeyd edilmişdir. Azərbaycan Respublikası İXM-in 275.2-ci maddəsinə əsasən ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2008-ci il tarixli 796 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələrii normaları”nın “nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normaları adlı “Cədvəl 1”- in 10-cu sətrində “Kafe, restoran, yeməkxanaların zalları” üzrə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yol verilən normaları müəyyən edilmişdir. Hazırki inzibati xəta ilə bağlı toplanmış materiallardan görünür ki, inzibati xəta haqqında protokol İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X1 və Təbii Sərvətlər idarəsi tərəfindən Şəxs MMC-nin İXM-nin 275.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən müəyyən edilmişdir ki, protokolda inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli göstərilsə də həmin xüsusi texniki vasitənin yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilməmişdir. Odur ki, məhkəmə təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsinə dair protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən kifayət qədər sübut toplanılmamışdır. Bununla da barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Hətta təqsir sübut edilsə belə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun qaydada yoxlama həyata keçirilmədiyindən hüquqi şəxs inzibati xəta üzrə məsuliyyətə cəlb edilə bilməz. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamış ziddiyyətli, şübhəli məqamlar mövcuddur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X1 və Təbii Sərvətlər İdarəsi tərəfindən monitorinq aparılarkən “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 8 İyul 2008-ci il tarixli, 796 saylı Fərmanında göstərilən qaydalar pozulmuş və ölçmə prosesi düzgün aparılmamışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X1 və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında 14 fevral 2025-ci il tarixdə tərtib olunmuş MN ******* nömrəli protokol “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 8 İyul 2008-ci il tarixli, 796 saylı Fərmanında göstərilən nomaların 1-ci cədvəlinin 13-cü qrafasının tələblərinə zidd tərtib olunmuşdur. Azərbaycan Respublikası İXM-in: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 8 İyul 2008-ci il tarixli, 796 saylı Fərmanında göstərilən nomaların 1-ci cədvəlinin 13-cü qrafasının tələblərinə nəzərə alınmaqla Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-in 275.2-ci maddəsinin tərkibi yoxdur və bu səbəbdən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114-117, 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə tərtib edilmiş 14 fevral 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə icraata əməldə inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-1027/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1027/2025
11.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver