Məhkəmə qərarları › İş №3(006)-1072/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1072/2023

24.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1072/2023 24.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, Qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin sahə inspektoru X3 tərəfindən xx.xx.2023-cü il tarixdə saat 19:32-də tərtib edilmiş MN № ******* sayli protokola əsasən guya o elə həmin tarixdə xx.xx.2023-cü il saat (6-12), itlərin çilovsuz, iri itlərin isə buruntaqsız ümumi məhəllələrdə və ya küçələrdə gəzdirməklə AR İXM-nin 290.1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmin Protokola əsasən Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin sahə rəisi X2 tərəfindən xx.xx.2023-cü il tarixdə saat 19:34-də tərtib edilmiş MN № ******* saylı qərara əsasən AR İXM-nin 290.1.4-cü maddəsilə təqsirli bilinib 200 manat inzibati qaydada cərimə edilmişdir. Hesab edir ki, yuxarıda qeyd olunan inzibati xəta haqqında protokol və müvafiq qərar qanunsuz və əsassızdır. Belə ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və qərarda onun qeyd olunan inzibati xətanı xx.xx.2023-cü il tarixdə səhər saat 6-11 radələrində törətməsi qeyd olunsa da, mən ümumiyyətlə həmin tarixdə və saatda işdə olmaqla inzibati xətanı törətməsi mümkün deyil. Onu da qeyd edir ki, o, xx.xx.2022-ci il tarixdə səhər saat 11-12 radələrində iti cilovla və buruntaqla gəzdirmiş, məhəllədə deyil, məhəllələrində olan tətil günləri olduğu üçün işləməyən məktəbin stadionunda yalnız buruntaqını çıxarmış ki, it yemək yesin və həmin zaman özünü təqdim etməyən və gəlib onun itimin şəklini çəkərək kim olduğunu soruşan, polis formasında olduğuna görə özünü təqdim edəndən sonra çıxıb gedən şəxsi görmüşdür. Beləliklə, guya inun tərəfindən törədilən inzibati xəta xx.xx.2023-cü il tarixdə deyil, xx.xx.2022-ci il tarixdə baş vermiş, həmin hadisədən 26 gün keçəndən sonra barəsində inzibati xəta haqqında protokol və 2 dəqiqə sonra inzibati xəta haqqında qərar qəbul edilmişdir. Bununla belə, qeyd edirərək bildirir ki, inzibati xəta haqqinda protokol və ona müvafiq olaraq inzibati xəta haqqında qərar qəbul edilərkən qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, inzibati xəta haqqında protokol tərtib edilərkən, maddədə qeyd olunan digər hallarla yanaşı inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilməlidir. Lakin, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin MN № ******* saylı protokolu və həmin protokol əsasında qəbul edilmiş ******* saylı qərarından göründüyü kimi inzibati xətanın törədildiyi yer və bu xətanın mahiyyəti göstərilməmişdir. Beləliklə, inzibatı xətanın törədildiyi yer müəyyən olunmadan, qeyd olunan protokol və qərarı qəbul etmək məhz müvafiq vəzifəli şəxslərin səlahiyyəti olubolmamasına birbaşa təsir etdiyindən, aidiyyətlə bağlı qanunun tələbləri də pozulmuşdur. Həmçinin, barəsində inzibatı xəta haqqında protokol tərtib edilmiş şəxs həmin protokola imza etməmiş, yaxud imza etməkdən imtina etmişsə bu barədə qeyd belə edilməmişdir. Yuxarıda qeyd etdiyi kimi, səlahiyyətli orqanın tərəfimdən törədilməsi qeyd olunun inzibati xəta xx.xx.2022-ci il tarixdə baş verməsinə baxmayaraq, həmin xətanın tərəfimdən xx.xx.2023-cü il tarixdə törədilməsi qeyd edilmiş, bununla belə qeyd olunan həmin inzibati xəta haqqında protokoldan göründüyü kimi inzibati xətanın səhər saat 6-12 radələrində baş verməsi qeyd olunsa da, elə həmin protokoldan göründüyü kimi protokol saat 19.32də, həmçinin, inzibati xətanın törədildiyi yerdə deyil, Nəsimi Rayon Polis İdarəsinin 19-cu PB-də tərtib edilmişdir. Hazırki işdən göründüyü kimi inzibati xəta haqqında protokol 19-cu PB-də xx.xx.2023-cü il saaat 19:32-də, müvafiq qərar isə həmin protokolun tərtib edilməsindən 2 dəqiqə sonra xx.xx.2023-cü il saat 19:34-də elə həmin yerdə 19-cu PB-nin binasında tərtiq edilmişdir. Beləliklə, bütün bu qeyd olunan hallardan bir daha təsdiq olunur ki, səlahiyyətli orqan tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən, həmçinin müvafiq qərar qəbul edilərkən qanunvericliyin tələbləri kobud şəkildə pozulmuş, belə ki, inzibatı xəta haqqında protokol inzibati xətanın törədildiyi yerdə tərtib olunmadığı üçün mənim həmin protokoldan xəbərim belə olmamış, buna müvafıq olaraq da izahatım alınmamış, ümumiyyətlə qeyd olunan tarixdə və saatda işdə olmuşam, həmçinin protokol və qərarın eyni vaxtda və 19-cu PB-nin binasında 2 dəqiqə fərqlə tərtib edilməsi də qeyd etdiyim halları bir daha təsdiq etməsinə baxmayaraq, nəticədə heç bir əsası olmayan, lakin dövləti təmsil edən şəxslər tərəfindən əsassız qərar qəbul edilməklə hüquqlarım kobud şəkildə pozulmuşdur. Göstərilənlərə əsasən, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X4 yuxarıda göstərilən məzmunda izahat verərək şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Nəsimi RPİ 19-cu Polis Bölməsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Nəsimi RPİ 19-cu Polis Bölməsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayət vermiş şəxsin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X4 barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında İnzibati Xətalar Məcəlləsinin 290.1.4cü maddəsi üzrə təqsirli bilinib 200 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir (5.2-ci maddə); İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (48-ci maddəsi); İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüquqi ilə təmin edilir (6.2ci maddə); İnzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun (61.3-cü maddə); İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (76.1-ci maddə). Məhkəmə qeyd edir ki, şikayətçi X4 bildirmişdir ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və qərarda onun qeyd olunan inzibati xətanı xx.xx.2023-cü il tarixdə səhər saat 6-11 radələrində törətməsi qeyd olunsa da, o həmin tarixdə və saatda iş yerində olmuş və həmin inzibati xətanı törətməmişdir. Beləliklə məhkəmədə müəyyən edilir ki, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsi tərəfindən hazırki inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə riayət olunmamış, işin bütün halları tədqiq edilmədən, zəruri araşdırma aparılmadan və şəxsin təqsirliliyinə dair hər hansı təkzibedilməz dəlil olmadan işə baxılaraq inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar