Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1036/2021 07.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 X1 Bakı Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş 05.03.2021-ci il tarixli, 00100/0395 saylı inzibati tənbeh vermək haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X4 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, 2010-cu ildən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” ticarət mərkəzində icarə əsasında mağaza işlətmiş, vergi ödəyicisi kimi ********** saylı nömrə ilə qeydiyyata durmuşdur. Lakin 2016-cı ildən vergi ödəyicisi kimi sahibkarlıq fəaliyyətini dayandırmışdır. 2021-ci ilin yanvar ayında Türkiyə Respublikasından öz evinə şəxsi istifadə üçün mebel dəsti almışdır. Malları Azərbaycana gətirdikdən sonra **********6519 nömrəli bəyannamə ilə bəyan etməklə zəruri ödənişləri etmişdir. Bəyannamənin 37-ci qrafasındakı “40 00 28” əməliyyat qeydi də malların şəxsi istifadə məqsədli olmasını təsdiq edir. Buna baxmayaraq gömrük orqanı tərəfindən barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə onun əsasında qəbul edilmiş 05.03.2021-ci il tarixli, 00100/0395 saylı qərarla o, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi üzrə 1.000 manat məbləğində cərimə edilmişdir. Göstərilənləri nəzərə alaraq inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş olunur. Məhkəmə iclaslarının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq şikayət vermiş şəxs və qərarından şikayət verilən qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, X4 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan: - **********6519 saylı gömrük bəyannəməsinə əsasən Türkiyədə fəaliyyət göstərən «M.G.B. Line Dış Ticaret A.Ş.» şirkəti tərəfindən X2 göndərilən 28.500,00 ABŞ dolları dəyərində mallar 29.01.2021-ci il tarixdə ölkəyə daxil olmuş, bəyannamənin 40-cı qrafasında (Əvvəlki bəyannamə və sənədin xülasəsi) məlumat qeyd olunmamışdır. - Bakı Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş 05.03.2021-ci il tarixli, 00100/0395 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X4 26.01.2021ci il tarixdə, saat 15:59-da Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, 29.01.2021-ci il tarixli, **********6519 sorğu nömrəli bəyannamə ilə bəyan edilmiş mallara dair gömrük ərazisinə gətirilmədən əvvəl elektron formada qısa idxal bəyannaməsini verməmiş və buna görə o, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinərək 1.000 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə məsuliyyət nəzərdə tutur. Beləliklə müəyyən edilir ki, fərdi sahibkar X4 (VÖEN: **********) onun ünvanına Türkiyə Respublikasından 26.01.2021-ci il tarixdə 99OT576/99HZ576 nömrəli nəqliyyat vasitəsilə daxil olan, Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, 29.01.2021-ci il tarixli, **********6519 sorğu nömrəli bəyannamə ilə bəyan edilmiş mallara dair gömrük ərazisinə gətirilmədən əvvəl elektron formada qısa idxal bəyannaməsinin verilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi üzrə 1.000 manat məbləğində cərimə edilmişdir. B.Məmmədov şikayətində Türkiyədən idxal etdiyi malları kommersiya məqsədi olmadan şəxsi istifadə üçün idxal etdiyini, bu səbəbdən həmin mallara dair qısa idxal bəyannaməsinin tələb olunmadığını qeyd etmişdir. X6 (VÖEN: **********) haqlı mövqeyini bu cür əsaslandırsa da, o, fərdi sahibkar olaraq vegi ödəyicisi kimi vergi uçotuna alınmış, şikayətindən də aydın olduğu kimi “Sədərək” ticarət mərəkəzində mağaza işlətmişdir. Onun artıq sahibkar kimi fəaliyyətini dayandırdığını qeyd etməsinə baxmayaraq, məhkəməyə bunu təsdiq edə biləcək təkzibedilməz sübutlar təqdim edilməmişdir. Bununla da fərdi sahibkar olan B.Məmmədovun idxal etdiyi malların kommersiya məqsədli olmadığı şübhə doğurur. Beləliklə görünür ki, X4 düzgün olaraq İnzibati Xətalar Məcəlləsinin 485.2ci maddəsi üzrə məsuliyyətə cəlb edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarırda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Bakı Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş 05.03.2021-ci il tarixli, 00100/0395 saylı inzibati tənbeh vermək haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-1036/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1036/2021
07.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver