Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1081/2020 06.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi Hakim Pənahov Babək Əkbər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X2 iştirakları ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X1 Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi (hüquqi ünvanı: ünvan 1 VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2020-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında protokola görə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X1 Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi balansında olan “Mercedes-Benz E 250” markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2019-cu il tarixdə inzibati xətanı törətmiş fiziki şəxs barəsində olan sorğuya qanunvericiliklə müəyən edilmiş 5 gün müddətində məlumat verməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan qurumun nümayəndəsi X4 izahatında göstərdi ki, inzibati xəta haqqında protokolda qeyd edilmiş “Mercedes-Benz E 250” markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobil Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi üzrə verilmiş xx.xx.2018-ci il tarixli, 066 saylı əmrlə X1 Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsindən əvəzsiz olaraq Nazirliyin balansına götürülmüşdür. İdarənin balansında olan nəqliyyat vasitələri və sürücülər barədə məlumatlar isə xx.xx.2019-cu il tarixli məktub ilə Bakı şəhəri Nəsimi Rayon Dövlət Yol Polisi Şöbəsinə təqdim edilmişdir. İş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Bakı şəhəri Nəsimi Rayon Dövlət Yol Polisi Şöbəsinin məktubu və müvafiq poçt qəbzindən görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X1 Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsindən quruma məxsus “MERCEDES-BENZ E 250” markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2019-cu il tarixdə, saat 05:13-də İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törədən şəxs barəsində şöbəyə 5 gün ərzində məlumatın verilməsi xahiş olunmuş, bununla bağlı göndərilmiş məktub xx.xx.2019-cu il tarixdə idarəyə çatdırılmışdır. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzrə xx.xx.2018-ci il tarixli, 066 saylı əmrə əsasən X1 Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsindən əvəzsiz olaraq alınmış “Mercedes-Benz E 250” markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Nazirliyin balansına götürülmüşdür; Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X1 Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi tərəfindən Bakı şəhəri Nəsimi Rayon Dövlət Yol Polisi Şöbəsinə xx.xx.2019-cu il tarixdə ünvanlanmış məktubda qurumun balansında olan avtomobillər və onları idarə edən sürücülər barədə məlumat verilmişdir. Məhkəmə proses iştirakçısının izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X1 Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin hərəkətində inzibati xəta tərkibi olmadığından, iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati xəta haqqında protokolda qeyd olunan “Mercedes-Benz E 250” markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi inzibati xəta hadisəsi baş verən tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X1 Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin balansında olmamış, bu səbəbdən də həmin avtomobili idarə edən sürücü barədə həmin qurum tərəfindən məlumatın verilməsi də mümkün deyil. Eyni zamanda idarə öz balansında olan nəqliyyat vasitələri və onları idarə edən sürücülər barədə aidiyyəti üzrə məlumat təqdim etmişdir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Bu Məcəllənin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 367-ci, 425-ci və 430-432-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin X1 Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-1081/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1081/2020
06.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver