Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1070/2023 15.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mehdiyev Nihal Elbəyi oğlunun katibliyi, protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi rayon Dövlət yol Polis Şöbəsinin baş inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 iştirakları ilə xx.xx.1979-cu ildə Türkiyə Respublikasında anadan olmuş, Türkiyə Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Türkiyə Respublikası, Manisa bölgəsi, Kaynaq məhəlləsi 4001, ev 05 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Xətai rayonu ərazisində yaşayan X3 barəsində Azərbaycan Respublikası DİN Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq məhkəmə müəyyən etdi: X8 nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan xx.xx.2022-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Opel Astra” markalı **-HR-*** dövlət nömrə nişanlı avtomaşınla Nəsimi rayonu, Topçubaşov küçəsi ilə hərəkət edərərək Ş.Əzizbəyov küçəsinin kəsişməsini keçdikdə ehtiyatsızlıq nəticəsində yol kəsişməsində quraşdırılan “Stop” nişanında dayanmadan yolayırıcını keçərkən sağ tərəfdən Ş.Əzizbəyov küçəsi ilə düzünə hərəkətdə olan sürücü X2 idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Hyundai Elantra” markalı **-ML-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş və toqquşma nəticəsində sonuncuya dərəcəsi təyin edilməyən bədən xəsarətinin və maddi zərərin yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X8 özünü təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə o etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Opel Astra” markalı **-HR-*** dövlət nömrə nişanlı avtomaşınla Nəsimi rayonu, Topçubaşov küçəsi ilə hərəkət edərərək Ş.Əzizbəyov küçəsinin kəsişməsini keçdikdə ehtiyatsızlıq nəticəsində yol kəsişməsində quraşdırılan Stop nişanında dayanmadan yolayırıcını keçərkən sağ tərəfdən Ş.Əzizbəyov küçəsi ilə düzünə hərəkətdə olan sonradan marka və nömrəsini gördüyü “Hyundai Elantra” markalı **-ML-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü X2 avtomaşının ön hissəsi ilə onun idarə etdiyi avtomaşının sağ hissəsindən toqquşmuşdur. Hadisə nəticəsində nəqliyyat vasitələrinə maddi ziyan dəymişdir. Eyni zamanda X7 xəsarət alması ilə bağlı 102 xidmətinə müraciət etmişdir. Lakin hadisə yerində onun görünən xəsarəti olmamışdır. O avtomobil idarə etməkdən ötrü verilən etibarnamənin xx.xx.2023-cü il tarixdə etibarlılıq müddətinin bitdiyini unutmuş və yeni etibarnamə almadan avtomaşını idarə etmişdir. Lakin sürücülük vəsiqəsinin Azərbaycan ərazisində müvəqqəti sürücülük vəsiqəsi ilə əvəz olunması barədə və 1 aydan artıq idarə etmə hüququnun olmamasını əvvəlcədən bilməmişdir. Törətdiyi inzibati xətadan peşmandır. Qeyd olunanları nəzərə alaraq barəsində daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X6 izahatında bildirmişdir ki, X8 nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan xx.xx.2022-ci il tarixdə “Opel Astra” markalı **-HR-*** dövlət nömrə nişanlı avtomaşınla Nəsimi rayonu, Topçubaşov küçəsi ilə hərəkət edərərək Ş.Əzizbəyov küçəsinin kəsişməsini keçdikdə ehtiyatsızlıq nəticəsində yol kəsişməsində quraşdırılan “Stop” nişanında dayanmadan yolayırıcını keçərkən sağ tərəfdən Ş.Əzizbəyov küçəsi ilə düzünə hərəkətdə olan sürücü X2 idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Hyundai Elantra” markalı **-ML-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş və toqquşma nəticəsində X4 maddi zərərin yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bu səbəbdən də X8 barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyətı üzrə məhkəməyə göndərilmişdir. İş materiallarından görünür ki, X3 etibarnamə əsasında «Opel Astra» markalı avtomobil idarə etmək üçün hüququ 03 yanvar 2023-cü il tarixədək olmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyib, inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsi özünün etirafı, Bakı şəhəri Nəsimi rayon Dövlət yol Polis Şöbəsinin baş inspektoru X6 tərəfindən tərtib edilmiş 15 fevral 2023-cü il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokol və digər iş materialları ilə sübuta yetirilir. Məhkəmə inzibati xəta törətmiş şəxs X3 əməlindən səmimi peşman olmasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə inzibati xəta törətmiş şəxs X3 məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati cəzanın tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməkdə təqsirli bilinib, 400 (dörd yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-1070/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1070/2023
15.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver