Məhkəmə qərarları › İş №3(006)-1082/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1082/2025

25.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1082/2025 25.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi ilə, Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, ev 181A; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 231.3-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 231.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 05 (inv:2891), mənzil 53, 54, 55 və 4-cü mərtəbədə 587,7 m2 qeyri-yaşayış sahəsinin 395 m2 sahəsində xx.xx.2024-cü il tarixdə, saat 16:30 radələrində “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq razılaşdırılmadan divarlar və döşəmə deşilərək istilik qurğuları quraşdırılmış, bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 231.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxs və səlahiyyəti orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə barəsində inzibati icraat aparılan hüquqi şəxsin və səlahiyyəti orqanın nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X5, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı regional idarəsi tərəfindən tərtib edilmiş 27 noyabr 2024-cü il tarixli aktda qeyd olunur ki, xx.xx.2024-cü il tarixdə, saat 16:30-da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə təsdiq olunmuş, yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülmüş ünvan 2 ünvanda yerləşən 04 mərtəbəli binanın (2891 inventar nömrəli) 3-cü mərtəbəsində yerləşən 55 nömrəli mənzilə, 54 nömrəli mənzilə, 53 nömrəli mənzilə və binanın 4-cü mərtəbəsində yerləşən əsas sahəsi 573.7 m2 və köməkçi sahəsi 14 m2 olmaqla, cəmi 587.7 m2 olan qeyri-yaşayış obyektinə baxış keçirilmişdir. Baxış zamanı 18 noyabr 2022-ci il tarixli müqavilə ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2028-ci il tarixədək Şəxs MMC-nin (VÖEN: **********) istifadəsində olan Nəsimi rayonu, 28 May küçəsi, 05 saylı ünvanda yerləşən 04 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən 55 nömrəli mənzil, 54 nömrəli mənzil, 53 nömrəli mənzil və binanın 4-cü mərtəbəsində yerləşən əsas sahəsi 573,7 m2 və köməkçi sahəsi 14 m2 olmaqla, cəmi 587,7 m2 olan qeyri-yaşayış obyektinin 395 m2 sahəsində “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq razılaşdırılmadan otaqların döşəməsi və divarlar deşilərək istilik qurğuları (radiatorlar) quraşdırılmışdır. Nəticədə mənzillərin divarlarında boruların keçməsi üçün dəliklər əmələ gəlmiş, bəzi hissələrdə kiçik daşlar qopmuşdur. Görülən işlər barədə razılaşma olmadığından abidələrin qorunması və istifadəsi üzrə tələblər pozulmuşdur. İş materiallarında olan “Əmlakın icarəyə verilməsi barədə” 18 noyabr 2022-ci il tarixli İcarə müqaviləsinə əsasən X2, X1, X3 və X4 onlara məxsus olan Nəsimi rayonu, 28 May küçəsi, 05 saylı ünvanda yerləşən 04 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən 55 nömrəli mənzil, 54 nömrəli mənzil, 53 nömrəli mənzil və binanın 4-cü mərtəbəsində yerləşən əsas sahəsi 573,7 m2 və köməkçi sahəsi 14 m2 olmaqla, cəmi 587,7 m2 olan qeyri-yaşayış obyektinin 395 m2 sahəsini xx.xx.2028-ci il tarixədək Şəxs MMC-yə icarəyə verir. Müqavilənin 3.2.6-cı bəndinə görə icarə obyektinə texniki təhlükəsizlik qaydalarına əməl olunması vəzifəsi “İcarəçi” tərəfindən həyata keçirilir. İş materiallarında olan fotoşəkillərdən aydın olur ki, otaqların döşəməsi və divarlar deşilərək istilik qurğuları (radiatorlar) quraşdırılmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(006)-4952/2024 saylı qərarından görünür ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 231.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 1.500 (min beş yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(103)- 387/2025 saylı qərarından görünür ki, Şəxs MMC tərəfindən apellyasiya qaydasında verilmiş şikayət qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(006)-4952/2024 nömrəli qərarı ləğv edilmiş və inzibati xəta haqqında material əlavə araşdırmanın aparılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlar əsasında Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 231.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. Lakin inzibati xəta hadisəsi törədildiyi gündən, yəni xx.xx.2024-cü il tarixindən hazıradək dörd aydan artıq müddət keçdiyindən inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyrihökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, dövlət satınalmaları haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, o cümlədən əməyin mühafizəsi qaydalarının, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydalarının, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 231.3-cü maddəsi ilə təqsirli bilinməli və həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 43, 53, 114-115 və 128-129-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 231.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati məsuliyyətə cəlb etmə müddəti başa çatdığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar