Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1040/2021 17.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X5 İnzibati xəta haqqında protokolu Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərtib etmiş qurum: X2X8 nümayəndəsi X1 Barəsində icraat aparılan şəxs: Şəxs MMC-in qanuni təmsilçisi Nümayəndə və vəkili X3 iştirakları ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, ev 34, mənzil 46, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi üzrə tərtib olunmuş 13.04.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, ev 34, 46 saylı mənzildə yerləşən Şəxs MMC-yə məxsus stomatoloji obyektdə 13.04.2021-ci il tarixdə, saat 11:10da planlı yoxlama keçirilən zaman lisenziyada nəzərdə tutulmayan diş texniki işi aparılmışdır. Məhkəmə iclasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X2” X8 nümayəndəsi X4 izahatında bildirdi ki, Mərkəzin əməkdaşları tərəfindən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən olan çıxarışa və qurumun 02.04.2021-ci il tarixli, 130 saylı qərarına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, ev 34, 46 saylı mənzildə fəaliyyət göstərən Şəxs MMC-yə məxsus stomatoloji kabinetdə 13.04.2021ci il tarixdə planlı (növbəti) yoxlama aparılmışdır. Yoxlama zamanı bilavasitə stomatoloji kabinetdə pasiyentlərin qəbulunu müəyyən edilmiş qaydalara uyğun aparılmadığı, sterilizasiya otağında bakderisid lampasının olmadığı, qurğuların fiziki cəhətdən köhnə olduğu, şok əleyhinə preparatların olmadığı və s. nöqsanlar aşkarlanmışdır. Yoxlayıcılar stomatoloji kabineti tərk etmək istəyərkən onun altında olan yarımzirzəmi kimi yer onların diqqətini cəlb etmiş, oranın nə olduğunu soruşanda Şəxs MMC-nin direktoru Nümayəndə bildirmişdir ki, aşağıda yalnız kənar əşyalar yığılıb, oradan da ancaq xadimə istifadə edir. Lakin orada başqa şəxslərin olduğunu görüb yoxlayıcılar aşağı düşmüş və bu zaman orada “diş texniki” fəaliyyətinin təşkil edildiyi müəyyən olunmuşdur. Bu fakt aşkarlandıqdan sonra isə Şəxs MMC-nin direktoru Nümayəndə həmin yerin ona aid olmadığını, onun icarədarının başqa şəxs olduğunu söyləsə də, bu faktı təsdiq edə biləcək hər hansı dəlil təqdim etməmiş, eyni zamanda həmin obyektin işlətdiyini iddia edən hər hansı başqa şəxs də özünü bildirməmişdir. Məhkəmə iclasında barəsində icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi Nümayəndə izahatında göstərdi ki, xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, ev 34, 46 saylı mənzildə onun rəhbərlik etdiyi Şəxs MMC-yə məxsus stomatolji kabinet fəaliyyət göstərir. MMC-yə verilmiş lisenziyaya görə həmin kabinetdə terapevtik və ortopedik stomatoloji xidmət göstərilir. Şirkət barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi üzrə tərtib olunmuş 13.04.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol ilə razı deyil. Çünki, həmin obyektdə 13 aprel 2021-ci il tarixdə Səhiyyə Nazirliyi tərəfindən keçiriləcək yoxlama barəsində o, əvvəlcədən məlumatlandırılmamış, eyni zamanda obyektin aşağısında, yarımzirzəmi tipli yerdə yerləşən sahənin həm ona, həm də MMC-yə heç bir aidiyyəti yoxdur. Sadəcə olaraq orada olan bir otaqdan xadimə istifadə etməklə yuyucu-təmizləyici vasitələri saxlayır. Bu barədə o, yoxlayıcılara da məlumat vermişdir. Həmin yeri Şahid icarə əsasında işlədir və bu şəxsin də nə şirkətlə, nə də onunla heç bir əlaqəsi yoxdur. Məhkəmə iclasında barəsində icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin vəkili X6 izahatında göstərdi ki, inzibati xəta haqqında protokolda göstərilənlərin şirkətə heç bir aiddiyəti yoxdur, bununla bağlı məhkəməyə mötəbər sübutlar da təqdim olunmayıb. İş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Şəxs MMC tərəfindən şahid qismində dəvət edilmiş Şahid izahatında göstərdi ki, o, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 34 saylı binanın yarımzirzəmisində yerləşən sahəni aidiyyəti təşkilatlardan razılıq alaraq işlədir, lakin bununla bağlı hər-hansı rəsmiləşdirmə aparılmayıb. Bu yerdə o, diş texniki kimi bir ilə yaxın fəaliyyət göstərmişdir. Göstərdiyi fəaliyyətlə əlaqədar lisenziya almamış, vergi ödəyicisi də deyil. Şəxs MMC-nin direktoru Nümayəndə tanımır, onunla heç bir əlaqəsi yoxdur. İş materiallarında olan: - 02.04.2021-ci il tarixli, KY211569911 saylı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış”a əsasən Şəxs MMC-də plan üzrə (növbəti) yoxlamanın aparılmasına icazə verilir, yoxlama müddəti 12-13 aprel 2021-ci il; - 13.04.2021-ci il tarixli, 123 saylı “Planlı yoxlama Aktı”nda aparılmış qeydə görə Nümayəndə öncədən xəbərdarlıq edilmədən yoxlama olduğunu bildirir; - Şəxs MMC-yə ünvanlanmış 06.04.2021-ci il tarixli, 08/5087 saylı bildirişə əsasən şirkətin fəaliyyət ünvanı olan ünvan 2yektdə 12-13 aprel 2021-ci il tarixlərdə plan üzrə (növbəti) yoxlamanın keçiriləcəyi bildirilərək bununla bağlı zəruri şəraitin yaradılması xahiş olunmuş, eyni zamanda sənədə yoxlamanın aparılması haqqında qərarın surəti və hüquq, vəzifələr barədə qanunvericilikdən çıxarışın əlavə olunduğu qeyd olunmuşdur; - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Şəxs MMC-yə verilmiş 04.03.2016-cı il tarixli, İSN/L-593/2016 saylı lisenziyanın əlavəsinə əsasən şirkətin Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, ev 34, mənzil 46-da özəl tibb fəaliyyətinin ambulator tibb xidməti üzrə görülməsinə icazə verilən işlərin siyahısına stomatologiya (terapevtik və ortopedik) fəaliyyəti daxildir; - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, ev 34, mənzil 46-nın mülkiyyətçisi Nümayəndədur; - Təqdim olunmuş diskdəki olan foto və video görüntülərə əsasən yarımzirzəmi kimi yerdə “diş texniki” fəaliyyəti üzrə sahə aşkar edilir, orada bir çox şəxslər var, bir nəfər şəxs (Nümayəndə) bu yerin onlara aiddiyyətinin olmadığını bildirir, bu obyektdə rəhbər şəxsin olduğu soruşulur, lakin kimsə buna cavab vermir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görəməsuliyyət müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 15 may tarixli 206 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”na əsasən stomatologiya üzrə göstərilən xidmətlərə uyğun görülən işlərə terapevtik, cərrahi, ortopedik və ortodontik stomatoloji, habelə diş texniki daxildir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, 13.04.2021-ci il tarixdə Şəxs MMC tərəfindən ünvan 3 ünvanda lisenziyada nəzərdə tutulmayan diş texniki fəaliyyəti ilə məşğul olunub. MMC-nin direktoru Nümayəndə bu yerin onun rəhbərlik etdiyi şirkətə və ona aid olmadığını bildirib guya oranı işlədən şəxsi - Şahid qismində təqdim etsə də, məhkəmə bunu ciddi dəlil kimi qəbul etmir və hüquqi şəxsin məsuliyyətdən yayınmaq cəhdi kimi qiymətləndirir. Çünki, şahidin orada hansı əsaslarla fəaliyyət göstərməsi, qeyd olunan sahəni kimdən icarəyə götürüb işlətməsinə dair sübutlar təqdim olunmayıb və bu şəxsin kimliyi barədə də ilk gündən yoxlayıcı quruma məlumat verilməyib. Şahid məhkəmədə ona verilmiş sualları da tutarlı cavablandıra bilməyib. Eyni zamanda həm iş materiallarından, həm də məhkəmədə verilmiş izahatlardan aydın olur ki, Şəxs” MMC-nin direktoru Nümayəndə yoxlama aparılan zaman yarımzirzəmidə yalnız kənar əşyaların yığıldığını və oradan da ancaq xadimənin istifadə etdiyini söyləyir, lakin fakt aşkar olunduqdan sonra həmin yerin ona ümumiyyətlə aid olmadığını bildirməyə başlayır. Halbuki, həmin yerin yuxarısında yerləşən mənzilin mülkiyyətçisi məhz onun özüdür və belə olan halda eyni tərəfə çıxışı olan, xüsusi fərqləndirilmiş bu sahənin başqa şəxs tərəfindən istifadə olunması da ağlabatan görünmür. Həmçinin, həm stomatoloji kabinetin, həm də yarımzirzəmi kimi sahənin fasadının fotoşəkillərə əsasən onların hər ikisinin pəncərələri, daş örtüyü və s. eynidir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə “Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulmuş cərimə növündə tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 6.000 (altı min) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-1040/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1040/2021
17.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver