Məhkəmə qərarları › İş №3(006)-1049/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1049/2021

08.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1049/2021 08.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X7 Qərarından şikayət verilən orqan: X8 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X9 iştirakları ilə X1 X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 12.06.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermək haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X3 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, “xxxx” MMC-nin işçisi olmuş X2 şikayəti əsasında o, şirkətin direktoru kimi X8 Xidməti Bakı Şəhər İdarəsinin 12.06.2020-ci il tarixli, MN ******* saylı qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi üzrə təqsirli bilinərək 1.900 manat cərimə edilmişdir. Həmin qərar qanunsuz və əsasızdır. Belə ki, əmək müqaviləsinin bağlanılması haqqında bildirişə əsasən şikayətçi X6 01.02.2019-cu il tarixdən 3 aylıq əmək müqaviləsi ilə anbardar vəzifəsinə işə qəbul edilmiş, 03 fevral 2020-ci il tarixdə Əmək Məcəllıəsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Bu barədə şikayətçiyə 17 yanvar 2020-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Lakin şikayətçi əmək müqaviləsinə xitam verilməməsi üçün heç bir xəstəliyi olmadan əmək qabiliyyətinin olmaması barədə xəstəlik vərəqini əldə edib bu barədə şifahi olaraq MMC-yə bildirmiş, ancaq MMC bunun əmək qanunvericiliyinə görə heç bir əsasın olmadığını şikayətçiyə bildirərək onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Bundan sonra şikayətçi X8 Xidmətinə müraciət etmiş və nəticədə X3 tərəfindən əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərinin pozulması əsasları ilə xitam verdiyi üçün qeyd olunan qərarla inzibati məsuliyyətə cəlb edilmişdir. Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45ci maddəsinin 5-ci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Həmin maddənin 2ci hissəsinə görə İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Qeyd olunan Məcəllənin 79-cu maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən tərəfindən işçi məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Həmin maddənin 2-ci hissəsinə görə bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin “a” bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir. Göstərilənləri nəzərə alaraq inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş olunur. Məhkəmə iclasında qərarı qəbul etmiş qurumun nümayəndəsi X11 izahatında göstərdi ki, “xxxx” MMC-nin işçisi olmuş X6 şikayətlə X8 Xidmətinin Bakı şəhər İdarəsinə müraciət edərək göstərmişdir ki, xəstəliyi ilə əlaqədar müvəqqəti olaraq əmək qabiliyyətinin itirilməsinə baxmayaraq şirkət tərəfindən onunla bağlanılmış əmək müqaviləsinə birtərəfli qaydada xitam verilmişdir. Bununla bağlı araşdırma aparılarkən müəyyən olunmuşdur ki, “xxxx” MMC ilə X6 arasında 01.02.2019-cu il tarixdə 3 aylıq sınaq müddəti müəyyən olunmaqla müddətli əmək müqaviləsi bağlanılmış, daha sonra tərəflərin razılığı ilə bu müqavilənin müddəti uzadılmışdır. 17.01.2020-ci il tarixdə “xxxx” MMC tərəfindən X4 ünvanlanmış məktubda göstərilmişdir ki, onunla bağlanılmış əmək müqaviləsinə 03.02.2020-ci il tarixdən xitam veriləcək. Lakin həmin ərəfədə X6 xəstəliyi ilə əlaqədar müvəqqəti olaraq əmək qabiliyyətinin itirmiş və bununla bağlı şirkətə də məlumat vermişdir. Buna baxmayaraq “xxxx” MMC-nin direktoru X3 03.02.2020-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən onunla bağlanılmış əmək müqaviləsinin xitam verilməsinə dair əmr imzalanmışdır. Bununla da Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbləri pozulduğu üçün “xxxx” MMC-nin direktoru X3 12.06.2020-ci il tarixli, MN ******* tarixli qərarla İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi üzrə məsuliyyətə cəlb edilərək 1.900 manat məbləğində cərimə edilmişdir. Şikayətin rədd olunmasını xahiş etdi. Məhkəmə iclaslarının yeri və vaxtı barədə rəsmi qaydada iki dəfə xəbərdarlıq edilməsinə baxmayaraq şikayət vermiş şəxs məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, habelə proses iştirakçısının izahatını dinləyərək belə nəticəyə gəlir ki, X3 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan:  01.02.2019-cu il tarixli, K/ƏM 86 saylı əməq müqaviləsinə əsasən “xxxx” MMC X5 anbardar vəzifəsinə işə götürür;  “xxxx” MMC-nin direktoru X3 tərəfindən X4 ünvanlanmış 17.01.2020-ci il tarixli xəbərdarlıq məktubunda qeyd olunur ki, onunla bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 73-cü maddəsinə uyğun olaraq 03.02.2020ci il tarixdən xitam veriləcəkdir;  “xxxx” MMC üzrə 03.02.2020-ci il tarixli, 052 saylı əmrlə 03.02.2020-ci il tarixdən X6 ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir;  X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 12.06.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X2 əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verildiyi üçün “xxxx” MMC-nin direktoru X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirli bilinərək 1.900 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 211.2-ci maddəsi 79-cu maddəsinin 1ci hissəsinə görə işəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların,üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və yaİ dərəcə əlilliyi olanailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Həmin Məcəllənin 73-cü maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir.Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətliəmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə məsuliyyət müəyyən edir. Beləliklə müəyyən edilir ki, 01.02.2019-cu il tarixdə “xxxx” MMC X6 arasında əmək müqaviləsi bağlanılmış, “xxxx” MMC-nin direktoru X3 tərəfindən X4 ünvanlanmış 17.01.2020-ci il tarixli xəbərdarlıq məktubunda onunla bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 73-cü maddəsinə uyğun olaraq 03.02.2020-ci il tarixdən xitam veriləcəyi bildirilmiş və bu tarixdə onunla bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Halbuki, həmin ərəfədə X6 xəstəliyi ilə əlaqədar müvəqqəti olaraq əmək qabiliyyətinin itirilmiş və şikayətdə göstərildiyi kimi bu barədə işəgötürəni məlumatlandırmışdır. Əmək Məcəlləsinin 73-cü maddəsinin tələblərindən isə aydın olur ki, iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda işçi ilə əmək müqaviləsinə yalnız onun işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Bununla da görünür ki, “xxxx” MMCnin direktoru X3 düzgün olaraq İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi üzə məsuliyyətə cəlb edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarırda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 12.06.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermək haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar