Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1081/2023 03.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, şikayətçi X6 iştirakları ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli, 01400/00757 (EP № 0061866) saylı inzibati tənbeh vermə haqqında qərarından X8 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli, 01400/00757 (EP № 0061866) saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, fiziki şəxs qismində xx.xx.2010-cu il tarixdə Bakı şəhəri X12 Departamenti tərəfindən ********** saylı VÖEN ilə dövlət qeydiyyatına alınaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə AR Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsi, Əməliyyat və Təhqiqat Şöbəsi, Təhqiqat Bölməsinin təhqiqatçısı X3 tərəfirdən barəsində İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə 01400-00547/23 nömrəli, xx.xx.2023-cü il tarixli protokol tərtib edilmişdir. Həmin protokol əsasında Şimal Ərazi Baş Gömrük İdarəsinin rəisi X13 tərəfindən barəsində 10.000 (on min) manat məbləğində cərimə tənbeh növü tətbiq edilməsi ilə bağlı inzibati tənbeh vermə haqqında 01400/00757 saylı, xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. Qərarda qeyd olunmuşdur ki, o, 2021-ci ildə Şimal Ərazi Baş Gömrük İdarəsində rəsmiləşdirdiyi pomidor məhsullarının Rusiya Federasiyasına 18 gömrük bəyannaməsi üzrə konsiqnasiya yolu ilə ixrac etdiyi ümumilikdə 308175 ABŞ dolları (523897,50 manat) yükün müqabilində qaytarmalı olan məbləğləri müvəkkil bank hesabına köçürülmədiyi müəyyən olunmuşdur. Hesab edir ki, barəsində İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə protokol tərtib edilməsi və müvafiq inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsi üçün əsaslar mövcud deyil, ona görə də inzibati xəta üzrə işin icraatına xitam verilməlidir. Belə ki, İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Lakin əməlində İXM-nin 483-cü maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xətanın, ümumiyyətlə İXM-nin heç bir maddəsinin tərkib əlamətləri mövcud deyil. Belə ki, İXM-nin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qavtarılmamasma görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Belə ki, tərəfindən 18 gömrük bəyannaməsi üzrə göndərilmiş pomidor məhsulları xx.xx.2021-ci il tarixli, 2021-01-23/1 saylı müqaviləyə əsasən Rusiya Federasiyasında fəaliyyət göstərən "xxxx" OOO-ya (İmperium Treyd Şirkəti) satılmışdır. Lakin "xxxx" OOO müxtəlif bəhanələr gətirərək pomidor məhsullarının pulunu bu günə qədər ona ödəməmişdir. Bu səbəbdən də Rusiya Federasiyasında fəaliyyət göstərən vəkil X10 ilə hüquqi xidmətlər göstərilməsi barədə müqavilə bağlayaraq "xxxx" OOO-ya qarşı 308.174 ABŞ dolları məbləğində pulun tutulmasına dair iddia ərizəsi ilə Moskva Şəhər Arbitraj Məhkəməsinə müraciət etmişdir. A40-212128/xx-xx-1243 saylı iş hazırda həmin məhkəmənin hakimi O.V.Dubovikin (O.B.Дубовик) icraatında araşdırılır və növbəti məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin olunmuşdur. Həmçinin məhkəmənin diqqətinə çatdırır ki, onunla "xxxx" OOO (İmperium Treyd Şirkəti) arasında ödənişlə bağlı yaranmış mübahisənin səbəbkarları Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” postu və Azərbaycan Respublikasının X4dir. Belə ki, adları çəkilən hər iki qurum bürokratik əngəllər yaradaraq pomidor məhsulları daşıyan nəqliyyat vasitələrinin buraxılışını vaxtında həyata keçirmədiyi üçün pomidor məhsulları Rusiya Federasiyasına nəzərdə tutulan müddətdən gec çatmışdır. Daha doğrusu pomidor məhsullarını daşıyan nəqliyyat vasitələri 10-12 gün müddətində Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” postunda saxlanılmış, həmçinin də X4 tərəfindən məhsullardan analiz götürülməsi və analizlərin cavabının verilməsi 4 gün çəkmişdir (12 gün “Samur” postunda saxlanılma + 4 gün AQTA tərəfindən analiz götürülməsi və analizlərin cavabının verilməsi = 16 gün). Ümumlikdə götürəndə isə pomidor məhsullarının nəqliyyat vasitəsinə yüklənib alıcıya çatması Rusiya Federasiyasında rəsmiləşmə və yola sərf olunan vaxt da daxil olmaqla 22-24 gün müddətinə baş vermişdir. (12 gün “Samur” postunda saxlanılma + 4 gün AQTA tərəfindən analiz götürülməsi və analizlərin cavabının verilməsi + 3 gün Rusiya tərəfində rəsmiləşmə + 4 gün boşalma yerinə çatma vaxtı = 23 gün) Pomidor məhsulları daşıyan nəqliyyat vasitələri “Samur” postunda saxlanılan zamanda nəqliyyat vasitələrinin buraxılışının vaxtında həyata keçirilməsi, süründürməçiliyə yol verilməməsi ilə bağlı AR Dövlət Gömrük Komitəsinə xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərdə rəsmi müraciətlər etmişdir. xx.xx.2021 və xx.xx.2021-ci il tarixli müraciətinə X11 X5 Baş idarəsi tərəfindən cavab verilərək Rusiya tərəfində mövcud infrastruktur səbəbilə buraxılış qabiliyyətinin xeyli aşağı olması, məsələnin həlli və qeyd olunan maneələrin aradan qaldırılması istiqamətində Rusiya tərəfi ilə mütəmadi danışıqların aparılması bildirilmişdir. Həmçinin də xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Qida X1 Regional Bölməsinə müraciət edərək, istehsal etdiyi pomidor məhsullarının Rusiya Federasiyasına ixracı zamanı dəmiryolu nəqliyyatı vasitələri ilə daşınmaları həyata keçirə bilməsi üçün icazə alınmasına köməklik edilməsi xahiş olunmuş, lakin bu müraciəti də nəticəsiz qalmışdır. Göründüyü kimi İXM-nin 483-cü maddəsində nəzərdə tutulan xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması halı onun əməlində mövcud deyil və xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması ondan asılı olmayan səbəblərdən baş vermişdir. Beləliklə, səlahiyyətli orqan Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən onun iştirakı təmin edilmədən, heç bir araşdırma aparılmadan barəsində qəbul edilən qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin rəisi R.Y.Rzayev tərəfindən qəbul edilmiş 01400/00757 saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və barəsində AR İXM-nin 483-cü maddəsi ilə başlanmış inzibati xəta üzrə işin icraatına xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi H.B.Məmmədov şikayəti müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinə lazımi qaydada məlumat verilsə də, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Dövlət Gömrük Komitəsinin ünvanına Nəsimi Rayon Məhkəməsi tərəfindən inzibati xəta haqqında işə məhkəmədə baxılmasının vaxtı və yeri barədə məlumat göndərilmişdir (xx.xx.2023-cü il tarixli reyestrin 10 sıra nömrəsi ilə). İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin ünvanına Nəsimi Rayon Məhkəməsi tərəfindən inzibati xəta haqqında işə məhkəmədə baxılmasının vaxtı və yeri barədə məlumat göndərilmişdir (xx.xx.2023-cü il tarixli reyestrin 03 sıra nömrəsi ilə). Bununla da, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsinin iş üzrə icraatda iştirakının təmin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün tədbirlər həyata keçirilmiş və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin ünvanına bildirişlər göndərilmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 01400-00547/23 EP № ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, fiziki şəxs H.B.Məmmədov 2021-ci ildə Şimal Ərazi Baş Gömrük İdarəsinə rəsmiləşdirdiyi pomidor məhsullarının Rusiya Federasiyasına 18 gömrük bəyannaməsi üzrə konsiqnasiya yolu ilə ixrac etdiyi ümumilikdə 308175,00 ABŞ dolları dəyərindəki (523897,50 manat) yükün müqabilində qaytarılmalı olan məbləğləri müvəkkil bank hesabına köçürülmədiyi müəyyən olunmuşdur. İxrac edilən yüklərin müqabilində köçürülməli olan vəsaitlərin müvəkkil bank hesabına köçürülməsinin təmin edilməsi üçün H.B.Məmmədovun vergi ödəyicisi kimi qeydiyyatda olduğu kimi ünvan 2 ünvanına xx.xx.2022-ci il tarixdə 1700-012/0xxxx/003693 saylı bildiriş göndərilmiş, lakin məktub geri qaytarılmışdır. Daha sonra H.B.Məmmədovun qeydiyyatda olduğu ünvan 3 ünvanına xx.xx.2022-ci il tarixli, 1700- 013/0xx-xx/003690 saylı çağırış məktubu göndərilmiş, lakin məktub geri qaytarılmışdır. Həmçinin aparılmış araşdırma ilə əlaqədar Şimal Ərazi Baş Gömrük İdarəsinin gömrük əməliyyatları idarəsinə xx.xx.2023-cü il tarixli, 34/013/000226 saylı sorğu verilmiş və Şimal Ərazi Baş Gömrük İdarəsində “ixrac” gömrük prosedurunda rəsmiləşdirməklə 18 gömrük bəyannaməsi üzrə ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan, ümumilikdə 308175,00 ABŞ dolları dəyərindəki (523897,50 manat) məbləğində vəsaitin H.B.Məmmədovun müvəkkil olunmuş bank hesabına köçürülüb-köçürülməməsi barədə məlumat verilməsi xahiş olunmuşdur. Şimal Ərazi Baş Gömrük İdarəsi gömrük əməliyyatları idarəsinin xx.xx.2023-cü il tarixli, 34/012/000261 saylı xidməti qeydində ümumilikdə 308175,00 ABŞ dolları dəyərindəki (523897,50 manat) məbləğində vəsaitin H.B.Məmmədovun müvəkkil olunmuç bank hesabına köçürülmədiyi bildirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10-cu maddəsinə əsasən əməlin cinayət sayılması və həmin əmələ görə cəza bu əməlin törədildiyi gün qüvvədə olan cinayət qanunu ilə müəyyən olunur. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna bilməz. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208-ci maddəsi ilə əlaqəli şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun qərarına əsasən hüquqi və fiziki şəxslərin konsiqnasiya yolu ilə ixrac etdikləri malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsinin təmin olunmaması qanunvericiliyinə uyğun olaraq məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi barədə xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə CM-nin 208.1-ci maddəsinin dizpozisiyasında “Təşkilat rəhbərləri tərəfindən xarici”sözləri “xarici” sözü ilə əvəz edilsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli Plenumunun qərarına əsasən, “Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİİ hissəsinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 7-ci maddəsinin, habelə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1.3 və 3-cü maddələrinin tələblərinə müvafiq olaraq xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində fiziki şəxs tərəfindən əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xeyli və külli miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə cinayət məsuliyyətli müəyyən edilmədiyindən, şəxs həmin Məcəllənin 208-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilə bilməz. Xarici iqtisadi fəaliyyəti həyata keçirən fiziki şəxs tərəfindən xeyli və ya külli miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə təxirəsalınmadan cinayət məsuliyyətinin müəyyən edilməsi Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeyə uyğun olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208-ci maddəsinə müvafiq dəyişikliklər edilənədək xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində xeyli və ya külli miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmasını təmin etməyən fiziki şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin “Qeyd” hissəsinin tələbləri nəzərə alınmaqla inzibati məsuliyyətə cəlb edilə bilər”. Bununla da, H.B.Məmmədov tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 01400-00757 EP № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, H.B.Məmmədov tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 34-cü maddəsini rəhbər tutaraq İXM-nin 483-cü maddəsi ilə inzibati xətanın bilvasitə obyekti olan 20.000 manat məbləğindı valyutanın dəyərinin 50 (əlli) faizi, yəni 10.000 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş H.B.X7 Məhkəməsinə ünvanladığı iddia ərizəsindən görünür ki, "xxxx" MMC-dən xx.xx.2021-ci il tarixli, 2021-01-23/1 saylı müqavilə üzrə 308.174,00 ABŞ dolları məbləğind borcu fərdi sahibkar onun xeyrinə tutulmasını, 65.000 (altmış beş min) rubl məbləğində nümayəndənin xərclərinin tutulmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Mokva Şəhərinin Arbitraj Məhkəməsinin xx.xx.2023-cü il tarixli, A40-212128/xx-xx-1243 saylı qərarından görünür ki, "xxxx" MMC-dən (129085, Rusiya, Moskva, X2 şəhərdaxili ərazisi, Mira prospekti, ev 101, T.1,Məkan 1, otaq 10, ƏDQN: **********898, ƏDQN-nin verilmə tarixi: xx.xx.2020, VÖEN: **********) FS H.B.Məmmədovun xeyrinə 275.331 ABŞ dolları (iki yüz yetmiş beş min üç yüz otuz bir ABŞ dolları 00 sent) borc, 65.000 rubl 00 qəpik (altmış beş min rubl 00 qəpik) məhkəmə xərcləri alınmış, "xxxx" MMC-dən (129085, Rusiya, Moskva, X2 şəhərdaxili ərazisi, Mira prospekti, ev 101, T.1,Məkan 1, otaq 10, ƏDQN: **********898, ƏDQN-nin verilmə tarixi: xx.xx.2020, VÖEN: **********) federal büdcəyə 125.781 rubl 00 qəpik (yüz iyirmi beş min yeddi yüz səksən bir rubl 00 qəpik) dövlət rüsumu alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 099744 nömrəli qaimənin surətindən görünür ki, H.B.Məmmədov tərəfindən 1035 ədəd taxta yeşikdə qablaşdırılmış, brutto çəkisi 20.000, netto çəkisi 17.500 kq olan pomidor Rusiya Federasiyasında yerləşən "xxxx" MMC-nin ünvanına göndərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, №19 saylı fakturanın surətindən görünür ki, H.B.Məmmədov tərəfindən 1035 ədəd taxta yeşikdə qablaşdırılmış, brutto çəkisi 20.000, netto çəkisi 17.500 kq olan pomidor Rusiya Federasiyasında yerləşən "xxxx" MMC-nin ünvanına göndərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, **********6882 saylı gömrük bəyannaməsindən görünür ki, H.B.Məmmədov tərəfindən pomidor təzə 2021-ci ilin məhsulu qida üçün yararlı taxta yeşiklərdə “Maxitos F1” 1035 ədəd 17.500 kq olan pomidor Rusiya Federasiyasında yerləşən "xxxx" MMC-nin ünvanına göndərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 2021-01-23/1 saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, Rusiya Federasiyasında yerləşən "xxxx" MMC və H.B.Məmmədov arasında müqavilə bağlanılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki,H.B.Məmmədov tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 34-cü maddəsini rəhbər tutaraq İXM-nin 483-cü maddəsi ilə inzibati xətanın bilvasitə obyekti olan 20.000 manat məbləğindı valyutanın dəyərinin 50 (əlli) faizi, yəni 10.000 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, H.B.Məmmədovla "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixli, 2021-01-23/1 saylı alqı-satqı müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən pomidor məhsulları MMC-yə satılmış, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasından ixrac edilərək "xxxx" MMC-yə göndərilmişdir. Lakin "xxxx" MMC tərəfindən pomidor məhsullarının pulu satıcı, yəni H.B.Məmmədova ödənilməmişdir. Buna görə, H.B.Məmmədov "xxxx" MMC-yə qarşı 308.174 ABŞ dolları məbləğində pulun tutulmasına dair iddia ərizəsi ilə Moskva Şəhər Arbitraj Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli, A40-212128/xx-xx-1243 saylı qərarına əsasən "xxxx" MMC-dən H.B.Məmmədovun xeyrinə 275.331 ABŞ dolları (iki yüz yetmiş beş min üç yüz otuz bir ABŞ dolları 00 sent) borc, 65.000 rubl 00 qəpik (altmış beş min rubl 00 qəpik) məhkəmə xərcləri alınması və H.B.Məmmədovun hesabına ödənilməsi qət edilmişdir. Göründüyü kimi xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması H.B.Məmmədovun hər hansı hərəkəti və hərəkətsizliynə görə deyil, sonuncudan asılı olmayan səbəbdən, yəni tərəf müqabili tərəfindən ödəniş edilmədiyinə görə baş vermişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixli, 2021-01-23/1 saylı alqı-satqı müqaviləsində göstərilmiş şərtlərə əməl edilməmiş, həmin müqaviləyə əsasən 17.500 kq olan pomidor məhsulu müqavilində 308.175 ABŞ dolları satıcı H.B.Məmmədova ödənilməmişdir. Bu isə məhz H.B.Məmmədov tərəfindən qəsdən 2021-ci ildə Şimal Ərazi Baş Gömrük İdarəsinə rəsmiləşdirdiyi pomidor məhsullarının Rusiya Federasiyasına 18 gömrük bəyannaməsi üzrə konsiqnasiya yolu ilə ixrac etdiyi ümumilikdə 308175,00 ABŞ dolları dəyərindəki (523897,50 manat) yükün müqabilində qaytarılmalı olan məbləğləri müvəkkil bank hesabına köçürülməməsi kimi qiymətləndirilə bilməz. Buna görə də, H.B.Məmmədovun əməlində Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi mövcud deyildir, ona görə də, onun şikayəti təmin edilməli, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli, 01400/00757 (EP № 0061866) saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və H.B.Məmmədovun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, H.B.Məmmədov tərəfindən pomidor məhsulları 14 iyun 2021-ci il tarixdə ölkədən ixrac edilmiş, lakin barəsində xx.xx.2023-cü il tarixdə protokol tərtib edilmiş, həmin protokol əsasında xx.xx.2023-cü il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və bununla da inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsinə əsasən, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 38.1-ci maddəsinə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi H.B.Məmmədovun əməlində inzibati xəta hadisəsi olmadığından, onun şikayəti təmin edilməli, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli, 01400/00757 (EP № 0061866) saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və H.B.Məmmədovun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X6 şikayəti təmin olunsun. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli, 01400/00757 (EP № 0061866) saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X6 barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-1081/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1081/2023
03.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver