Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1029/2023 28.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Barəsində inzibati xəta haqqında “Beynəlxalq LizinqQSC-nin nümayəndəsi iş üzrə icraat aparılan şəxs: Nümayəndə iştirakları ilə Şəxs QSC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, ev 65, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında protokola görə Şəxs QSC mülkiyyətində olan “HOWO ZZ3257N3847A YÜK” markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2022-ci il tarixdə, saat 10:44-də inzibati xətanı törətmiş fiziki şəxs barəsində olan sorğuya qanunvericiliklə müəyən edilmiş 5 gün müddətində məlumat verməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, şirkət mülkiyyətində olmuş “HOWO ZZ3257N3847A YÜK” markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs barədə məlumatın verilməsinə dair Nəsimi Rayon Dövlət X3 sorğusu xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Bununla bağlı şöbəyə 09.1.2023-cü il tarixli, 324 saylı məktubla verilmiş cavabda bildirilmişdir ki, bu avtomobil "xxxx" MMC-nin sahibliyi və istifadəsindədir və ona dair bütün mülkiyyət sənədlərini şirkət xx.xx.2016-cı il tarixdən həmin müəssisəyə vermişdir. Həmin məktub Nəsimi Rayon Dövlət X4 xx.xx.2023-cü il tarixdə çatdırılmışdır. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: • Bakı şəhər Nəsimi Rayon Dövlət X3 məktubu və müvafiq poçt qəbzinə əsasən Şəxs QSC-dən şirkətə məxsus “HOWO ZZ3257N3847A YÜK” markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2022-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 339.1- 1-ci maddəsində nəzərdə tutulmuş xətanı törədən şəxs barəsində şöbəyə 5 gün ərzində məlumat verilməsi xahiş olunmuş və bu sorğu xx.xx.2023-cü il tarixdə həmin şirkətə çatdırılmışdır; • Şəxs QSC tərəfindən Nəsimi Rayon Dövlət X4 ünvanlanmış xx.xx.2023-cü il tarixli, 324 saylı məktubda göstərilir ki, “HOWO ZZ3257N3847A YÜK” markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-nin sahibliyi və istifadəsindədir, ona dair bütün mülkiyyət sənədlərini şirkət xx.xx.2016-cı il tarixdən həmin müəssisəyə vermişdir. • “Courier Service” poçt xidmətinin 742868 saylı qəbzinə əsasən bu məktub xx.xx.2023-cü il tarixdə Nəsimi Rayon Dövlət X4 çatdırılıb. Beləliklə aydın olur ki, Şəxs QSC-nin mülkiyyətində olan “HOWO ZZ3257N3847A YÜK” markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü barədə məlumat sorğu göndərildiyi gündən 2 gün sonra Bakı şəhəri Nəsimi Rayon Dövlət X4 təqdim edilmişdir. Belə olan halda isə iş üzrə inzibati xəta hadisəsi mövcud deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə məsuliyyət müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Bu Məcəllənin 53.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 367-ci, 425-ci və 430-432-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs QSC barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-1029/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1029/2023
28.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver