Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1041/2021 26.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X11 Qərarı qəbul etmiş qurum: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndələri Nümayəndə X9 Şikayət vermiş şəxsin vəkili: Fərdi qaydada fəaliyyət göstərən vəkil X4 iştirakları ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 01.03.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: “xxxx” MMC-nin direktoru X5 tərəfindən qeyd olunan qərardan verilmiş şikayətdə göstərilmişdir ki, cəmiyyətin keçmiş əməkdaşı X10 ilə əmək müqaviləsinə 08 yanvar 2021ci il tarixli, 02/21 saylı əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Bu halla bağlı Z.Hüseynov inzibati orqana şikayətlə müraciət etmişdir. O, öz şikayətində şirkətin maliyyə vəziyyəti ilə bağlı rəhbərliyin ona oktyabr-noyabr aylarında öz hesabına məzuniyyətə çıxmasını, lakin noyabr ayında maaş almadan işə çıxdığını, ona işdən çıxması üçün təzyiqlər olunduğunu və sair halları qeyd etmişdir. Araşdırma nəticəsində bu faktlar təsdiqini tapmamışdır. Buna baxmayaraq Əmək Müfəttişliyi Xidməti tərəfindən onun iştirakı olmadan inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolda Z.Hüseynovun son haqq-hesabının ödənilməsində Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələblərinin pozulması və bununla da İnzibati Xətalar Məcəlləsinin 192.4-cü madddəsində nəzərdə tutulan inzibati xətanın törədildiyi qeyd olunmuşdur. Lakin barəsində protokol tərtib edildikdən sonra ondan izahat alınmamışdır. Belə ki, işdən çıxma ilə bağlı əmr 08.01.2021-ci il tarixdə imzalansa da, elektron informasiya sisteminə 11.01.2021-ci il tarixdə yerləşdirilmişdir. Lakin bu səbəbsiz baş verməmişdir. Z.Hüseynov uzun müddət sözügedən şirkətdə işləmiş, ancaq son zamanlar işçilərlə münasibətləri pisləşmiş, iş yerində aqressiv davranışlara, mübahisələrə yol vermiş, əmək vəzifələrini layiqincə yerinə yetirməmişdir. Bu səbəbdən də cəmiyyət tərəfindən onunla olan əmək müqaviləsinə xitam verilməsi qərara alınmışdır. 08 yanvar 2021-ci il tarixdə Z.Hüseynovun əmək müqaviləsinə xitam verilməsinə dair əmr imzalanıb surəti ona təqdim olunmuş, ondan əmri almağına dair müvafiq qeyd aparması tələb olunmuş və son haqq-hesabı köçürülməklə əmək kitabçasının da ona veriləcəyi bildirilmişdir. X17 kobud davranışlar nümayiş etdirməyə başlamış, saxta olduğunu deyərək əmrin surətini qəbul etməkdən və əmək kitabçasını götürməkdən imtina etmişdir. Bundan sonra o, əməllərini davam etdirərək guya saxtakarlıq qurbanı olduğu və ona təzyiqlər ediməsi əsası ilə “102” xidmətinə zəng etmişdir. Bununla yanaşı mühasibatlıq Zaur Hüseynovun son haqq-hesabını hesablamış, sadəcə internet bankçılıq sistemi vasitəsilə ödənişin həyata keçirilməsi qalmış, köçürmə edilməsi üçün mühasib rəhbər kimi onun tərəfindən şifrənin daxil edilməsini gözləmişdir. Elə bu vaxt 22-ci polis şöbəsinin əmədaşları ofisə gələrək nə baş verdiyini araşdırmağa başlamış, Z.Hüseynov yenə də əmrin və kitabçanın surətini almaqdan imtina etmiş və onlar izahatlarının alınması üçün bölməyə dəvət edilmişlər. O, bölmədən qayıtdıqda isə artıq iş saatı bitdiyindən bank əməliyyatını tamamlamaq mümkün olmamışdır. Bu səbəbdən də əmək müqaviləsinə xitam verilməsinə dair bildiriş növbəti iş həftəsinin ilk günü, 11.01.2021-ci il tarixdə sistemə daxil edilmiş, kitabça və əmrin surəti də ancaq həmin gün verilə bilmişdir. Göründüyü kimi əmr sistemə daxil ediləndən dərhal sonra son haqq-hesab aparılmış, kitabça və əmrin surəti Z.Hüseynova təqdim olunmuşdur. Sistemə müvafiq məlumatın gec daxil edilməsi isə ondan asılı olmayan səbələrdən baş vermişdir. Qeyd olunanları nəzərə alaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 01.03.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş olunur. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermiş şəxsin vəkili X6 şikayətdə qeyd olunanlardan əlavə olaraq göstərdi ki, “xxxx” MMC-nin keçmiş əməkdaşı Z.Hüseynovla əmək müqaviləsinə 08.01.2021-ci il tarixdə xitam verilmiş, ona həmin gün əmək kitabçası və əmrin surəti təqdim edilmiş, eyni zamanda son haqq-hesab hazırlanmışdır. Sonradan baş vermiş hadisələrdən irəli gələn yaranmış vəziyyətlə bağlı işçiyə son haqq-hesabın həmin gün köçürülməsi mümkün olmamışdır. Lakin bu hal şirkətin direktoru X5 Z.Hüseynovun şikayəti ilə bağlı izahat vermək üçün polis şöbəsinə aparıldığından, onlardan asılı olmayan səbəblərdən baş vermiş, bank əməliyyatı vaxtında başa çatdırıla bilinməmişdir. X13 Xidməti tərəfindən bu hallar nəzərə alınmadan əsassız olaraq 01.03.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Şikayətin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, “xxxx” MMC-nin keçmiş işçisi X7 şikayəti əsasında aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, onun əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələbinə riayət olunmamışdır. Belə ki, onun əmək müqaviləsinə xitam verilməsinə dair əmr 08.01.2021-ci il tarixdə verilsə də, bununla bağlı bildiriş elektron sistemə 11.01.2021-ci il tarixdə yerləşdirilmiş və işçinin əmək kitabçası və son haqq-hesabı da həmin gün verilmişdir. Bununla da şirkətin direktoru X3 əməlində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tərkib əlamətləri olduğundan o, həmin maddə üzrə inzibati məsuliyyətə cəlb olunaraq cərimə edilmişdir. Şikayətin rədd olunmasını xahiş edir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin digər nümayəndəsi X14 da Nümayəndə dediklərini təsdiq edərək şikayətin rədd olunmasını xahiş etdi. İş materiallarında olan: “xxxx” MMC-nin 08.01.2021-ci il tarixli, 02/21 saylı əmri ilə X7 əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndindən irəli gələrək həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmiş və o, inzibati təsərrüfat işləri üzrə menecer vəzifəsindən azad edilmişdir; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 11.02.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən X7 əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələblərinin pozulmaqla “xxxx” MMC-nin direktoru X5 İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 01.03.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən “xxxx” MMC-nin direktoru Brenneysen Yevgeniy X2 əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 192.4cü maddəsi üzrə təqsirli bilinərək 700 manat məbləğində cərimə edilmişdir; Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən “xxxx” MMC tərəfindən X7 əmək müqaviləsinə 08.11.2021-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verilmiş, həmin bildiriş 11.01.2021-ci il tarixdə müvafiq sistemə daxil edilmişdir; “xxxx” ASC-nin ödəniş tapşırığına əsasən 11.01.2021-ci il tarixdə X8 təyinatı “son haqq-hesab göstərilməklə 317,04 manat məbləğində ödəniş olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslərtərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir (5.2-ci maddə); İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüquqi ilə təmin edilir (6.2-ci maddə); İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (48-ci maddəsi); İnzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun (61.3-ü maddə); İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (76.1-ci maddə); Hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: işin baxılması onun səlahiyyətinə aiddirmi; işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; işin icraatını rədd edən hallar mövcuddurmu; mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; iş üzrə vəsatətlər və etiraz etmə vardırmı (106.0-cı maddə). Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2 hissəsinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Beləliklə məhkəmədə müəyyən edilir ki, “xxxx” MMC-nin 08.01.2021-ci il tarixli əmri ilə X7 əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Bununla bağlı bildiriş 11.01.2021-ci il tarixdə müvafiq sistemə daxil edilmiş, həmin gün işçiyə son-haqq hesab köçürülmüşdür. X13 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 01.03.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla “xxxx” MMC-nin direktoru Brenneysen Yevgeniy X1 əmək müqaviləsinə xitam verərkən Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələbinə uyğun olaraq son haqq-hesabın axrıncı iş günü ödənilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi üzrə təqsirli bilinərək 700 manat məbləğində cərimə edilmişdir. Lakin məhkəmə proses tərəflərinin izahatlarını dinləyib və tədqiq olunmuş dəlilləri nəzərdən keçirib belə nəticəyə gəlir ki, X13 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən 01.03.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən tam araşdırma aparılmamış, işin bütün halları öyrənilmədən, barəsində icraat aparılan şəxsin iştirakı təmin edilib izahatı alınmadan, onun irəli sürəcəyi dəlillərə, əsaslara qiymət verilmədən işə baxılıb qərar qəbul edilmişdir. Belə ki, şikayətdən də görünür ki, “xxxx” MMC tərəfindən X7 əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmr 08.01.2021-ci il tarixdə verilmiş, lakin əmək kitabçası və əmrin surətini götürməkdən imtina etməklə işçinin yaratdığı münaqişədən irəli gələn vəziyyətdə şirkətin direktoru hadisə ilə bağlı izahatının alınması üçün polis orqanına dəvət edilir. Bu səbəbdən şirkətin direktorunun imzasının təsdiqi zəruri olduğundan işçinin son-haqq hesabının köçürülməsi ilə bağlı internet bankçılıq vasitəsilə əməliyyatlar aparıla bilinmir. Həmin gün iş həftəsinin son gününə təsadüf etdiyindən əmək müqaviləsinə xitam verilməsinə dair bildiriş ən yaxın vaxt olan növbəti həftənin ilk iş günündə 11.01.2021-ci il tarixdə müvafiq sistemə yerləşdirilmiş, Z.Hüseynova son-haqq hesab köçürülmüşdür. İş materiallarındakı ödəniş tapşırığına əsasən işçiyə son-haqq hesab olaraq 317,04 manat ödəniş edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 01.03.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 01.03.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-1041/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1041/2021
26.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver