Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1076/2021 08.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 tərəfindən Daxili İşlər Nazirliyi Nəsimi rayon Polis İdarəsi 22-ci Polis Bölməsinin 29 mart 2021-ci il tarixli, EPQ ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 29 mart 2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Daxili İşlər Nazirliyi Nəsimi rayon Polis İdarəsi 22-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş 29 mart 2021-ci il tarixli, EPQ ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 29 mart 2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarının qanunsuz hesab edilərək ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektindən üzü “28 Mall” istiqamətində tibbi maskadan düzgün olaraq istifadə etməklə hərəkət edərkən polis inspektoru ona yaxınlaşıb ad, soyad və ata adını soruşmuş, bundan sonra ona “gedə bilərsiz” demişdir. Hadisədən iki gün sonra ödəniş portalında adına 200 manat məbləğində cərimə yazıldığını görmüşdür. Qeyd edilənlərə əsasən Daxili İşlər Nazirliyi Nəsimi rayon Polis İdarəsi 22-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş, 29 mart 2021-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş olunur. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq şikayətçi X4 və barəsində şikayət verilən orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə şikayətçinin və barəsində şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 29 mart 2021-ci il tarixli EPQ ******* saylı protokoldan və 29 mart 2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə təqsirli bilinib 200 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsinə əsasən Bu Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X4 vətəndaş epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərini pozduğu üçün İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə təqsirli bilinmiş və barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək inzibati cərimə edilmişdir. Məhkəmə hesab edir ki, X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından və şikayətin məzmununda qeyd olunan inzibati tənbeh vermə haqqında qərarın əsassız olaraq tərtib edilməsi ilə bağlı sübutlar təqdim edilmədiyindən şikayətin dəlilləri əsassızdır və inzibati xəta haqqında iş üzrə qəbul edilmiş 29 mart 2021-ci il tarixli, EPQ ******* saylı qərar qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X4 tərəfindən Daxili İşlər Nazirliyi Nəsimi rayon Polis İdarəsi 22-ci Polis Bölməsinin 29 mart 2021-ci il tarixli, EPQ ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 29 mart 2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-1076/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1076/2021
08.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver