Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1043/2021 16.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, məhkəmə iclas katibi Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis şöbəsinin sahə inspektoru X1, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: xx.xx.1996-cü il tarixdə Füzuli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), evli, Füzuli şəhəri, Əzizbəyov küçəsi, ev 61-də qeydiyyatda olan Şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1- ci maddəsi üzrə tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Şəxs 15 aprel 2021-ci il tarixdə, saat 16:10 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində polis əməkdaşlarının qanuni tələbinə riayət etməyərək tabesizlik göstərmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis şöbəsinin sahə inspektoru X2 izahat verərək göstərdi ki, xx xxxxx 2021-ci il tarixdə, saat təxminən 16:10 radələrində ** YP *** DQN-lı avto patrulla xidmət edərkən Asif Məhərrəmov küçəsində ağ rəngli, dövlət qeydiyyat nişanları üzərində olmayan “Mersedes sprinter” markalı avtomobilin sürücüsünün qayda pozduğunu polis əməkdaşları aşkarlayıblar. Dəfələrlə sürücüyə işarə edilmiş, lakin sürücü saxla əmrinə tabe olmayaraq hərəkəti davam etdirmişdir. Həmin sürücünü 3-cü mikrorayon dairəsində suni tıxac yaradaraq hərəkətini məhdudlaşdırmışlar. Həmin zaman sürücü avtomobilində gəzdirdiyi “Bazebol” taxta ilə polis əməkdaşı Bayramov Nicatın üzərinə gedərək bir neçə zərbə vuraraq nalayiq ifadələrlə təhqir etməyə başlamış, onu sakitləşdirməyə çalışmışlar, lakin o, təhqir etməyə davam etmişdir. Həmin sürücünü Polis şöbəsinə gətirildikdən sonra bu şəxsin Şəxs olduğu məlum olmuşdur və onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilənləri nəzərə alaraq barəsində icraat aparılan şəxsin məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, xx xxxxx 2021-ci il tarixdə dövlət qeydiyyat nişanları üzərində olmayan “Mersedes sprinter” markalı avtomobili idarə etmiş, polis əməkdaşları tərəfindən saxlanmış, onlara məcburiyyət qarşısında qaldığından müqavimət göstərmişdir. Polis əməkdaşlarının qanuni tələbələrinə tabe olmadığı üçün peşmandır. Tutulma vaxtını təqribən dünən axşam 5 radələrində olduğunu bildirdi. Qeyd olunanların nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər BPİ-nin X7 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı yol-patrul xidməti inspektoru, polis baş serjantı X3 izahat verərək göstərdi ki, Şəxs xx xxxxx 2021-ci il tarixdə xx.xx.2017-ci il tarixdə etibarnaməsi və dövlət qeydiyyat nişanları üzərində olmayan “Mersedes sprinter” markalı avtomobili idarə etmiş, qayda pozduğu üçün saxla əmri verilmiş, lakin o, tabe olmayaraq hərəkəti davam etdirmiş, 3-cü mikrorayon dairəsində suni tıxac yaradaraq hərəkətini məhdudlaşdırmışlar. Onlara kobud cavab vermiş və onların qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması, onun özünün izahatı və şahidin izahatı, tədqiq olunmuş işin digər materiaları ilə tam sübuta yetirilir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini və iş üzrə digər halları nəzərə alaraq hesab edir ki, o, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli və həmin maddədə müəyyən edilmiş sanksiya çərçivəsində onun barəsində inzibati həbs tətbiq edilməli, İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə müvafiq olaraq inzibati qaydada tutma müddəti onun inzibati həbs müddətinə daxil edilməli, eyni zamanda həmin Məcəllənin 31.4-cü maddəsinin tələbləri də nəzərə alınmalıdır. İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Həmçinin inzibati qaydada tutma haqqında protokola və izahatlara əsasən həbs etmənin əvvəlini xx xxxxx 2021-ci il tarixdən saat 17:00-dan hesablanmasını müvafiq hesab edir. Eyni zamanda həmin Məcəllənin 31.4-cü maddəsinə görə bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1, 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 01 (bir) ay müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli xx xxxxx 2021-ci il tarixdən saat 17:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X4 Məntəqəsinə yerləşdirilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X4 Məntəqəsinə və Nəsimi rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №3(006)-1043/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1043/2021
16.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver