Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1044/2021 16.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, məhkəmə iclas katibi Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis şöbəsinin sahə inspektoru X1, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: xx.xx.1996-cü il tarixdə Füzuli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), evli, Füzuli şəhəri, Əzizbəyov küçəsi, ev 61-də qeydiyyatda olan Şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 332.1, 342.7 və 511.1- ci maddələri üzrə tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Şəxs 15 aprel 2021-ci il tarixdə, saat 16:10 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində polis əməkdaşlarının qanuni tələbinə riayət etməyərək tabesizlik göstərmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis şöbəsinin sahə inspektoru X2 izahat verərək göstərdi ki, xx xxxxx 2021-ci il tarixdə, saat təxminən 16:10 radələrində ** YP *** DQN-lı avto patrulla xidmət edərkən Asif Məhərrəmov küçəsində ağ rəngli, dövlət qeydiyyat nişanları üzərində olmayan “Mersedes sprinter” markalı avtomobilin sürücüsünün qayda pozduğunu polis əməkdaşları aşkarlayıblar. Dəfələrlə sürücüyə işarə edilmiş, lakin sürücü saxla əmrinə tabe olmayaraq hərəkəti davam etdirmişdir. Həmin sürücünü 3-cü mikrorayon dairəsində suni tıxac yaradaraq hərəkətini məhdudlaşdırmışlar. Həmin zaman sürücü avtomobilində gəzdirdiyi “Bazebol” taxta ilə polis əməkdaşı Bayramov Nicatın üzərinə gedərək bir neçə zərbə vuraraq nalayiq ifadələrlə təhqir etməyə başlamış, onu sakitləşdirməyə çalışmışlar, lakin o, təhqir etməyə davam etmişdir. Həmin sürücünü Polis şöbəsinə gətirildikdən sonra bu şəxsin Şəxs olduğu məlum olmuşdur və onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilənləri nəzərə alaraq barəsində icraat aparılan şəxsin məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, xx xxxxx 2021-ci il tarixdə dövlət qeydiyyat nişanları üzərində olmayan “Mersedes sprinter” markalı avtomobili idarə etmiş, polis əməkdaşları tərəfindən saxlanmış, həmin an əsəbi olduğundan onlara müqavimət göstərmişdir. Polis əməkdaşlarının qanuni tələbələrinə tabe olmadığı üçün peşmandır. Qeyd olunanların nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər BPİ-nin X8 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı yol-patrul xidməti inspektoru, polis baş serjantı X4 izahat verərək göstərdi ki, Şəxs xx xxxxx 2021-ci il tarixdə xx.xx.2017-ci il tarixdə etibarnaməsi və dövlət qeydiyyat nişanları üzərində olmayan “Mersedes sprinter” markalı avtomobili idarə etmiş, qayda pozduğu üçün saxla əmri verilmiş, lakin o, tabe olmayaraq hərəkəti davam etdirmiş, 3-cü mikrorayon dairəsində suni tıxac yaradaraq hərəkətini məhdudlaşdırmış, manevlər edərək ictimai asayişi kobud pozmuş, avtomobili ilə digər maşınların üzərinə sürmüş, maşının şinlərindən səs gəlmişdir. Daha sonra onlara kobud cavab vermiş və onların qanuni tələblərinə tabe olmamışdır. İş materiallarına əlavə edilmiş bir ədəd CD diskdə olan görüntülərə məhkəmə iclası zamanı baxış keçirilərkən müəyyən edilmişdir ki, «Mercedes Benz 315 Mikroavtobus» markalı, **-ML-*** dövlət nömrə nişanlı avtomaşının sürücüsü 15 aprel 2021-ci il tarixdə, saat 16:10 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində hərəkət edərkən yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı pozaraq hərəkət etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası DİN Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin DYPŞ-nin YPX-nin inspektoru, polis baş serjantı X3 tərəfindən tərtib edilmiş İXP ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmə iclasında iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinə müvafiq olaraq yol hərəkətinin iştirakçıları yol hərəkəti qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməli, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Eyni Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Resıublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququ 1(bir) il məhdudlaşdırılmaqla 200 manat məbləğində cərimə cəzasının tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-cü maddəsinə əsasən rayon məhkəmələrinə aid olan maddələrin aidiyyətinə əsasən inzibati xəta haqqında protokolun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 332.1, 342.7-ci maddəlləri ilə bağlı olan hissəsinə baxılması məhkəmənin səlahiyyətinə aid olmadığından məhkəmə həmin inzibati xətaya hüquqi qiymət vermir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, nəqliyyat vasitəsini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №3(006)-1044/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1044/2021
16.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver