Məhkəmə qərarları › İş №3(006)-1084/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1084/2022

18.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1084/2022 18.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ X7 Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X4 iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1ibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi üzrə tərtib olunmuş 12.01.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub regional Dövlət yanğın nəzarəti idarəsi tərəfindən protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, 11 fevral 2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Lənkəran rayon filialında keçirilmiş planlı yanğın texniki müayinə zamanı yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulduğu müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X6 tərtib olunmuş protokola etiraz edərək bildirmişdir ki, protokol əsassız olaraq tərtib olunmuşdur. Belə ki, idarə tərəfindən şirkətin Lənkəran rayon filialında aparılmış yoxlama zamanı filial tərəfindən AR İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi aşkar edildiyindən iş üzrə protokol tərtib edilmişdir. Lakin filialın inzibati ofisində aparılmış yoxlama zamanı filialın səlahiyyətli nümayəndəsi, yəni filial direktoru yoxlamada iştirak etməmiş, yoxlama filialın mühasib əvəzi vəzifəsində çalışan X3 iştirakı ilə aparılmışdır. Həmin əməkdaşın bu tip yoxlamalarda iştirak etməyə habelə iş üzrə tərtib olunmuş protokol və digər sənədləri imzalamağa səlahiyyəti olmadığı halda həmin sənədləri imzalamışdır. Hazırkı iş üzrə X5 hüquqi şəxsin nümayəndəsi qismində çıxış etmədiyindən yoxlama aprılan zaman filialın direktorunun yoxlamada iştirak etməməsi onun yerinə adı şəkilən əməkdaşın müvafiq sənədləri imzalaması inzibati hüquq pozuntusunun mövcudluğunun filial tərəfindən təsdiq edilməsi hesab edilə bilməz və bu yoxlamanın birtərəfli qaydada aprılması kimi qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işin yenidən araşdırılması üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub regional Dövlət yanğın nəzarəti idarəsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi xəbardarlıq edilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub regional Dövlət yanğın nəzarəti idarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan “Yanğın-texniki müayinənin aparılması haqqında 05.01.2022ci il tarixli, 0070 saylı qərardan və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən olan 11.01.2022-ci il tarixli, KY221703023 saylı çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Lənkəran rayon filialında plan üzrə 12.01.2022-14.01.2022-ci il tarixdə müayinənin aparılmasına icazə verilir. İş materiallarında olan 12.01.2022-ci il tarixli, 0070 saylı “Yanğın-texniki müayinə Aktı”na əsasən ünvan 2 ünvanında yerləşən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Lənkəran rayon filialında müayinə zamanı aşağıdakı qanun pozuntuları aşkar olunmuşdur: obyektdə mövcu olan odsöndürən balonun tərkibi yenisi ilə əvəz olunmayıb; obyektdə mövcud olan səs siqnazlizasiya sistemi saz vəziyyətdə deyil. İş materiallarında olan 25.01.20019-cu il tarixli icarə müqaviləsindən görünür ki, X1 ona məxsus olan Lənkəran şəhəri, Mirmustafaxan küçəsi, 13 saylı evinin birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsini Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə icarəyə vermişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, ünvan 2 ünvanında yerləşən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Lənkəran rayon filialında yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinə yerinə yetirilməmişdir. Bununla da Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Lakin inzibati xəta hadisəsi törədildiyi gündən yəni 12.01.2022-ci il tarixindən hazıradək üç aydan çox bir müddət keçdiyindən inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 43, 53, 114-115, 128-129 və 518.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti barəsində 12.01.2022ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.6-cı maddəsində nəzərdə tutulmuş hallara əsasən xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar