Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-1075/2022 29.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlu, X4 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin rəis müavini X2 tərəfindən qəbul olunmuş inzibati xəta haqında iş üzrə qərardan verdiyi şikayətini məhkəmədə baxılmağa hazırlayarkən, MÜƏYYƏN ETDİM: Biter Lokman şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin rəis müavini X2 tərəfindən qəbul olunmuş 23.02.2022-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. “AzeMis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumata əsasən “Makro 2000 X1 Taahhüt İç ve Dış Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının hüquqi ünvanı ünvan 1ossesi ünvanıdır. İş materiallarını araşdıraraq hesab edirəm ki, həmin şikayətə inzibati xətanın törədildiyi - “Makro 2000 X1 Taahhüt İç ve Dış Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının hüquqi ünvanının olduğu yer üzrə baxılmalıdır. Belə ki, inzibati orqan tərəfindən qəbul edilmiş qərarda Biter Lokmanın “Makro 2000 X1 Taahhüt İç ve Dış Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının direktoru olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Həmin Məcəllənin 192.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi yeri barəsində icraat aparılan şəxsin olduğu ünvan hesab edildiyindən və Biter Lokmanın isə “Makro 2000 X1 Taahhüt İç ve Dış Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının rəhbər vəzifəli şəxsi olduğundan hazırkı inzibati xəta haqqında qərar da aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 noyabr 2020-ci il tarixli qərarına əsasən qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səalhiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İXM-in 129.4-cü maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest üç gün müddətində aidiyyəti üzrə göndərilir. Həmin Məcəllənin 132.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılmasına hazırlıq zamanı hakim tərəfindən şikayətin və ya protestin baxılması onun səlahiyyətinə aid olmadıqda, şikayəti və ya protesti bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Qeyd olunanlara əsasən hesab edirəm ki, verilmiş şikayətin Nəsimi rayon məhkəməsində baxılması üçün hüquqi əsaslar olmadığından aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Sabunçu rayon məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 118, 129-cu maddəsini rəhbər tutaraq QƏRARA ALDİM: X4 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin rəis müavini X2 tərəfindən qəbul edilmiş 23.02.2022-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayəti aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Sabunçu rayon məhkəməsinə göndərilsin. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-1075/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-1075/2022
29.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver