Məhkəmə qərarları › İş №3(006)-1069/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1069/2021

21.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1069/2021 21.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və icra məmuru X1 iştirakı ilə xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fəhlə işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti, 65A ünvanında yaşayan Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə müəyyən etdi̇ : Nəsimi rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 tərtib etdiyi xx xxxxx 2021ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(006)-171/2016 nömrəli, xx.xx.2016-cı il tarixli, 2(006)-161/2017 nömrəli, xx.xx.2017-ci il tarixli, 2(006)-4072/2017 nömrəli, xx.xx.2019-cu il tarixli, 2(006)-960/2019 nömrəli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(004)-2249/2016 nömrəli icra vərəqələrinə əsasən Şəxs ümumilikdə 20481 manat pul tutulmalıdır. Lakin Şəxs borcunun icrasını təmin etməmişdir. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, borclu bugünədək müxtəlif bəhanələr gətirməklə borcunun ödənilməsindən yayınmışdır. Borcun ödənilməsini təmin etmək məqsədilə icra tədbirləri keçirilmişdir. Şəxs adına hər hansı əmlak müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanunauyğun qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək bildirdi ki, o, pandemiya ilə əlaqədar işləyə bilməmiş, bu səbəbdən borclarını ödəyə bilməmişdir. İşə yeni düzəlmişdir və 350 manat əmək haqqı alır. Qeyd olunanların nəzərə alınmasını xahiş etdi. Eyni zamanda bu gün 11:00-da polis tərəfindən tutulduğunu bildirdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir və buna görə o, inzibati məsuliyyətə cəlb edilməlidir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(006)-171/2016 nömrəli icra vərəqəsinə əsasən iddiaçı “xxxx” ASC tərəfindən sığorta ödənişi olaraq ödənilmiş 5000 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 5030 manat məbləğində pul cavabdeh Şəxs alınaraq iddiaçı “xxxx” ASC-yə ödənilməli və məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdeh Şəxs alınaraq dövlət nəfinə ödənilməlidir. İcraata başlamaq haqqında xx.xx.2016-cı il tarixli qərarın surətindən görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(006)-171/2016 nömrəli icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(006)-161/2016 nömrəli icra vərəqələrinə əsasən yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş zərərə görə 1555 manat və dövlət rüsumu olaraq ödənilmiş 30 manat, cəmi 1585 manat məbləğində pul cavabdeh Şəxs alınaraq iddiaçı X5 ödənilməli və iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdeh Şəxs alınaraq dövlət nəfinə ödənilməlidir. İcraata başlamaq haqqında xx.xx.2016-cı il tarixli qərarın surətindən görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(006)-161/2016 nömrəli icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(006)-4072/2017 nömrəli icra vərəqəsinə əsasən Şəxs X2 xeyrinə kredit müqaviləsi üzrə yerinə yetirilmiş öhdəliyin əvəzi kimi 3210 (üç min iki yüz on) ABŞ dolları məbləğində pul tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul tutulmalıdır. İcraata başlamaq haqqında xx.xx.2017-ci il tarixli qərarın surətindən görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(006)-4072/2017 nömrəli icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-960/2019 nömrəli icra vərəqəsinə əsasən Şəxs X2 xeyrinə 7.504 (yeddi min beş yüz dörd) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul tutulmalıdır. İcraata başlamaq haqqında xx.xx.2019-cu il tarixli qərarın surətindən görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-960/2019 nömrəli icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(004)-2249/2016 nömrəli icra vərəqəsinə əsasən cavabdeh Şəxs dəymiş maddi zərərə görə 845 (səkkiz yüz qırx beş) manat məbləğində pul tutularaq iddiaçı X4 xeyrinə ödənilməlidir. İcraata başlamaq haqqında xx.xx.2016-cı il tarixli qərarın surətindən görünür ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(004)-2249/2016 nömrəli icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(006)-171/2016 nömrəli, xx.xx.2016-cı il tarixli, 2(006)-161/2017 nömrəli, xx.xx.2017-ci il tarixli, 2(006)-4072/2017 nömrəli, xx.xx.2019-cu il tarixli, 2(006)-960/2019 nömrəli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(004)- 2249/2016 nömrəli icra sənədlərinin icrasını təmin etməmişdir. Bununla da, Şəxs borc məbləğlərinin məhkəmə qərarında göstərildiyi qaydada ödənilməsini təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqələrinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnamələrinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Şəxs tərəfindən törədilən inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini və işin digər hallarını nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli xx xxxxx 2021-ci il tarixdən saat 11:00-dan hesablansın. Qərarın icrası Nəsimi rayon İcra və Probasiya şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanılma Məntəqəsinə həvalə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar