Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1083/2021 22.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, protokolu tərtib edən şəxs Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis bölməsinin sahə inspektoru X1 iştirakları ilə, xx.xx.1996-cı ildə Masallı rayonu, Həsənli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis bölməsindən daxil olmuş materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 22 aprel 2021-ci il tarixdə, saat 11:50 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar dairəsi, «Park 20» adlanan ticarət mərkəzinin qarşısında polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis bölməsinin sahə inspektoru X2 verdiyi izahatında bildirdi ki, 22 aprel 2021-ci il tarixdə, saat 11:50 radələrində polis əməkdaşları xidməti vəzifələrini yerinə yetirərkən Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar dairəsi, «Park 20» adlanan ticarət mərkəzinin qarşısında **-XM-*** dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobilin sürücüsü X3 avtomobilin durması icazə verilməyən yerdə saxlanıldığından polis əməkdaşı tərəfindən həmin ərazidən uzaqlaşması tələb olunsa da, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs həmin yerdən uzaqlaşmayacağını bildirmişdir. Bundan sonra bir neçə dəfə polis əməkdaşları ona xəbərdarlıq etsə də, sonuncu həmin yerdən avtomobilini uzaqlaşdırmayacağını bildirmiş və özü gələrək post-patrul xidməti maşınına əyləşərək polis bölməsinə aparılmasını istəmişdir. Bundan sonra Şəxs polis bölməsinə gətirilmiş və şəxsiyyəti müəyyən olunduqdan sonra barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilməyərək verdiyi izahatında göstərdi ki, Bakı şəhərində yerləşən “Ulduz” metrostansiyası yaxınlığından iki nəfər müştəri götürərək Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar dairəsinə doğru hərəkət etmişdir. Bundan sonra həmin əraziyə gəlib çatdıqdan sonra “Park 20” adlanan ticarət mərkəzinin qarşısında müştəri götürmək istəyərkən polis əməkdaşı Ramin Dərziyev ona qarşı kobud ifadələr işlədərək avtomobilini ərazidən uzaqlaşdırmasını tələb etmişdir. O isə müştərini götürüb dərhal ərazidən uzaqlaşacağını bildirsə də, Ramin Dərziyev ona qarşı avtomobilində olan müştərilərin eşidə bildiyi dərəcədə nalayiq ifadələr işlətmişdir. Bundan sonra o, əsəbləşərək digər Xəyyam adlı polis əməkdaşından onu polis bölməsinə aparmasını xahiş etmişdir. Xəyyam adlı polis əməkdaşı onu 20-ci Polis bölməsinə gətirdikdən sonra izahat verərək Ramin Dərziyevdən şikayətçi olduğunu bildirsə də, onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə Nəsimi rayon məhkəməsinə göndərilmişdir. İzahatının sonunda təqsirinin olmamasını bildirərək barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin post-patrul xidməti bölüyü polis nəfəri X4 verdiyi izahatında göstərmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 22 aprel 2021-ci il tarixdə, saat 11:50 radələrində o və digər polis əməkdaşları xidməti vəzifələrini yerinə yetirərkən Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar dairəsi, «Park 20» adlanan ticarət mərkəzinin qarşısında **-XM-*** dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobilin sürücüsü X3 avtomobilini durması icazə verilməyən yerdə saxlamış, bu səbəbdən ona həmin ərazidən uzaqlaşması tələb olunsa da, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs həmin yerdən uzaqlaşmayacağını bildirmişdir. Bundan sonra bir neçə dəfə ona xəbərdarlıq edilsə də, Şəxs həmin yerdən avtomobilini uzaqlaşdırmayacağını bildirmiş, cəmiyyətə açıq şəkildə hörmətsizlik ifadə edən uca səslə qışqıramağa başalayaraq, özü gəlib post-patrul xidməti maşınına əyləşməklə polis bölməsinə aparılmasını istəmişdir. Bundan sonra Şəxs polis bölməsinə gətirilmiş və şəxsiyyəti müəyyən olunduqdan sonra barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis bölməsinin sahə inspektoru X2 tərəfindən tərtib edilmiş 22.04.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu və ona əlavə edilən sənədləri nəzərdən keçirib, məhkəmə iclasında iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada cərimə cəzasının tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 200 (iki yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-1083/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1083/2021
22.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver